Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə8/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

modelin hazırlanması. 

 

 

 


Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 3 

 

MÜHAZİRƏ. 



MÖVZU  1.

 

Stomatologiyanın  yaranma  tarixi  və inkişafı. 

 

Diş xəstəlikləri haqqında elm öz köklərini qədim Misir, Cin təbabətindən götürür. Hipokratın, 



Selsin  və  Qalinin  əsərlərində  dişlərin  müalicəsinə  aid  yazılara  rast  gəlinir.  Bizim  eranın  VII-VIII 

əsrlərdə  şərqdə  diş  həkimliyi  inkişaf  etməyə  başlamışdır.  XV  əsrdən  başlayaraq  Avropada  dişlərin 

müalicəsinə fikir verilməyə başlanmışdır. 

İtaliyalı  Covani  Darkole  dişin  qızılla  plomblanmasını,  Ambruaze  Pare  dişlərin  çıxarılmasına, 

replantasiyasına göstərişi təsvir etmişdir. 

XVIII əsrin sonlarında Fransız alimi Pyer Foşar bütün diş xəstəliklərini sistemləşdirmişdir. Onu 

elmin diş həkimliyinin banisi qəbul etmişlər. 

İlk diş həkimləri “diş müalicə edən adam”, sonradan isə “dantist” adlandırırdılar. 

“Stomatologiya” termini yunan sözləri olan “stoma” (ağız) və “loqos” (elm) sözündən götürülüb, 

mənası ağız boşluğu orqanları haqqında  elm deməkdir. 

Müasir  anlamda  bu  termin  dişlərin,  selikli  qişanın,  çənələrin,  üzün  və  boynun  bir  hissəsinin 

xəstəliklərini,  onların  diaqnostikasını,  müalicə  və  profilaktika  metodlarını  öyrənən  kliniki  tibb 

sahəsidir. 

Stomatologiyanın  elm  kimi  formalaşması  diş  həkimliyi  və  üz-çənə  cərrahiyyəsinin  birləşməsi 

nəticəsində uzun tarixi yol keçmişdir. 

XX  əsrin əvvəllərində  Azərbaycanda  58  diş  həkimi 11  diş  kabinetində  fəaliyyət  göstərirdi.  Diş 

həkimləri  üçün  yaxşı  şərait  olmasına  baxmayaraq,  xəstələrə  yardım,  əsasən  dişlərin  çıxarılmasından 

ibarət idi.  

1919-cu  ildə  BDU  yaradıldıqda  tibb  fakultəsinin  tələbələri  adontologiya  kafedrasında  diş 

xəstəliklərini öyrənirdilər. 1925-ci ildə tibb fakültəsinin ilk məzunlarından olan Q.R.Qurbanov üz-çənə 

cərrahiyyəsi  klinikası  yaratdı.  3  ildən  sonra  texnikum  Dişlərin  müalicəsi  institutuna  çevrildi.  Lakin 

1931-ci  ildə  institut  ATİ-na  stomatologiya  fakultəsi  olaraq  qatıldı.  4  ildə  85  mütəxəssis  hazırlamış 

fakultə bağlandı. 

1934-cü ildə yenidən DHT  yarandı. (1950-ci ildə bağlandı). Fəaliyyəti ərzində 1000-ə yaxın diş 

həkimi  və  diş  texniki  təhsil  aldı.  1954-cü  ildə  ATİ-də  yenidən  stomatoloji  fakultə  açıldı.  Fəaliyyəti 

ərzində  Azərbaycan  elminə  bir  çox  savadlı  kadrlar  vermiş,  stomatoloji  fakultənin  ilk  kafedraları 

terapiya,  cərrahiyyə,  ortopediya  kafedrası  olmuşdur.  Ə.A.Əhmədov,  Ə.Hacıyev,  T.Mirzəyev  kimi 

görkəmli stomatoloqlar uzun illər boyu stomatoloji kadrlar hazırlanmasına əmək sərf etmişlər.  

1975-ci ildə Bakı 2№li Tibb məktəbində Stomatoloji şöbə açıldı. 

Hal-hazırda  1997-ci  ildən  fəaliyyət  göstərən  Azərbaycan  Stomatoloqlar  Assosiasiyası  (ASA) 

bütün stomatoloq və diş həkimlərini özündə birləşdirir. 

29 iyul 2000-ci ildən etibarən stomatoloji biliklərin genişlənməsi dünya səviyyəsinə inteqrasiyası 

məqsədilə ilk stomatoloji sayt fəaliyyət göstərməyə başlamışdır. 

Güclü kadrları ilə fəxr edə biləcək tarixi yol keçmiş Azərbaycan Stomatoloqları yerində saymır, 

ildən ilə inkişaf edir. 

 

 





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin