CAA rekordu - sertifikatlarla bağlı olan bir rekorddur.
SPF rekordu - bu rekord vasitəsilə hansısa email ünvanlarına email göndərilməsi müəyyənləşdirilir və ip ünvanlar əsasən TXT rekordunda tutulur. SPF eləcə də, email-in doğru yerdən gəlib-gəlmədiyini də müəyyənləşdirir;
TXT rekordu - domain adlarını mətn sətirlərinə uyğunlaşdırır və bu rekordda domain haqqında məlumatlar əks olunur;
DKIM rekordu - göndərilən email-in bir hissəsinin qarşı tərəfə şifrəli göndərilməsi prosesini təmin edir ki, qarşı tərəfin bu email-i aça bilməsi üçün şifrəyə ehtiyacı yaranır, və bu key-i də email-i göndərən qarşı tərəfin domai-nin DNS serverində olan DKIM rekordundan alır;
Qeyd edim ki, ümumiyyətlə kənardan olan bütün email-lərin spam və phishing olaraq inbox-a düşməsinin qarşısının alınması üçün TXT, SPF, DMARC və DKIM rekordları ayarlanmalıdır.
DNS haqqında vacib məlumat və qeydlər: Dostlar, indi isə DNS haqqında digər vacib məlumatları və qeydləri sizə təqdim etmək istərdim. İT iş müsahibələrində yəqin ki, "DNS" necə işləyir və ya hər hansı bir sayta müraciət edərkən hansı mərhələlər, proseslər mövcuddur kimi suallarla qarşılaşmısınız? Elə isə, ilk olaraq DNS marşurutunun loru dilində izahına baxaq. Beləliklə:
Saytlara müraciət edilmə (DNS-in müəyyən edilməsi istiqamətindəki) prosesləri necə baş verir?
Kompüterdən hər hansı bir sayta (məsələn: www.examples.com) müraciət olunarkən, ilk növbədə kompüterdə olan "host" faylına baxılır, host faylında həmin sayt (ip ünvan) barəsində məlumat əldə edilmədikdə "şəbəkə kartına/cache" baxılır, şəbəkə kartında məlumat əldə edilmədikdə "router-in DNS"-nə müraciət edilir, router-də məlumat əldə edilmədikdə "DC-də olan DNS Forward Lookup Zone"-a müraciət edilir, DNSFLZ-də məlumat əldə edilmədikdə isə "ISP"-yə müraciət edilir, ISP-də də məlumat əldə edilmədikdə isə son olaraq (kənara) "DNS Root Hints-lərə" müraciət edilir. Qeyd edim ki, bütün bu proseslər hiss olunmayacaq qədər saniyələr içərisində baş verir.