Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Antaqonist  ölçünün  alınması. Modelin  tökülməsi.  Dişlərin  seçilməsi



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə116/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   112   113   114   115   116   117   118   119   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Antaqonist  ölçünün  alınması. Modelin  tökülməsi.  Dişlərin  seçilməsi. 

 

Ölçüdə  protez  yatağının  əksi  dəqiq  olarsa,  onun  üzərindən  model  alınır.  Ölçünün  üzərinə 



qarışdırılmış gips porsiyalarla tökülür və astaca silkələnilir (məsamələrin olmaması üçün). Gips tam 

quruduqdan  sonra qaşıq ölçüdən ayrılır. Sonra model ehtiyatla ölçüdən ayrılır. 

Dişlər müəyyən kriteriyalara  əsasən seçilir: xəstənin sifət quruluşuna (oval, üçbucaq, kvadrat), 

yaşına  (yaşlı  xəstələrdə  kəskin  olmayan  tinlər),  cinsinə  (qadınlarda  daha  incə,  bəyaz),  dərisinin, 

saçının, gözünün rənginə (bəyaz  və ya tünd),  alveol çıxıntının formasına, ölçüsünə, eləcə də qonşu 

dişlərin ölçü və formasına nəzər yetirilir. Əgər ağız boşluğunda heç bir diş yoxdursa, onda süni dişlərin 

seçilməsi  və  düzülməsi  mərkəzi  okklüziyanın  təyini  zamanı  modellərdə  həkimin  işarə  etdiyi  səmt 

xəttlərinin  köməkliyi ilə  həyata  keçirilir. Plastmas  dişlərin  müxtəlif  rəngləri  və  çalarları olur.  Nəzərə 

almaq  lazımdır  ki,  plastmas  diələrin  müsbət  keyfiyyətlərindən  başqa  çatışmayan  cəhətləri  də  var: 

lazımi qədər keyfiyyətə malik deyil, sürtülməyə az davamlıdır. Çini dişli çıxan protezlər funksional 

baxımdan  daha  uzunömürlü  və  effektivdir.  Bu  dişlərin  səthi  praktiki olaraq  sürtülmür.  Çini  dişləri 

yonarkən çox təziq etmək olmaz (çatlar və sınıqlar əmələ gəlməsinə görə). 

Süni dişlərə olan tələbatlar: yüksək estetik xüsusiyyətə malik olmalıdırlar, kimyəvi cəhətdən qida 

ilə  əlaqədə  olmamalıdılar,  orqanizmə  ziyanı  olmamalıdır,  qidalanma  zamanı  möhkəm  olmalıdırlar, 

təzyiqə  dözümlü  olmalıdırlar.  Həm  plastmas,  həm  də  çini  dişlərin  tətbiqinə  göstəriş  olmalıdır.  Tam 

çıxan protezlərdə çeynəmə dişlərin qabarlarının tez sürtülməsindən çeynəmə dişləri çinidən olsa daha 

yaxşıdır. Bundan  əlavə çini və plastmas qarışığından da istifadə oluna bilər “SAZUR”dişləri. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin