Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə11/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 5 

 

MÖVZU  3.



 

Müasir çıxan protezlərin  konstruksiyası. 

 

Kariyes  və  ağırlaşmaları,  sərt  toxumaların  qeyri-karioz  zədələnmələri,  paradontun  xəstəlikləri, 

çənələrin odontogen  və  qeyri-odontogen  mənşəli  iltihabı  xəstəlikləri,  dişləm  anomaliyaları,  travma, 

şişlər  diş  cərgələrinin  tamlığının  pozulmasına  səbəb  olur.  40-50  yaşlı  insanların  70%-də  bu  kimi 

qüsurlar var.  Yaranmış vəziyyət dönməzdir, buna görə də diş cərgəsi qüsurları formalaşmış diş-çənə 

sisteminin ağır zədələnmələri hesab olunmalıdır, çünki bu zaman tipik simptomatikalı özünəməxsus 

patoloji dəyişikliklər inkişaf edir. 

Diş  cərgəsində  yaranmış  qüsurun,  iltihabı  və  destruktiv  proseslərin,  sonrakı  deformasiyaların 

aradan qaldırılması protezləmə ilə əldə edilir. Protezləmə fizioloji ehtiyatın hesabına dayaq dişlərin 

parodontunun dözümlülüyünə əsaslanır. 

Hər bir çıxan protezin öz konstruktiv xüsusiyyətləri var: qüsurun yerindən və ölçüsündən, qalan 

dişlərin sayından, parodont və sərt toxumaların, selikli qişanın, protez yatağının, alveol çıxıntının, sərt 

damağın və s. vəziyyətindən asılı olaraq konstruksiya dəyişə bilər. 

Konstruksiyanın  müxtəlifliyindən  asılı  olmayaraq  hər  bir  çıxan  protezdə  aşağıdakı  elementlər 

olur: 

1. Bazis 



2. Tutucu elementlər (klammerlər) 

3. Süni dişlər 

Qövslü protezdə bazis və tutucu elementlərdən əlavə qövs və çıxıntılar da mövcuddur. 

Lövhəli protez alveol çıxıntıya və çənə cisminə söykənən bazisdən, diş cərgəsi tamlığını bərpa 

edən  süni  dişlərdən,  protezi  təbii  dişlərdə  fiksasiya  edən  klammer  və  digər  mexaniki  elementlərdən 

ibarətdir. 

Tutucu  klammerli  lövhəli  protezin  əsas  xüsusiyyəti  çeynəmə  təzyiqini  qəbul  etməyə 

uyğunlaşmamış toxumalar üzərində yerləşməməsidir. 

Bazisin  protez  yatağı  toxumalarına  təzyiqi  atrofiyaya  səbəb  olur.  Epitelinin  yüksək 

deskvamasiyası (dəri və ya selikli qişa hüceyrələrinin qopub tökülməsi) baş verir. Bu selikli qişanın 

xarici qıcıqlara qarşı davamlılığını azaldır, nəticədə xroniki iltihabi proses yaranır. Protezin diş boynu 

və  dişəti  kənarına  söykənən  hissəsi  boyunətrafı  kariyes  və  dişətinin  patoloji  cibli  gingivitinə  səbəb 

olur.  Klammerlər  diş  tacı  səthində  daim  sürüşərək,  minanı  zədələyir,  hiperesteziya  və  hətta  kariyes 

yaradır. 

Lakin çıxan protezlər daha gigiyenik olduğu üçün çıxmayan körpüvari protezlərdən üstündür. 

Hər  iki  növ  protezin  çatışmamazlığı  nəzərə  alınaraq,  onların  evolyusiyası  protez  bazisinin 

kiçilməsi və protez yatağı toxumalarına təzyiqin bərabər ötürülməsi xətti üzrə getmişdir. 

Çıxan lövhəli protezin bazisi (əsası) plastmas və ya metal lövhəcikdir. Bazis aşağı çənədə alveol 

çıxıntı, yuxarı çənədə isə eləcə də sərt damaq üzərində yerləşir. Çeynəmə təzyiqi süni dişlərdən bazisin 

köməyilə protez yatağı selikli qişasına ötürülür. Dişlər nə qədər az qalarsa, bazis bir o qədər böyük 

olur. Protezin fiksasiyası üçün əlverişli şərait-hündür alveol çıxıntı, yaxşı ifadə olunmuş sərt damaq və 

ya klammerlərin sayının artırılması protez bazisini kiçiltməyə imkan yaradır. 

Çıxan protez konstruksiyasında sərhədlərin böyük əhəmiyyəti var. Yuxarı çənədə hissəvi çıxan 

protez bazisinin sərhəddi vestibulyar tərəfdən, dişsiz alveol çıxıntı nahiyəsində keçid büküşündən 0,5-

1 mm aşağı keçir. Bazis alveol çıxıntını yəhər şəklində əhatə edərək, protezin stabilizasiyasına kömək 

edir  və  çeynəmə  yükünün  böyük  sahəyə  yayılmasına  şərait  yaradır.  Yuxarı  dodaq  yüyəni  və  yanaq-

alveol dartıları nahiyəsində bazisdə kəsiklər aparılır. 

Bazisin distal sərhədləri qüsurun lokalizasiyasından və ölçüsündən asılıdır. Ön dişlərin olmaması 

zamanı distal sərhəd sərt damağın ön 1/3-i nahiyəsindən keçir, yan dişlər olmadıqda  A xəttindən bir 

qədər  öndə,  yuxarı  çənə  qabarları  səviyyəsində  yerləşir.  Alveol  çıxıntı  və  yuxarı  çənə  qabarları  çox 

atrofiyalaşıbsa,  protez  bazisinin  sahəsi  yüklənmənin  qarşısının  alınması  üçün  böyüdülür,  bu  zaman 

protezin fiksasiyası üçün adgeziya qabiliyyəti də artır. 





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin