Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə111/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   107   108   109   110   111   112   113   114   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 74 

 

Qarışıq gipsləmədə ön dişlərdə qüsurlar olduqda tətbiq olunur. Küvetin əsasına gips doldurulub 



model  yerləşdirilir.  Süni  dişəti olmadan  ön  dişlər  qoyularaq  gips  yastıqla  örtülür.  (düz  gipsləmədəki 

kimi), yan dişlər isə əks gipsləmədə olduğu kimi sərbəst qalır. Küvetin əsası bir neçə dəqiqəliyə suya 

salınır,  üzərinə  yuxarı  hissə  qoyulub,  gipslə  doldurulur  və  qapaqla  örtülür.  Gips  quruduqdan  sonra 

mum əridilir. Küvetin əsasında gips model, ön gips  və süni dişlər yastıqda örtülü klammerlər, kontur 

küvetdə isə çeynəmə dişləri və süni dişətinin izi qalır. 

Polimerləşmə üçün əvvəlcə mum əridilir, gips hələ isti ikən, monomeri udmaması üçün nazik qat 

izoləedici maye olan “İzokol” çəkilir. Küvet soyuduqdan sonra fırça ilə yenidən izoləedici qat çəkilir 

və plastmas hazırlanır. Monomerin zərərli təsirindən uzaqlaşmaq üçün iş xüsusi şkafda aparılır. 

Çıxan protez bazisi “Etakril, “Ftoraks” və ya “Akril” plastmasdan hazırlanır. Plastmasın tozu bir 

süni dişə 1 qr və ya 1 protezə 8-12 qr şərtilə götürülür, monomer toz tam doyana qədər əlavə edilir. 

Dəqiq doza üçün avtomatik rejimdə işləyən mikserlər var. Plastmas bir neçə protez üçün eyni zamanda 

çini və ya şüşə bankada qarışdırılır, monomerin artıqları qarışığın səthi parlaq qalmaq üçün çıxarılır və 

qapaqla kip örtülür. 

Sonrakı  iş  protezin  keyfiyyəti  üçün  çox  əhəmiyyətlidir.  Polimer  (toz)  dənəciklərin  eyni 

bərabərdə  şişməsi  və  eynicinsli  qarışıq  əmələ  gəlməsi  üçün  plastması  periodik  olaraq  tez-tez 

qarışdırmaq lazımdır və yenidən kip örtülür. Monomer yüngül olduğu üçün yuxarı qalxaraq, polimerin 

üst qatlarını doydurur, nəticədə polimerin bu hissəsi parlaq rəngli və zəif olur, aşağı qatlar monomer az 

olduğundan  polimer  dənələri  birləşmir  və  plastmas  kövrək  bulanıq  rəngli  olur,  protez  mərmərə 

bənzəyir. Ona görə də plastmasın gəlməsi prosesinə fikir vermək lazımdır. 

Bunun  üçün  xüsusi  vaxt  yoxdur,  çünki  plastmasın  növündən,  dənəciklərin  ölçüsündən, 

hazırlanma  vaxtından,  saxlanma  şərtlərindən  və  hazırda  laboratoriyadakı  temperaturdan  asılı  olaraq 

plastmas müxtəlif vaxtda  gəlir. Plastmasın gəlməsini dartılar zamanı qırılmasından bilmək olur. 

Formalaşdırmadan  əvvəl  süni  dişlər  və  klammerlər  monomerlə  yağsızlaşdırılır,  təmiz  əllə  və 

sellofanla  bankadan  plastmas  porsiyası  götürülür,  forma  verilir,  əks  gipsləmədə  küvetin  əsasına 

doldurulur,  düz  gipsləmədə  kontur  küvet,  kombinəedilmiş  gipsləmədə  hər  iki  hissə  doldurulur. 

Plastmas  nəm,  lakin  su  damlası  olmadan,  sellofanla  örtülür,  küvetin  hər  iki  yarısı  birləşdirilir,  diş 

texniki  presinə  yerləşdirilir,  preslənir,  10-15  mm  məsafə  qalır.  3-5  dəq  saxlanılır,  yoxlama 

presləməsindən sonra küvet presdən çıxarılır, açılır, sellofan çıxarılır, monomerin uçmaması üçün çox 

cəld plastmasın artıqları götürülür. Plastmas az olan yerlərə əlavə olunur, əvvəlki plastması bu zaman 

monomerlə  isladılır.  Küvet  yığılıb  preslənir,  10-15  dəq  presdə  saxlanılır,  sonra  çıxarılaraq  bügelə 

bərkidilir və polimerləşməyə başlanır. 

Polimerləşmə  rejimindən  protezin  keyfiyyəti  asılıdır.  Bunun  üçün  avtomatik  polimerizatordan 

istifadə  etmək  daha  məqsədəuyğundur.  Belə  polimerizator  qızdırılma,  qaynama  və  küvetin 

soyumasından sonra açılır. Hər iki qapaq açılır, gips küvetdən ehtiyatla çıxarılır. Sonra gips bıçağının 

köməyilə gips plastmas protezdən ayrılır, gips çətin ayrılarsa bu sahələrə xlorid turşusu çəkilir, 10-15 

dəq saxlanır və fırça ilə sabunlu su vasitəsilə yuyulur. 

Polimerləşmədən,  küvetdən  çıxarıldıqdan  və  gipsdən  ayırdıqdan  sonra  protez  işlənir.  İşlənmə 

plastmasın artıqlarını və nahamarlıqların götürülməsindən ibarətdir. İşlənmə əllə - ştixel, şaber, yeyə, 

metal  karborund  frezlərin  köməyilə  burğac  maşınında  və  ya  şlifmotorda  aparılır.  Polad  şaberlər-

qaşıqvari  və  ya  kənarları  iti  taxta  dəstəkli  üçkünc  formalı  alət  olub  protez  səthindən  yonqarın 

ötürülməsi üçün istifadə olunur. Ştixel-işlək hissəsi iti yarımdairəvi və üçbucaq polad alət olub dişarası 

sahələrin  işlənməsi  və  protezin  çətin  keçilən  sahələrindən  yonqarın  götürülməsi  üçün  tətbiq  olunur. 

İşlənəcək protez əldə dayaq olmaq şərtilə tutulur və təzyiq göstərilmədən işlənir. 

Protezin işlənməsi xüsusi ardıcıllıqla aparılır. Karborund daşlarla, frezlərlə və formalı başlıqlarla 

burğac maşınının köməyilə əvvəlcə qeyd olunmuş sərhədlərə qədər plastmasın artıqları götürülür. Süni 

dişlərin boynu nahiyəsində protez sərhədli silindrik və konusvari frezlərlə işlənir. Şaberlə plastmasın 

artıqları  və  protez  səthinin  nahamarlıqları  götürülür.  Ştixellə  süni  dişlərin  arası  və  boynu  işlənir. 

İşlənmə hamar dil səthi əldə etməyi imkan yaradır. Protezin daxili səthində küvetdə gipsin çatlaması 

və  məsamələr  əmələ  gəlməsindən  yaranan  çıxıntılar  və  artıqlar  ehtiyatla  götürülür.  Protez  sahəsinə 

oturan tərəf adgeziyanın  pozulmaması üçün əlavə olaraq işlənmir. Protez sərhəddinin qısaldılması və 

kənarlarının nazilməsi protezi yararsız hala gətirə bilər.  




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin