Latent mərhələ (6-12 yaşlar). Bu dövrdə uşağın seksual tələbatı zəifləyir. Onun marağı fiziki,
intellektual, sosial vərdişlərin qazanılmasına yönəlir. Uşağın dünyası genişlənir, onun tanıdığı
adamlar artır. Məktəb və, ümumiyyətlə, ailədən kənarda ünsiyyət, uşağa yeni adamlarla özünü
müqayisə etməyə, ailədə qazandığı vərdişləri dəyişməyə və ya möhkəmlətməyə imkan verir. Bu
dövrdə uşaq adətən, özünü öz cinsinin nümayəndələri ilə eyniləşdirməyə çalışır. Müxtəlif
oyunlarda iştirak edərkən, qrup daxilində fəaliyyətə xidmət edən müxtəlif rituallar, qaydalar
işlənilir. Qrup daxili davranış standartlarının ödənilməsi ünsiyyət vərdişlərinin yaxşı
mənimsənilməsinə xidmət edir. Yaşıdları ilə münasibətdə uğursuzluqlar isə qeyri-kamillik və
acizlik hissi formalaşdırır.
Dostları ilə paylaş: |