Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə101/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   97   98   99   100   101   102   103   104   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 68 

 

Hazır  protezin  küvetdən  çıxarılması,  işlənməsi,  pardaxlanması  və 



parıldadılması. 

 

Polimerizasiya  bitdikdən  sonra  (45  dəq)  küvet  açılır  və  plastmas  protez  gipsdən  ayrılır. Protez 



obraziv  materiallarla  işlənir  artıqlar  və  nahamarlıqlar  götürülür.  Bunun  üçün  ştixel,  şaber,  yeyə, 

karborund  frezlər,  almaz  daşlar  istifadə  olunur  (burğac  maşınında  və  ya  şlifmotorda).  Ştixel  dişarası 

sahələrin  işlənməsi  üçün  tətbiq  olunur.  Süni  dişlərin  boynu  silindrik  və  konusvari  frezlərlə  işlənir. 

Şaber protez səthinin nahamarlıqlarını götürür. Protez sahəsinə oturan tərəf işlənmir. 

Pardaxlanma sumbata kagızı (najdak kağızı) ilə daha qaba dənədən başlayaraq aparılır və sonra 

şlifmotor və burğac maşını ilə davam etdirilir. Beləliklə, protezin kənarı və xarici səthi pardaxlanır, 

daxili səth və süni dişlər pardaxlanmır. Klammerlərin uclarına hamar forma verilir. 

Protezin  cilalanması  ona  təmizlik,  möhkəmlik  verməyi  təmin  edir,  qulluğu  asanlaşdırır. 

Cilalanma  filtslə  pemza  və  su  qarışığına  batırılaraq  aparılır.  Ağız  boşluğuna  baxan  tərəfdən  başqa 

bütün  səthlər  cilalanır.  Cilalanma  güzgü  parıltısı  olana  qədər  aparılır. Protezin  qızmasınin  qarşısını 

almaq üçün, onu daim soyuq suya salmaq lazımdır. 

Son  güzgü  parıltısı  yumşaq  fırça  və  tabaşir  və  ya  diş  tozunun  su  qarışığı  ilə  verilir.  Metal 

klammerlərə parıltı QOİ pastası və sapdan olan fırça ilə verilir. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin