FəNN: makroiQTİsadiyyat


Iqtisadi artımın tədqiqi labüd olaraq onun bir sıra model­lə­rinin işlənib hazırlanmasına gətirib çıxarmışdır



Yüklə 1,1 Mb.
səhifə5/105
tarix04.11.2022
ölçüsü1,1 Mb.
#67392
1   2   3   4   5   6   7   8   9   ...   105
Makroiqtisadiyyat

Iqtisadi artımın tədqiqi labüd olaraq onun bir sıra model­lə­rinin işlənib hazırlanmasına gətirib çıxarmışdır. Belə modellərin ilk ün­sürlərini Fransua Kenenin 1758-ci ildə nəşr olunmuş «Iqtisadi cəd­vəl­lə­ri»ndə görmək olar. O, ilk dəfə iqtisad elmində milli təsərrüfatı özünə­məx­sus xüsusi balansa malik olan bir sistem kimi təsvir etmişdir. Kene belə hesab edirdi ki, izafi məhsul yalnız kənd təsərrüfatında yaradılır və məhsuldar sahə kənd təsərrüfatıdır. Izafi məhsul dedikdə o, kənd təsər­rü­fatının ümumi məhsulu ilə burada istehlak olu-nan məhsul­lar arasın­dakı fərqi nəzərdə tuturdu. Beləliklə, onun fikrincə kənd tə­sər­rüfatında istehsal olunan məhsul iqtisadiyyatın digər sahələri tərə­findən satın alı­nır. Kenenin «Iqtisadi cədvəlləri» əməli əhəmiyyətə ma­lik olmasa da, bu sahədə ilk təşəbbüs hesab edilə bilər.
Bu məsələnin araşdırılması sahəsində K.Marksın da müəyyən xidmətləri olmuşdur. O, "Kapitalı"ın II cildində ictimai istehsalın iki bö­yük bölmədən – istehsal vasitələri istehsalı və istehlak şeyləri istehsalı–ibarət olduğunu göstər-miş və onların arasındakı tarazlıq şərtlərini aş­kara çıxarmış-dır. Lakin iqtisadi sistem ümumi səviyyədə nəzərdən ke­çi­rildiyi üçün onun çıxardığı nəticələr çox da böyük əməli əhəmiyyətə ma­lik olmamışdır. Çünki iqtisadiyyat yüzlərlə, minlərlə sahə və istehsa­lat­lardan ibarətdir.
Iqtisadi artımın əsl mahiyyətini əks etdirən "Xərc – məhsul bu­raxılışı" modeli rus riyaziyatçısı və iqtisadçısı, 1925-ci ildən ABŞ-da ya­şayan və bu ölkənin vətəndaşlığını qəbul edən Vasili Leontyev tərə­findən işlənib hazırlanmış-dır. V. Leontyev milli təsərrüfatı maddi və dəyər göstə­ricilə­ri­nin köməyilə şahmat cədvəli formasında təsvir etmişdir. V. Leontyevin sahələrarası balansı aşağıdakı dörd kvadratdan ibarətdir: 1) Məhsulun istehsalına çəkilən mad-di xərc göstəriciləri; 2) Bi­la­vasitə istehlak, yığım və ixrac üçün istifadə olunan son məhsul göstəriciləri; 3) Xalis məhsul göstəriciləri (əmək haqqı, mənfəət, vergi­lər); 4) Xalis məhsulun yenidən bölüşdürülməsi.
Sahələrarası balansın sütunlarında dəyər ifadəsində ümumi məh­­sulun formalaşmasına çəkilən xərclər, üfuqi sətirlərdə isə bu məh­sulun bölüşdürülməsi göstərilir. Bu məlumatlardan istifadə etməklə, xərc­lərin xüsusi çəkisini asanlıqla müəyyən etmək olar. Bu məqsədlə sütun­dan və ya sətirdən götürülmüş (seçilmiş) göstərici ümumi məhsulun kə­miy­yə­ti­nə bölünür.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin