Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
70
MÖVZU 16.
7000000 0000007 dişlərdən ölçü götürülməsi. Modelin tökülməsi.
Ortopedik stomatologiya klinikasında ölçü almaq üçün istifadə edilən ölçü materialları aşağıdakı
təlabatlara cavab verməlidir: yüksək plastikliyə malik olmalı, ağız boşluğuna asanlıqla daxil edilib
çıxarılmalı, ölçü alınan zaman və model tökülərkən həcmini dəyişməməli, ağız boşluğunda müəyyən
bir müddət ərzində bərkiməli, ölçü götürülən sahənin makro- və mikrorelyefini dəqiq əks etdirməli, pis
qoxu və dada malik olmamalı, ağız boşluğunun selikli qişasına zərərli təsir göstərməməlidir.
Bu və ya digər ölçü materialını xarakterizə edərkən onun elastikliyi temperaturdan və
qatılığından asılı olaraq bərkimə müddəti, plastikliyi, qalıq deformasiyası və həcminin kiçilməsi nəzərə
alınmalıdır.
Ölçü almazdan qabaq standart qaşığın kənarlarının fərdiləşdirilməsi məqsədəuyğundur. Bunun
üçün qızdırılmış və iki qatlanmış mum lövhəsi qaynar şpatellə qaşığın kənarlarına yapışdırılır. Qaşıq
ağız boşluğuna daxil edilir və mum alveol çıxıntısına sıxılır. Mumun aktiv hərəkətli selikli qişa
zonasına keçən hissələri kənarlaşdırılır. Bundan sonra ölçü materialı hazırlanır, qaşığa yaxılır və ağız
boşluğuna daxil edilir. Ölçü alındıqdan sonra həkim ölçünü nəzərdən keçirərkən onun kənarlarına,
protez yatağındakı bütün anatomik törəmələrin (yüyənlər, qabarlar və s.) ölçüdə əks olunub-
olunmamasına fikir verməlidir.
Laboratoriyada ölçüdən model tökülür. Modeldə kimyəvi qələmlə, düzəldiləcək protezin
sərhədləri təyin edilir.
Dostları ilə paylaş: |