Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Dişlərin  düzülməsi,  qarmaqların  yerləşdirilməsi



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə89/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

 

Dişlərin  düzülməsi,  qarmaqların  yerləşdirilməsi. 

Mum  kompozisiyasının  tam modelləşdirilməsi. 

 

Dişlərin  düzülməsi  ön  dişlərdən  başlayır.  Əgər  alveolyar  çıxıntı  yaxşı  nəzərə  çarpırsa,  onda 



dişlər  bir  az  cilalanır  (təbii  diş  təəsuratı  yaratmaq  üçün).  Dişlərin  belə  düzülüşü  nöqtəvi  düzülmə 

adlanır. Bu cür birinci premolyari da düzmək olar. Bu düzülüş estetik tələblərə cavab verir. Alveolyar 

çıxıntının atrofiyası və ya qüsüru zamanı ön dişlər süni diş ətinə qoyulur, sonra antaqonistlə yoxlanır. 

Süni diş böyük olduqda şlifmotorda almaz disklərlə, daşlarla yonulur. Qızdırılmış şpatellə mum yastıq 

yumşaldılır və növbə ilə mərkəzi və yan kəsicilər, köpək dişlər bərkidilir. Çeynəmə dişlərin qabarları 

antaqonistlərdəki  dərinliklərə  uyğun  gəlməlidir.  Çini  dişlər  daha  ehtiyatla  düzülməlidir,  çatlar  və 

sınıqlar əmələ gəlməsin deyə. 

Süni  dişlərin  düzülməsi  zamanı  okkluziya  səthinin  əyriliyi  nəzərə  alınmalıdır  (sagital, 

transversal). Əks halda aşağı çənə hərəkətinin biomexanikası, paradont toxumalarının və gicgah-çənə 

oynağının  pozulması  yaranır.  Dişlərin  okklüziya  səthlərindən  keçən  xətt okklüziya  əyriliyini  təşkil 

edir. Okklüziya əyrisi sagital və transversal istiqamətdə olur və daimi dişlər tam çıxdıqdan sonra daha 

aydın nəzərə çarpır.  

Klammerlərin protezdə yerləşdirilməsi həkim tərəfindən dayaq dişinə əsasən təyin edilir. Dayaq 

dişin digər dişlərə paralelliyi mühüm rol oynayır. Dairəvi birçiyinli tutucu klammer çiyindən, cisimdən 

və  çıxıntıdan  ibarətdir.  Klammerin cismi  dişin  ekvatorundan  yuxarıda  (alt  çənədə),  ekvatordan  aşağı 

(üst çənədə) yerləşməlidir. Klammerin çıxıntısı bazisin alveol darağının mərkəzindən içəri olmaqla ona 

paralel,  süni  dişlərin  altında  yerləşir.  Standart  klammer  dişin  gips  modelinə  uyğun  olaraq  kramponla 

əyilir. Qarmağın çiyni elə əyilir ki, o dişin vestibulyar səthindən ekvatorun arxasını əhatə edir, dişətinə 

toxunmur.  Klammer  standart  məftildən  hazırlanmırsa,  çıxıntının  ucu  çəkiclə  yastılanır,  yeyə  ilə 

üzərində kəsiklər aparılır ki, plastmasda möhkəm otursun. Klammerlərin sayından asılı olaraq nöqtəvi 

fiksasiya-1dişə, xətti fiksasiya-2 dişə, müstəvi fiksasiya-3 və daha çox dişə klammer qoyulur. 

Dişlər  düzüldükdən  sonra,  mum  bazisini  xəstənin  ağzında  həkim  yoxlayır.  Əgər  heç  bir 

narahatçılıq və heç bir qüsür olmadıqda mum bazisini modelə bərkidirik və sonuncu modelləşdirmə 

edirik. Bütün dişlərin səthi mumdan tam təmizlənir. Dişlərin boynu qabaq tərəfdən tam açıq olmalıdır. 

Üst  çənədə  arxa  dişlərin  2/3  hissəsini,  frontal  dişlərin  isə  1/3  hissəsi  mumla  örtülü  olmalıdır.  Alt 

çənədə  həm  arxa,  həm  də  qabaq  dişlərin  arxa  tərəfləri  2/3  hissəsi  mumla  örtülü  olmalıdır.  Protez 

bazisinin  qalınlığı  bərabər olmalıdır.  Aşağı  çənə  bazisi  bir  qədər  qalın  modelləşdirilir,  çünki  sahəsi 

kiçikdir. Bazisin qalınlığı üst çənədə 1,5-2 mm, alt çənədə 2-2,5 mm olmalıdır. Protezin sərhəddi A 

xəttinə  doğru  hamar,  eyni  qalınlıqda  aparılır  və  tam  nazildilir.  Bazisin  kənarları  dairəvi,  hamar 

olmalıdır. Sonda pambığı benzinə batıraraq süni dişlərin üzərindəki mum təmizlənir. 





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin