Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə17/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 9 

 

MÖVZU  6.



 

Yuxarı  və aşağı çənə üçün protez  bazisinin  sərhədləri.   

Mum  bazis. Hissəvi çıxan protezlərin  çənə sərhədləri. 

 

Protez  bazisinin  sərhəddi  vestibulyar  tərəfdən,  dişsiz  alveol  çıxıntı  nahiyəsində  keçid 



büküşündən  0,5-1  mm  aşağı  keçir.  Bazis  alveol  çıxıntını  yəhər  şəklində  əhatə  edərək,  prorezin 

stabilizasiyasına  kömək edir  və çeynəmə  yükünün  böyük  sahəyə  yayılmasına  şərait  yaradır.  Yuxarı 

dodaq yüyəni və yanaq-alveol dartıları nahiyəsində bazisdə kəsiklər aparılır. 

Bazisin distal sərhədləri qüsurun lokalizasiyasından və ölçüsündən asılıdır. Ön dişlərin olmaması 

zamanı distal sərhəd sərt damağın ön 1/3-i nahiyəsindən keçir, yan dişlər olmadıqda  A xəttindən bir 

qədər  öndə  yuxarı  çənə  qabarları  səviyyəsində  yerləşir.  Alveol  çıxıntı  və  yuxarı  çənə  qabarları  çox 

atrofiyalaşıbsa,  protez  bazisinin  sahəsi  yüklənmənin  qarşısının  alınması  üçün  böyüdülür,  bu  zaman 

protezin fiksasiyası üçün adgeziya qabiliyyəti də artır. 

Çənədə dişlər qaldıqda bazis ön və yan şöbələrdə müxtəlif cür yerləşdirilə bilər. Ön dişlər mum 

lövhəciyin qalınlığı qədər (1,8 mm) bazislə örtülür, dərin dişləmdə bu sahə tamamilə bazisdən azad 

olunur (dişləmin hündürləşməsinin qarşısının alınması və antoqanist dişlərin dişarası məməciklərinə 

artıq təzyiqin düşməməsi üçün). 

Yan dişlər bazislə diş tacının 2/3-si qədər örtülür ki, bu da bazisin qonşu toxumalara oturmasının 

və  təbii  dişlər  nahiyəsində  boyunətrafı  dişəti  kənarının  aralanmasının  qarşısını  alır,  dişlərə  düşən 

təzyiqin  bərabər  paylanmasına  və  protezin  stabilizasiyasına  kömək  edir.  Sərt  damaqda  torus  olarsa, 

onun  zədələnməsinin  və  protezin  balanslaşmasının  qarşısının  alınması  üçün  bazisin  bu  törəmənin 

selikli qişası ilə kontaktına yol vermək olmaz. Bunun üçün bazisin daxili səthində torusun yerləşdiyi 

yerdə dərinliyi 0,5 mm olan izolyasiya (kamera) yaradılır. 

Yuxarı  çənədə  bazisin  qalınlığı  adətən  mum  lövhəciyin  qalınlığı  qədər  olur,  təbii  dişlər 

nahiyəsində  gələcəkdə  ediləcək  korreksiya  nəzərə  alınıb,  bir  qədər  qalınlaşdırılır.  Bazisin  kənarları 

lazımi qalınlıqda və dairəvi olmalıdır. 

 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin