- Ehtiyat dərəcəsi (Reserve ratio) depozitlərin ehtiyat kimi saxlanılan hissəsidir.
Qismən Ehtiyat Saxlayan Bankçılıqda Pulun Yaradılması
1. Banklar ehtiyatlarının bir hissəsini borc verdikdə pul təklifini artırırlar.
2. Pul təklifinə banklardakı depozitlərin miqdarı və bankların verdikləri borc miqdarı təsir göstərir.
Bankda depozitlər həm aktivlər, həm də passivlər kimi qeydə alınır.
Borclar bankın aktivlərinə aiddir.
Qismən Ehtiyat Saxlayan Bankçılıqda Pulun Yaradılması
Aktivlər
Passivlər
Aktivlər 10 dollar
Depozitlər 100 dollar
Verilmiş kredit 90 dollar
MƏCMU AKTİVLƏR: 100 dollar
MƏCMU PASSİVLƏR: 100 dollar
Bu T-Hesabı göstərir ki..... -Depozitlər qəbul olunur,
-Onların bir hissəsi ehtiyat kimi saxlanılır,
-Qalan hissəsi (kredit ) borc kimi verilir.
Ehtiyat dərəcəsi 10%-dir
-----------------------------
Pul təklifi=100 (depozit)+ 90 (kredit) = 190 dollar
Birinci Milli Bank
T hesabı
İkili yazılış (T hesabı) nədir- hər bir təsərrüfat əməliyyatının mühasibat uçotunun hesablarında iki dəfə: eyni məbləğdə bir hesabın debetində, ikinci qarşılıqlı əlaqəli hesabın kreditində yazılmasıdır.
Kreditlər və debetlər ümumi hesabda qeyd olunur, burada bütün hesab qalıqları uyğun olmalıdır. Fərdi hesabların kitab jurnalının vizual görünüşü T şəklinə bənzəyir, buna görə də bir mühasibat hesabı da T-hesabı adlanır.
Qismən Ehtiyat Saxlayan Bankçılıqda Pulun Yaradılması
Bank pulu borc verdikdə pul əsasən depozit kimi digər banka qoyulur. Bu borc vermək üçün daha çox depozit və daha çox ehtiyat yaradır.