Modelləşdirmə texnikası psixoterapevtik davranış tərzini təqlid etməkdən ibarətdir. Bu üsul,
xüsusən uşaqlarla işləyərkən, onları öyrətmək üçün yaxşı vasitə olub, rol oyunları ilə birlikdə
istifadə olunur. Modelləşdirmənin böyüklərin müalicəsinə tətbiqi mütəxəssislərdə fikir ayrılığı
yaradır.
Neqativ təcrübə texnikası eyni bir hərəkətin dəfələrlə təkrarlanması zamanı reaktiv
tormozlanma əmələ gəlməsinə əsaslanır. Üzündə səyirmə (tik) olan xəstəyə səyirmələr azalana
qədər iradi olaraq, həmin səyirmələri təkrarlamaq təklif olunur.
Dostları ilə paylaş: |