Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə107/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   103   104   105   106   107   108   109   110   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 71 

 

antaqonist dişlərin izi qalır. Həkim kosmetik mərkəzi, gülüş xəttini, köpək xəttini qeyd edir. Mərkəzi 



okklüziyanın təyinindən sonra mum bazis model üzərinə qoyulur və antaqonist dişlərə uyğun olaraq, 

modellər mərkəzi okklüziya vəziyyətində qurulur və okklüdatora gipslənir. 



 

Mərkəzi okklüziya  vəziyyətində  modellərin  okkuldatora bərkidilməsi.   

Süni  dişlərin  seçilməsi. 

 

Həkim  tərəfindən  mərkəzi  okklüziyanın  təyini  və  oriyentir  xəttləri  (səmt) çəkilməsindən  sonra 



mum bazis ağız boşluğundan çıxarılır, gips model üzərinə qoyulur və antaqonist dişlərə uyğun olaraq 

modellər  mərkəzi  okklüziya  vəziyyətində  qurulur.  Texnik  modelləri  mərkəzi  okklüziya  vəziyyətində 

saxlamaq  üçün  taxta  çubuqlardan  istifadə  edir.  Yapışdırılmış  modelləri  okklüdatora  gipsləmək  üçün 

modellər bir neçə dəqiqə suya salınır. Gips qarışdırılır, bir hissəsi stol üzərinə qoyulur və okklüdatorun 

aşağı  çərçivəsi  gipsə  yerləşdirilir.  Yenidən  bir  hissə  gips  qoyulur,  üzərinə  modellər  yerləşdirilir. 

Şpatellə modelin əsası gipslə örtülür və hər tərəfdən hamarlanır. Sonra gips qatı yuxarı çənə modelinə 

qoyulur,  okklüdatorun  yuxarı  çərçivəsi  bağlanır  və  gips  hamarlanır.  Modelləri  okklüdatora 

mərkəzləşdirilmiş şəkildə qoyuruq. Elə etmək lazımdır ki, hündürlük ştifti daim meydançaya toxunsun 

və  modellər  yerini  dəyişməsin.  Gips  quruduqdan  sonra  taxta  çubuqlar  çıxarılır.  Ehtiyatla  okklüdator 

açılır, modellər aralanır. 

Dişlər müəyyən kriteriyalara  əsasən seçilir:  xəstənin sifət quruluşuna (oval, üçbucaq, kvadrat), 

yaşına  (yaşlı  xəstələrdə  kəskin  olmayan  tinlər),  cinsinə  (qadınlarda  daha  incə,  bəyaz),  dərisinin, 

saçının, gözünün rənginə (bəyaz  və ya tünd),  alveol çıxıntının formasına, ölçüsünə, eləcə də qonşu 

dişlərin ölçü və formasına nəzər yetirilir. Əgər ağız boşluğunda heç bir diş yoxdursa, onda süni dişlərin 

seçilməsi  və  düzülməsi  mərkəzi  okklüziyanın  təyini  zamanı  modellərdə  həkimin  işarə  etdiyi  səmt 

xəttlərinin köməkliyi ilə həyata keçirilir.  

Plastmas dişlərin müxtəlif rəngləri və çalarları olur. Nəzərə almaq lazımdır ki, plastmas dişlərin 

müsbət  keyfiyyətlərindən  başqa  çatışmayan  cəhətləri  də  var:  lazımi  qədər  keyfiyyətə  malik  deyil, 

sürtülməyə  az  davamlıdır.  Çini  dişli  çıxan  protezlər  funksional  baxımdan  daha  uzunömürlü  və 

effektivdir. Bu  dişlərin səthi praktiki olaraq sürtülmür. Çini dişləri yonarkən çox təziq etmək olmaz 

(çatlar və sınıqlar əmələ gəlməsinə). 

Süni dişlərə olan tələbatlar: yüksək estetik xüsusiyyətə malik olmalıdırlar, kimyəvi cəhətdən qida 

ilə  əlaqədə  olmamalıdılar,  orqanizmə  ziyanı  olmamalıdır,  qidalanma  zamanı  möhkəm  olmalıdırlar, 

təzyiqə  dözümlü  olmalıdırlar.  Həm  plastmas,  həm  də  çini  dişlərin  tətbiqinə  göstəriş  olmalıdır.  Tam 

çıxan protezlərdə çeynəmə dişlərin qabarlarının tez sürtülməsindən çeynəmə dişləri çinidən olsa daha 

yaxşıdır. Bundan  əlavə çini və plastmas qarışığından da istifadə oluna bilər “SAZUR”dişləri. 





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin