“Kütlələrin psixologiyası və insan Məninin analizi” (1921), “Mən və O” (1923) əsərlərində
Freyd şəxsiyyətin strukturunu açıqlamağa səy göstərir. O, həmçinin psixi instansiyalar – O, Mən,
Fövqəl-məni –ayırd edərək, individual xüsusiyyətləri etnik və sosial qrupların davranışı ilə
əlaqələndirməyə çalışmışdır.
Mrünün son onilliyində Freyd fəal işdən uzaqlaşmış, fəlsəfə, mədəniyyət və dinin analizi ilə
məşğul olmuşdur. Onun baxışları “Bir illüziyanın gələcəyi” (1927) və “Moisey və təkallahlıq”
(1939) məqalələrində öz əksini tapmışdır. 1938-ci ildə Avstriyanın işğalından sonra Freyd
təqiblərə məruz qalır. Faşistlər onun bütün əmlakını, o cümlədən kitabxanasını müsadirə edirlər.
Freydin dörd bacısı həbs düşərgəsində həlak olur. Yalnız Amerikanın Fransadakı səfirliyinin
vasitəçiliyi və Psixoanaltik cəmiyyətlərin ödədiyi böyük məbləğdə rüsum Freydə İngiltərəyə
mühacirət etməyə imkan verdi. Burada Freyd 21 sentyabr 1939-cu ildə 83 yaşında vəfat etdi.
Dostları ilə paylaş: |