Hallüsinasiya (“Hallusinatio” –latın sözü olub, qarabasma, sərsəmləmə
deməkdir). Hazırda xəstənin qavrama sferasında olmayan əşyaların, hadisələrin
yalançı qavrama obrazlarının yaranmasıdır. Yəni obyektsiz qavramadır. İllüziyalar
kimi hallüsinasiyalar da duyğu orqanlarına müvafiq olaraq beş dormada təsadüf
edir (görmə, eşitmə, qorxu, dad və taktil hallüsinasiyalar).Hallüsinasiyalar bəzən
bir neçə hiss orqanını əhatə edə bilər. Məsələn, xəstə qoluna ilan sarındığını görür,
onun nəfəsini eşidir və soyuqluğunu hiss edir.
Eşitmə hallüsinasiyalarında xəstə kiminsə onu çağırdığını, təhqir etdiyini və ya
hansı mülahizələr söyləməsini eşidir. Bəzi xəstələr heç bir məna ifadə etməyən
səslər (küylər) eşidir.Akoazm adlanan belə hallüsinasiyalara sadə (elementar)
eşitmə hallüsinasiyaları deyilir.
Verbal (danışıq) hallüsinasiyalar məzmunu etibarilə müxtəlif formada rast
gəlinə bilər: ayrı-ayrı sözlər, uzun-uzadı söylənən nitq və s. Xəstənin özü və
ətrafdakı adamlar üçün təhlükəli olan imperativ hallüsinasiyalardır. Bunlar
əmredici xarakterli olub, xəstələri cinyət hərəkətləri etməyə sövq edə bilər. Belə
hallüsinasiyanın təsiri altında bir xəstə qadın öz uşağını balta ilə öldürmüşdür.
Başqa bir xəstə iş yerində yanğın törətmiş, idarənin bütün lazımi sənədlərini
yandırmışdır. Belə xəstələri təcili xəstəxanaya yerləşdirməli və onların üzərində
nəzarət qoyulmalıdır.
Dostları ilə paylaş: |