Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə108/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   104   105   106   107   108   109   110   111   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 72 

 

MÖVZU  17. 



Dişlərin  düzülməsi.  32134 nahiyəsində Kemeniyə  görə dentoalveolyar 

qarmağın  hazırlanması. 

 

Alveol çıxıntısının vestibulyar səthində çəhrayı plastmasdan və dişin vestibulyar səthində boyun 



ətrafı  hissədə  şəffaf  və  ya  dişin  öz  rəngində  olan  plastmasdan  xüsusi  qarmaqlar  hazırlanır.  Bu 

qarmaqların  hazırlanması  texnologiyası  ilk  dəfə  olaraq  macar  alimi  Kemeni  tərəfindən  təklif 

olunmuşdur.  Belə  qarmaqlar  diş  cərgəsi  qüsuru  yanında  2-3  dişi  əhatə  edib,  protezin  çənədə 

saxlanmasına  kömək  edir.  Dişləri  şinalayır,  horizontal  təzyiqdən  qoruyur  və  estetik  təlabata  cavab 

verir.  Dişlər  düzüldükdən  və  protez  konstruksiyası  yoxlandıqdan  sonra,  protez  gips-model  üzərinə 

qoyulur,  karandaşla  qarmaq  sərhədləri  cızılır  və  modelləşdirməyə  başlanılır.  Qarmağın  alveolyar 

hissəsi keçid büküşü ilə klammer altına qeyd olunmuş dişlərin boynu arasında yerləşir, diş hissəsi isə 

dişətinin  kənarından  dişin  ekvatoruna  doğru  gedir.  Qeyd  olunmuş  sərhədlər  üzrə  gips  modelə 

yumşaldılmış  mum lövhə  qoyulub  sıxılır,  qaynar  mumla  süni  damağa  (mum)  yapışdırılır  və  sərhəd 

boyu  kəsilir,  dişəti  məməcikləri  üçün  kəsiklər  aparılır.  Qarmaqların  alveol  hissəsinin  eni  4-6  mm, 

qalınlığı 2 mm, diş hissəsinin eni 1,5-2,0 mm, qalınlığı 0,5-1,0 mm olmalıdır. Alveolyar hissəyə keçid 

büküşünə  doğru  dairəvi  forma  verilir,  diş  hissəsinin  kənarına  diş  ekvatorunun  forması  verilir  və 

qarmağın  deformasiyasının  qarşısını  almaq  üçün  modelə  yapışdırılır.  Model  əks  üsulla  küvetə 

gipslənir,  mum  qarmaq  əridilir,  onun  diş  hissəsinə  şəffaf  və  ya  ağ  plastmas,  alveolyar  hissəsinə  isə 

çəhrayı  plastmas  qoyulur.  Yoxlama  presləmədən  sonra  küveti  açıb  plastmasının  düzgün 

yerləşdirilməsinə  baxılır.  Əgər  plastmas  qarmaqların  diş  hissəsinə  düşübsə,  onda  onu  dişin  boynuna 

qədər  kəsib,  şəffaf  və  ya  ağ  plastmas  ilə  əvəz  edirlər,  yenidən  presləyib,  bügelə  bərkidib, 

polimerləşdirirlər. Sonra protezi ehtiyatla küvetdən çıxarır, işləyir və cilalayırlar. 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin