Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev



Yüklə 201,29 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix25.12.2016
ölçüsü201,29 Kb.
#3085
1   2   3   4   5   6   7
        Taktil  hallüsinasiyalarda  xəstələr  bədənin  müxtəlif  nahiyələrində  göynəmə, 

soyuqluq,  dartılma  və  s.  kimi  hissiyatın  olması,  bədənlərində  cücülərin  və 

qarışqaların gəzdiyini deyirlər. Bir sıra hallarda bu böcəklər  onları sanki dişləyir, 

cırmaqlayır və digər formada narahat edir. 

     Tajktil  hallüsinasiyaların  visseral  formasında  xəstələr  daxili  orqanlarında 

(yemək  borusu,  mədə  və  bağırsaqlarda,  oynaqlarında  və  s.)  tikan,  bıçaq  və  ya 

canlıların (arı, qarışqa, böcək, ilan və s.) olmasını bildirirlər. 

     Hallüsinasiyalar hansı duyğu orqanına aid olmasından asılı olmayaraq həqiqi və 

yalançı olmaqla iki yerə bölünür: 

    Həqiqi  hallüsinasiyaların  obyekti  orqanizmdən  kənar  mühitdə  yerləşmiş  olur. 

Məsələn, “səs” divarın arxasından, küçədən, qoxu o biri otaqdan gəlir və s. 

    Yalançı  hallüsinasiyalar  (psevdohallüsinasiyalar)  daha  mürəkkəb  xarakterli 

olub,  təkcə  qavramanı  deyil,  eyni  zamanda  təfəkkür  sferasını  da  əhatə  edir.  Bu 

zaman hallüsinator obraz orqanizmin özündə yerləşir. Belə ki, xəstə səsi, qoxunu, 

əcayib  heyvanı  bədəninin  daxilində  hiss  edir.  Söhbət  zamanı  o  qeyd  edir  ki, 

“səslər”  beynimin  içindədir,  qoxu  mədəmdən  gəlir,  vəhşi  heyvanları  “beynimin 

gözü”  ilə  görürəm.  Psevdohallüsinasiyalar,  adətən,  mürəkkəb  psixopatoloji 

sindrom,  psixi  avtomatizm  və  ya  Kandinski  –  Klerambo  sindromunun  tərkib 

hissəsini təşkil edir və şizofreniya xəstəliyinin inkişaf mərhələlərində rast gəlinir. 

Psevdohallüsinasiyalar zamanı xəstələr qeyd edirlər ki, səslər onları təqib edir, öz 

arzusundan asılı olmadan sani qəlbinə sirayət edir. Eyni zamanda xəstə qavranılan 

hadisələrin ona məcburi (iradəsindən asılı olmadan) təlqin olunmasını qeyd edir. 

       Hipnohagik    hallüsinasiyalar  yuxu  ilə  ayıqlıq  arasında,  yəni  mürgüləmə 

fazasında  rast  gəlinən  görmə  hallüsinasiyalarına  deyilir.  Bu  növ  hallüsinasiyalar 

bəzi  mürəkkəb  səhnələri  xatırladan  məzmunda  olur  (xəstələr  sanki  “televiziya 

verlişlərinə baxıram” söyləyirlər). Bəzən qeyri-adi adamlar onları qorxudur, hücum 

edir və ya lağa qoyur. Xəstə gözünü açdıqda bütün bu səhnələr yox olur, bir neçə 

müddətdən  sonra  yenidən  təzahür  edir.  Bir  sıra  hallarda  hipnohagik 

hallüsinasiyalar yuxudan oyananda (ayılmağa az qalmış, səhərə yaxın) baş verir. 

       Funksional  hallüsinasiyalar  yuxarıda  qeyd  olunan  hallüsinasiyalardan  fərqli 

olaraq real qıcıqlandırıcılar əsasında yaranır və yalnız qıcıq mənbəyi yox olduqdan 



 

sonra, o da yox olur. Məsələn, qatarda gedən şəxs təkərlərin ahəngdar səsini sözlər, 



onun  ünvanına  deyilən  müxtəlif  söyüşlər  kimi  eşidir.  Bu  növ  hallüsinasiyaları 

illüziyalara  bənzətmək  olar,  lakin  illüziyalardan  fərqli  olaraq  burada  xəstə  həm 

təkərlərin  tıqqıltısını,  həm  də  onun  ünvanına  deyilən  sözləri  eşidir.  Təkərlərin 

tıqqıltısı  dayanan  kimi  səslər  də  kəsilir.  Beləliklə,  funksional  hallüsinasiyalar  öz 

xüsusiyyətinə  görə  illüziyalardan  və  yuxarıda  qeyd  olunan  hallüsinasiyalardan 

fərqlənir. 




Yüklə 201,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin