Üçlü quruşlu struktur:
O(id), Mən (ego), Fövqəl-mən (superego).
Topoqrafik model yalnız psixi materialın şüura müvafiq mövqeyini təsvir edərək, psixi
funksiyaların müxtəlif tiplərini nəzərə almır. Bunu üçün “O”,”Mən”, və ”Fövqəl-mən”
anlayışlarına istinad edən psixi aparatın üç quruluşlu strukturundan istifadə olunur. “O” –anlayışı
əksər bioloji tələbatları və primitiv meylləri əhatə edir. O-nun hərəkətverici qüvvəsi məmnunluq
(qənaətlənmək) prinsipidir. Bu prinsipə əsasən meyllər həmin andaca qane edilməli, ləzzət almaq
üçün yollar aranmalıdır, ağrıdan isə uzaqlaşmaq gərəkdir. “O”-na məxsus olan seksual və
aqressiv meyllər aclıq, susuzluq, özünü qoruma instinki kimi impulsları şüura qatdıqda mütləq
qaydada senzuraya məruz qalır və insan üçün daha münasib şəklə salınır.
Adi həyatda “mən” sözü insanı digərlərindən fərqləndirmək, onun fərdiliyini vurğulamaq
məqsədi daşıyır. “Mən” termininin psixoanalitik mənası bundan fərqlənir. Burada “Mən” daxili
meyllərlə xarici aləmin reallıqları arasında əlaqə yaradan komponent kimi başa düşülür. Başqa
sözlə, “Mən” ixtiyarında olan fikirlər, hisslər və s. vasitəsiylə “O”-nun ortaya atdığı meyllər ilə
“Fövqəl-mən”in məram və məqsədlərini uzaqlaşdırmağa çalışır. “Mən”in əsas funksiyası qeyri-
mütənasib meyllərin qradiasiyasını qurmaq və onları daha mütənasib meyllərlə əvəz etməkdir.
Beləliklə, ətraf mühitlə kompromis əldə olunur və şəxsiyyətin müdafiəsi həyata keçirilir. Çox
zaman bu funksiya şüurlu xarakter daşıyır. Uşaq böyüdükcə valideynləri və digər adamlarla
ünsiyyəti genişləndikcə “Mən” inkişaf edir. Bu inkişaf özünü qoruma vərdişlərinin əldə
olunması, eləcə də ümumiləşdirmə, mühakimə, nitq və s. kimi intellektual funksiyaların
təkmilləşməsi ilə əlaqədardır. Mükəmməl və sağlam “Mən” yetkin şəxsin həyatda stresslərə
qarşı uyğunlaşa bilməsini şərtləndirir.
“Fövqəl-mən”in funksional xarakterini daha yaxşı başa düşmək üçün bədii obrazı – “Qızıl
açar” nağılında Buratinoya həyatın mənəvi prinsiplərini, ideyalarını şərh edən ocaq çəyirtkəsini
xatırlamaq yerinə düşərdi. “Fövqəl-mən”in funksiyası bizim fikirlərimizin, əməllərimizin ideal
4
standartlara nə qədər uyğun gəldiyinə nəzarət etməkdir. Beləliklə, “Fövqəl-mən” “İdeal-mən”
standartını formalaşdırır və bu baxımdan “vicdan” anlayışına yaxınlaşır.
Dostları ilə paylaş: |