Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
77
MÖVZU 19.
72 37 dişlərə qapaqların və gizli qarmaqların hazırlanması.
Gizli klammer hissəvi çıxan lövhəli protezin fiksasiyasında istifadə olunan fiksasiya üsulu olub,
estetik baxımdan əlverişlidir. Dayaq dişlərinə təzyiqi az verir. Klammer paslanmayan poladdan və ya
qızıl-platin ərintisindən hazırlana bilər. Diş cərgəsi qüsurunu distal tərəfdən tamamlayan dişlərə, son
qüsurda isə mezial tərəfdən tamamlayan dişlərə qapaq hazırlanır. Qapaq ağız boşluğunda yerləşdirilib,
çənədən ölçü götürülür, gipsdən model tökülür. Qapaqların yan səthinin ortasına qapağın hazırlanacağı
ərintidən olan məftil mumla yapışdırılır. Paralelometrdə gips modeli üzərində məftilin paralelliyi
yoxlanılır, qapağa elə birləşdirilir ki, məftilin yuxarı kənarı ilə qapaq arasında gizli klammer üçün yer
qalsın və məftilin aşağı kənarı damağa çatmasın.
Sonra krampon və girdə ağız kəlbətinlə klammeri yarımdairəvi şəkildə əyirlər. Bir kramponla
klammeri tuturlar, digər kramponla isə onun çıxıntısını əyirlər, qurtaracağı yastılanır və süni dişlərin
bazisinə daxil edilir. Sonda qapaqda klammer üçün oyuq açılır.
Dostları ilə paylaş: |