Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Hazır  protezin  işlənməsi,  pardaxlanması  və cilalanması



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə76/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   72   73   74   75   76   77   78   79   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

 

Hazır  protezin  işlənməsi,  pardaxlanması  və cilalanması. 

Buraxılan  səhvlər və onların  təhlili. 

 

Polimerizasiya  bitdikdən  sonra,  küvet  açılır  və  plastmas  protez  qipsdən  ayrılır.  Protez  abraziv 



materiallarla işlənir, artıqlar və nahamarlıqlar götürülür. Bunun üçün ştixel, şaber, karborund frezlər, 


Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 56 

 

almaz daşlar istifadə olunur. (burğac maşınında və ya şlifmotorda) Ştixel dişarası sahələrin işlənməsi 



üçün tətbiq olunur. Süni dişlərin boynu silindrik və konusvari frezlərlə işlənir. Şaber protez səthinin 

nahamarlıqlarını götürür. Protez sahəsinə oturan tərəf işlənmir. 

Pardaxlanma  sumbata  kagızı  ilə  aparılır  və  daha  sonra  şlifmotor  və  burğac  maşını  ilə  davam 

etdirilir. Beləliklə, protezin kənarı və xarici səthi pardaxlanır, daxili səth və süni  dişlər pardaxlanmır. 

Klammerlərin uclarına hamar forma verilir. 

Protezin  cilalanması  ona  təmizlik,  möhkəmlik  verməyi  təmin  edir,  qulluğu  asanlaşdırır. 

Cilalanma  güzgü  parıltısı olana  qədər  aparılır. Protezin  qızmasının  qarşısını  almaq  üçün,  onu  daim 

soyuq suya salmaq lazımdır. 

Son güzgü parıltısı yumşaq fırça və tabaşirlə verilir. Metal klammerlərə parıltı QOİ pastası və 

fırça ilə verilir. Daha sonra protez sabunlu su ilə fırça ilə yuyulur. 

Çıxan  protezləmədə  bir  sıra  səhvlərə  yol  verilir.  Bu  səhvlər  əsasən,  həkim  və  diş  texniki 

tərəfindən olmaqla 2 qrupa bölünür. 

Həkimin  buraxdığı  səhvlər:  ağız  boşluğunun  protezləməyə  hazırlanma  qaydalarının  pozulması, 

protezin konstruksiyasının fiksasiya növünün düzgün seçilməməsi, okklüziya xəttinin əyriliyi, ölçünün 

keyfiyyətsiz  olması,  ölçu  materialının  selikli  qişanın  atrofiya  dərəcəsi  nəzərə  alınmadan  seçilməsi, 

alveol çıxıntıların və sərt damağın sümük çıxıntılarının izolyasiya qaydalarına əməl edilməməsi və s. 

Mərkəzi  okklüziyanın  düzgün  təyin  olunmaması  da  protezin  funksional  effektsizliyinə  və  sınmasına 

səbəb olur. 

Texnikin  buraxdığı  səhvlər:  gipslə  alınmış  ölçünün  hissələri  düzgün  yığılmadıqda, 

tutuşdurulmadıqda  və  yapışdırılmadıqda,  işçi  modelin  dəqiq  alınmaması,  modelin  vaxtında 

tökülməməsi (elastik ölçü materialdan), klammerin protez bazisində düzgün yerləşdirilməməsi və s.  

Protez bazisinin qalınlığının bərabər olmaması da buraxılan  səhvlərdəndir. Bazisin qalınlığı elə 

olmalıdır ki, protez kövrək olmasın, elastikliyini saxlasın, xəstəyə əziyyət verməsin, yəni üst çənədə 

1,5-2  mm,  alt  çənədə  2-2,5  mm  olmalıdır.  Monomer  polimerin  nisbətinin  düzgün  götürülməməsi, 

polimerizasiya 

rejiminin  pozulması  protezin  keyfiyyətini  azaldır.  Mum  kompozisiyası 

polimerizasiyadan sonra soyuq suya salınarsa -  protezdə xırda məsamələr əmələ gəlir, bu da  protezin 

tez sınmasına səbəb olur. Küveti soyuq suya salıb, temperaturu tədricən qaynama dərəcəsinə catdırmaq 

lazımdır. 

Protezin  keyfiyyətli  olması  üçün  protezin  işlənməsi  prosesinə  də  böyuk  əhəmiyyət  vermək 

lazımdır. Protezi soyumamış çıxarıb işlədikdə və cilaladıqda o, deformasiyaya uğrayır. 

 

 





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin