Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
67
MÖVZU 14.
33 nahiyəsində pelotların hazırlanması.
Mum üzərində son modelləşdirmənin verilməsi.
Ön dişlərdə metal klammerlər estetikanı pozur və dayaq dişlərin davamlılığını azaldır. Buna görə
də ikitərəfli hüdüdlanmayan qüsurlarda və ön dişlərin hərəkətliyində dişəti klammerləri-pelotlar
hazırlanır. Onlar plastmas və ya polad məftillə plastmas pelotlu olurlar. Dişlərin düzülməsindən və
protez konstruksiyasının yoxlanmasından sonra gips model üzərində alveol çıxıntının vestibulyar
səthində yan kəsicilər nahiyəsində dişəti klammeri mumdan modelləşdirilir. Onlar süni dişətinin
davamı olub, keçid büküşünə çatır və dairəvi formalı kənarları ilə mərkəzi və yan kəsicilər arasındakı
nahiyədə bitir. Polimerləşmədən sonra pelotların kənarı diqqətlə işlənir və cilalanır. Köpək dişlərin
kökləri çox irəli çıxarsa, pelotlu protezlər ağrıya və selikli qişanın zədələnməsinə səbəb olur. Bu halda
plastmas dişəti klammerləri plastmas pelotlu paslanmayan polad məftildən yaylı dişəti klammeri
hazırlanır. Diametri 0,6-0,8 mm, uzunluğu 7-8 sm olan məftil sancaq formasında əyilir. Əyilmiş hissə
mərkəzi və yan kəsicilərin kökləri səviyyəsində yerləşdirilir. İkiqat məftildən olan klammer cismi
köpək dişin kökünə toxunmamaq üçün yungülcə əyilir. Klammerin çıxıntısının əyilmiş ucları od
üzərində qızdırılır, süni dişətinin yuxarı hissəsinin ön kənarına daxil edilir. Qızdırılmış mumdan,
klammer ilgəyi qoyulan yerə diyircək formalaşdırılır (mumun daxilində oturdulur), dairə və ya oval
formalı pelot modelləşdirilir. Mum plastmasla (bazislə birlikdə) əvəz olunur. Dişlər düzüldükdən
sonra, mum bazisini xəstənin ağzında həkim yoxlayır. Əgər heç bir narahatçılıq və heç bir qüsür
olmadıqda mum bazisini modelə bərkidirik və sonuncu modelləşdirmə edirik. Bütün dişlərin səthi
mumdan tam təmizlənir. Dişlərin boynu qabaq tərəfdən tam açıq olmalıdır. Üst çənədə arxa dişlərin
2/3 hissəsini, frontal dişlərin isə 1/3 hissəsi mumla örtülü olmalıdır. Alt çənədə həm arxa, həm də
qabaq dişlərin arxa tərəfləri 2/3 hissəsi mumla örtülü olmalıdır. Protez bazisinin qalınlığı bərabər
olmalıdır. Aşağı çənə bazisi bir qədər qalın modelləşdirilir, çünki sahəsi kiçikdir. Bazisin qalınlığı üst
çənədə 1,5-2 mm, alt çənədə 2-2,5 mm olmalıdır. Protezin sərhəddi A xəttinə doğru hamar, eyni
qalınlıqda aparılır və tam nazildilir. Bazisin kənarları dairəvi, hamar olmalıdir. Sonda pambığı benzinə
batıraraq süni dişlərin üzərindəki mum təmizlənir.
Dostları ilə paylaş: |