Modellərin okklüdatora gipslənməsi, dişlərin düzülməsi.
Protezin küvetə gipslənməsi.
Həkim tərəfindən mərkəzi okklüziyanın təyini və oriyentir xəttləri (səmt) çəkilməsindən sonra
mum bazis ağız boşluğundan çıxarılır, gips model üzərinə qoyulur və antaqonist dişlərə uyğun olaraq
modellər mərkəzi okklüziya vəziyyətundə qurulur. Texnik modelləri mərkəzi okklüziya vəziyyətində
saxlamaq üçün taxta çubuqlardan istifadə edir. Yapışdırılmış modelləri okklüdatora gipsləmək üçün
modelləri bir neçə dəqiqə suya salınır. Gips qarışdırılır, bir hissəsi stol üzərinə qoyulur və
okklüdatorun aşağı çərçivəsi gipsə yerləşdirilir. Yenidən bir hissə gips qoyulur, üzərinə modellər
yerləşdirilir. Şpatellə modelin əsası gipslə örtülür və hər tərəfdən hamarlanır. Sonra gips qatı yuxarı
çənə modelinə qoyulur, okklüdatorun yuxarı çərçivəsi bağlanır və gips hamarlanır. Modelləri
okklüdatora mərkəzləşdirilmiş şəkildə qoyuruq. Elə etmək lazımdır ki, hündürlük ştifti daim
meydançaya toxunsun və modellər yerini dəyişməsin. Gips quruduqdan sonra taxta çubuqlar çıxarılır.
Ehtiyatla okklüdator açılır, modellər aralanır.
|