1. Ofis və yarmarka üçün müvafiq sahələrin verilməsi. Anbarda böyük həcmdə material resursları saxlayan firmalar müəyyən funksiyaların yerinə yetirilməsi üçün bu anbarda öz əməkdaşlarının normal fəaliyyətini təmin edənsahəyə malik olmalıdır. Yarmarka üçün ayrılan sahələrdən gələcək alıcılara firmanın satıcıları tərəfindən öz məhsuliarının nümayiş etdirilməsi məqsədilə istifadə edilir.
2. Məlumatların emal edilməsi (işlənməsi) üçün kompleks avadanlıqların verilməsi. Məlumatların işlənməsi (emalı) üçün təklif edilən avadanlıqlar, müştərilərin avadanlıqları ilə birlikdə ümumi istifadədə olan anbarlarla, habelə öz əməkdaşları ilə əlaqə saxlamağa imkan verir.İstifadəçilər tez - tez anbar heyəti üçün sənədlərin və ya təlimatların hazırlandığı anbar ofisində özlərinin kompyüter terminalını quraşdırırlar. Bir çoxəmtəə anbarları rabitə sisteminə birbaşa giriş imkanlarına malik olduğundan növbəti məhsulgöndərənlər üzrə sifarişləri çox asanlıqla qəbul edir, məhsulgöndərənlərlə ahcılar arasında əlaqələr yaradırlar.
3. Əmtəə - material ehtiyatlarının zəruri səviyyəsinin təmin edilməsi. Ehtiyatların səviyyəsi haqqında razılığa gələn istifadəçilər onun səviyyəsinə nəzarət etmək imkanları əldə edirlər. Əmtəə anbarlarının özü ehtiyatiarı tələb olunan saviyyəyə çatdırmaq üçün növbəti sifarişlər verir və ehtiyatların razılaşdırılmış səviyyəsinin təmin edilməsinə say göstərir.
4. Yüklərin nəqli zamanı daşıyıcılara xidmət göstərilməsi. Əmtəə anbarları müstəqil formada sifarişləri işləyir və istehlakçılara göndərilən məhsullara görə ödənişləri həyata keçirir.
5. Məhsulların girov saxlanılması. Belə təyinatlı xidmətlər anbar ərazisində və ya kənarda yerinə yetiritir. Məhsulların girov saxlanılması üçün istifadə edilən müvəqqəti anbarlar bir çox hallarda məhsul sahiblərinin ərazisində, məhsulların ehtiyat formasında saxlanıldığı ərazilərdə ayrılır. Anbarın sahibi məhsulları qəbul edir və məhsul sahibinə girov haqqında müvafiq qeydlərə malik çeklər verir. Materialdan girov kimi istifadə etmək bir tərəfdən bölgü kanallarında yaranan gərginliyinazaldılmasına kömək edirsə də, digər tərəfdən firmanın təsərrüfat fəaliyyətinə mənfi təsir göstərir.
Logistik kanalın əsas tərkib elementi kimi ümumi istifadə təyinatlı anbarların fəaliyyətinə aid çoxlu nümunələr göstərmək olar.
Ümumi istifadədə olan anbarlar bir qayda olaraq müxtəlif təyinatlı məhsulların, korporativ anbarlar isə həmişə ixtisaslaşmış məhsulların saxlanılması üçün nəzərdə tutulur. Anbarı layihələşdirmədən əvvəl məhsulların xarakteristikası və həcmini müəyyənləşdirmək lazım gəlir. Bələdiyyə (munisipial) mülkiyyətində olan anbarlar bələdiyyə təşkilatlarının, yerli idarəetmə orqanlarının tabeçiliyində olan anbarlardır. Belə anbarlara rəhbərlik bələdiyyə orqanları tərəfindən həyata keçirilməsinə baxmayaraq onlar da digər anbar növləri kimi icarəyə və ya şərikli istifadəyə verilir. Bu anbarların əsas təyinatı bələdiyyələr tərəfindən istehsalı və ya satışı qadağan edilən məhsulların saxlanılması, yerli istehsalçıları stimullaşdırmaq məqsədilə nadir və ya az tapılan material resursları ilə onları təmin etməkdən ibarətdir.