Kennediyə görə diş qüsurları 4 sinfə bölünür:
1. İkitərəfli hüdudlanmayan qüsur
2. Birtərəfli hüdudlanmayan qüsur
3. Birtərəfli hüdudlanan qüsur
4. Hüdudlanmış ön qüsur.
Bütün bu qüsurların bərpa olunması üçün hissəvi çıxan protezlər hazırlanır. Hissəvi çıxan
protezlər lövhəli və bügel olmaqla 2 qrupa bölünür. Hər iki növ çıxan protez çıxmayan protezin
hazırlanması mümkün olmadıqda hazırlanır. Protezlərin hazırlanması konkret klinik şəkildən diş
cərgəsi qüsurunun yerləşməsi, növü və uzunluğundan, qalan dişlərin vəziyyətindən, dişləmin
növündən və s. asılıdır.
Çıxan protezlər ağız boşluğuna gigiyenik qulluğu asanlaşdırır, pozulmuş estetikanı bərpa edir,
dişlərin xüsusi hazırlığına ehtiyac olmur, konstruksiyanı yeniləşdirmək və dəyişmək olur.
Hissəvi çıxan protezin əsas elementləri bazis (plastmas və ya metal), tutucu elementlər
(klammerlər, teleskopik qapaqlar, attaçmentlər və s), süni dişlər və bügel protezində qövsdür.
Protezin bazisi-plastmas və ya metal lövhəcik olub, dişsiz alveol hissəni, aşağı çənədə dil səthini
və yuxarı çənədə sərt damağı örtür. Bazis lövhəciyində süni dişlər və tutucu elementlər olur.
Protez bazisi protez yatağı toxumalarına söykənərək çeynəmə təzyiqini onlara ötürür, anatomik
retensiya və adgeziya hesabına protezi çənədə saxlayır.
Protez bazisinin ölçüsü çənədə qalmiş dişlərin vəziyyətindən, yerləşməsindən, sayından asılıdır.
Burada alveol çıxıntının atrofiyasının xarakteri, damağın forma və dərinliyi, torusun olması, selikli
qişanın vəziyyəti, dişləmin növü da əhəmiyyət kəsb edir. Çənədə nə qədər çox diş qalarsa, anatomik
retensiya bir o qədər böyük olur və protez bazisinin sərhədi kiçik olur.
Çıxan protezin hazırlanmasında bir sıra klinik və laborator mərhələlər var:
Dostları ilə paylaş: |