Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə110/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   106   107   108   109   110   111   112   113   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 73 

 

Dişsiz  çənələrə  protez  hazırlanmasında  sərt  bazis  modelləşdirilməsində  süni  dişlərin  ətrafına 



diqqət  verilməlidir.  Yanaq  səthi  və  dilaltı  çıxıntıların  mumdan  formalaşdırılması  həkim  tərəfindən 

klinikada protezin yoxlanması zamanı aparılır. 

Hər bir süni diş boyun nahiyəsində süni diş ətində 1 mm-ə qədər oturdulmalıdır. Mum dişlərin 

bütün səthlərindən çıxarılır, dişarası elə modelləşdirilir ki, dişəti arası sahəsi təbii görkəm alsın. Hər 

dişin  boynu  yaxınlığında  dişətinin  təbii  konturları  yaradılır.  Yuxarı  çənə  protezinin  bazisi  bütün 

uzunluğu  boyunca  bərabər  qalınlıqda  modelləşdirilir.  Bunun  üçün  qızdırılmış  şpatellə  dişlərdən  3-5 

mm aralı məftil qövs çıxarılır, mum bazis kəsilərək çıxarılır. Yenidən mum lövhəsi qızdırılır, modelin 

damaq  səthinə  qoyulur,  ehtiyatla  sıxılır,  artıqlar  kəsilir  və  qızdırılmış  şpatellə  əvvəlki  mumla 

birləşdirilir. Bazisin qalınlığının bərabərliyi işıqda yoxlanır. 

Aşağı  çənə  bazisi  bir  qədər  qalın  modelləşdirilir,  çünki sahəsi  çox  kiçikdir.  Bu çənədə  məftil 

qövs  küvetdə  mumun  əridilməsindən  sonra  çıxarılır.  Mumun  artıqları  bütün  dişlərin  səthindən 

təmizlənir, son dəfə bazisin qalınlığı yoxlanılır, bazis bütün perimetri boyunca xarici sərhədi tərəfdən 

bərkidilir.  Dişləri oda  toxundurmadan,  ehtiyatla,  bazis  qızdırıcı  üzərində  gəzdirilir,  üzəri  hamarlanır, 

sonra modellər küvetə gipslənir.  

Mum kompozisiyasının plastmasla  əvəz olunması üçün  xüsusi metal küvetdən istifadə olunur. 

Gipslənmənin 3 üsulu var:  birbaşa, əks və qarışıq. 

Küvet metal qutu olub, 4 ayrılan hissədən - əsasdan, əsasın dibindən, yuxarı hissədən, qapaqdan 

ibarətdir.  Küvet  düralminiumdan  və  latundan  hazırlanır.  Modelin  küvetdə  fiksasiyası  üçün  onu  duru 

gipsin köməyilə küvetin əsasına elə bərkidilir ki, səth üzərində artıq sahələr qalmasın. Sonra küvetin 

əsasına ikinci hissəsini keçirib, yenidən duru gips doldururlar. Bununla da ştampın ikinci hissəsi əldə 

olunur. 

Birbaşa gipsləmədə model okklüdatordan ayrılıb əsası elə kəsilir ki, küvetin əsasının kənarı süni 

dişlər  səviyyəsində  bir  qədər  yuxarıda  qalsın.  Üzərində  klammer  olan  gips  dişlərin  bir  hissəsi 

klammerin  çiyninin  yaxşı  gipslənməsi  üçün  kəsilir.  Model  nəmləndirilir,  gips  qarışdırılır,  küvetin 

əsasına doldurulur və model əsası küvetin dibində oturana qədər yerləşdirilir. Yanlardan çıxmış artıq 

gipsdən  ön  dişlərin  kəsici  kənarları,  vestibulyar  səthi,  yan  dişlərin  çeynəmə  səthlərini  örtmək  üçün 

yastıq formalaşdırılır. Yalnız yuxarı dişlərin damaq səthi, aşağı dişlərin dil səthi sərbəst qalır. Bütün 

təbii və süni dişləri örtən gips yastıq çox möhkəm, hamar, ilişiksiz olmalıdır. 

Gips quruduqdan sonra küvetin kənarları təmizlənir, bir neçə dəqiqəlik digər gips porsiyasından 

izolyasiya  üçün  soyuq  suya  salınır  və  küvetin  yuxarı  hissəsi  qoyulur.  Duru  gips  qarışdırılıb,  daim 

küveti silkələyərək (qabarcıq) doldurulur, qapaqla kip bağlanır, artıq gips götürülür. Gips quruduqdan 

sonra  küvetin  iki  yarısı  arasına  gips  bıçağı  və  ya  şpatel  qoyulur.  Linqvari  hərəkətlə  küvet  açılır. 

Üzərində modelin yalnız gips əksi qalmış yuxarı hissə ayrılır. 

Aşağı hissədə gips yastıqla örtülmüş diş və klammerlərlə birgə model qalır. Dişlərin oral səthi 

gipsdən  azad  olur.  Yenidən  hər  iki  hissə  birləşdirilib,  qaynar  suya  salınır  və  mumun  tam  əriyib 

axmasına  qədər  gözlənilir.  Küvet  açılır,  hər  iki  yarısı  mumun  təmizlənməsi  üçün  nazik  qaynar  su 

şırnağı ilə yuyulur. Bu zaman  diqqət vermək lazımdır ki, gips yastığın kənarları sınmasın,  əks halda 

dişlər yuvasından çıxa bilər. 

Birbaşa üsuldan kauçuk, kiçik bazisli plastmas protez hazırlanmasında istifadə olunur. 

Plastmas protez hazırlanmasında  əsasən əks gipsləmədən istifadə olunur. Bunun  üçün modelin 

səviyyəsinə  qədər  gips  dişlərin  vestibulyar  tərəfindən  kəsik  aparılır.  Eləcə  də  klammer  qoyulacaq 

dişlər də kəsilib, model bir neçə dəqiqəliyinə suya salınır. 

Gips qarışdırılıb küvetin yuxarı hissəsinə doldurulur və süni dişətinə qədər modelin əsası gipsə 

oturdulur.  Quruduqdan  sonra  gips  küvetin  yuxarı  kənarı  səviyyəsində  kəsilir.  Dişlər,  klammerlərin 

çiyinləri  və  süni  dişəti  ilə  birgə  mum  bazis  küvetin  kənarlarından  hündürdə  gipsdən  azad  qalır. 

Gipslənmiş  modellə  birlikdə  küvetin  yuxarı  hissəsi  bir  neçə  dəqiqəliyə  soyuq  suya  salınır.  Sonra 

küvetin  əsası  qoyulur,  kiçik  porsiyalarla  gips  doldurulur,  əsasın  kənarlarına  qədər  gips  yığıldıqdan 

sonra qapaq kip bağlanaraq, gipsin artıqları çıxarılır. Gips bərkidikdən sonra küvet qaynar suya salınır, 

mum  əridikdən  sonra  çıxarılır,  küvet  açılıb  qaynar  su  ilə  yuyulur.  Küvetin  əsasında  süni  dişlər  və 

klammerlər, kontur küvetdə isə gips model qalır. 





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin