Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
75
Protez najdak kağızı ilə daha qaba dənədən başlayaraq pardaxlanır. Bundan başqa şlifmotor və
burğac maşını ilə də pardaxlamaq mümkündür. Bunun üçün najdak parçası zolaqlarla kəsilir bir tərəfi
şlifmatorun ucluğunun kəsiyinə keçirilir. Beləliklə protezin kənarı və xarici səthi pardaxlanır, protezin
daxili səthi və süni dişlər pardaxlanır. Klammerlərin uclarına dairəvi və hamar forma verilir. Qızıl
klammerlər zərif dənəli məxmər adlanan najdak kağızı ilə pardaxlanır.
Protezin cilalanması ona təmizlik, möhkəmlik verməyi təmin edir, qulluğu asanlaşdırır, kimyəvi
və fiziki təsirlərdən qoruyur. Cilalama keçədən olan silindrik və konusvari filtslərlə şlifmotorda
aparılır. Pardaxlama və cilalama zamanı protez baş göstərici və orta barmaqlarla (hər iki əlin) tutulur.
Əvvəlcə konusvari filtslə dişlərin arası, pemza və su qarışığına batırılaraq cilalanır. Sonra silindrik
filtslə ağız boşluğuna baxan tərəfdən başqa qalan səthlər cilalanır. Cilalama güzgü parıltısı əldə
olunana qədər aparılır. Filtslə keçilməyən hissələr qaba dairəvi tük fırça ilə cilalanır. Protezin
qızmasının qarşısını almaq üçün onu daim soyuq suya salmaq və protezi əldə fırlatmaq lazımdır.
Son güzgü parıltısı yumşaq fırça və tabaşir və ya diş tozunun su ilə qarışığı ilə verilir. Bütün iş
ərzində protezi əldə möhkəm saxlamaq lazımdır, protezin kənarı istiqamətdə toxunmamalıdır. Metal
klammerlərə parıltı QOİ pastası və sapdan olan fırça ilə verilir. İşlənmə, pardaxlama və cilalama
zamanı daim işıqda protezin qalınlığına nəzarət etmək, daşlarla klammerin kənarlarını zədələməmək,
sərhəddi qısaltmamaq lazımdır.
Dostları ilə paylaş: |