Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
76
MÖVZU 18.
87000021 0000007 alt çənədən ölçünün alınması. Modelin tökülməsi.
Protez sərhəddinin çəkilməsi.
Ölçüdə protez yatağının əksi dəqiq olarsa, onun üzərindən model alınır. Ölçünün üzərinə
qarışdırılmış gips porsiyalarla tökülür və astaca silkələnilir. (məsamələrin olmaması üçün) Gips tam
quruduqdan sonra qaşıq ölçüdən ayrılır. Sonra model ehtiyatla ölçüdən ayrılır.
Tökülmüş modeldə bir sıra korreksiya işləri aparılır, belə ki, artiq gips hissələr kəsilib götürülür,
model təmizlənir və protez sərhədləri çəkilir.
Üst çənədə sərhədlərin cızılması: yanaq və dodaq tərəfdə bu sərhəd keçid büküşündən keçir,
qabaq tərəfdə üst dodaq yüyənini keçir, dartılar kənarda qalmaqla, damağın dodağa keçən sərhədi boyu
arxa alveol çıxıntıları daxil olmaqla “A”xətti boyu çəkilir. Hərəkətli selikli qişa protezdən kənarda
qalmalıdır.
Alt çənədə sərhədlərin cızılması: qabaq tərəfdə alt dodaq dartıları istisna olmaqla alt dodağın
damağa keçən sərhəddi boyu, içəridən isə dil dartısı istisna olmaqla çəkilir. Hərəkətli selikli qişa
protezdən kənarda qalmalıdır.
Sərhədlər cızıldıqdan sonra, dişləm şablonu hazırlanır. Mum lövhəsini bir tərəfdən qızdırıb, əks
tərəfini sərhəddini çəkdiyimiz modelin üstünə qoyub, baş barmaq vasitəsi ilə ehtiyatla modelə
yapışdırırıq. Mumu elə sıxmaq lazımdır ki, standart eninə toxunmamaq şərtilə. Şpateli qızdırıb mumun
artıqlarını sərhəd boyu kəsirik. Bu dişləm şablonudur. Məftili qızdırıb, dişləm şablonunun üzərinə
yapışdırırıq. Mumun qalan hissəsini hər iki tərəfdən qızdırıb, uzunsov halda yuvarlayırıq, sonra dişləm
şablonunun üzərinə qoyuruq (diş qövsinə tam paralel olmaqla).
Dişləm şablonu və okklüzion yastığına olan tələblər:
Hündürlüyü (frontal dişlər tərəfdən) - 1,2-1,5 sm, arxa tərəfdən isə 1 sm olmalı.
Eni (frontal dişlər tərəfdən) - 0,8 sm, arxa tərəfdən isə 1-1,2 sm.
Şablon yastıq hazır olandan sonra onu həkimə veririk. Xəstənin ağzında həkim dişləmi təyin
edir, alt və üst çənənin modellərini bir birinə yapışdırıb, texnikə qaytarır.
|