Fənn: Məktəb təliminə hazırlıq Qrup: mq2-19 Müəllim


Uşağın məktəb təliminə hazırlığında valideynlərin rolu



Yüklə 492,9 Kb.
səhifə5/6
tarix18.05.2022
ölçüsü492,9 Kb.
#58411
1   2   3   4   5   6
Günay Əhmədova Məktəb təlimi

Uşağın məktəb təliminə hazırlığında valideynlərin rolu.

Indiyə qədər məktəbəqədər təhsil və tərbiyə ilə bağlı ədəbiyyatdan məlumdur ki, məktəbəqədər yaş dövründə uşaqların təlim və tərbiyəsinin müvəffəqiyyətlə həyata keçirilməsində valideynin və tərbiyəçinin şəxsi əməyi müstəsna əhəmiyyətə malikdir. Tərbiyəçi birinci növbədə uşaqları dərin məhəbbətlə sevməli, onları pedaqoji cəhətdən düzgün tərbiyə etmək metodologiyasına hərtərəfli yiyələnməli, iradəsi möhmək, əqidəsi saf olmalıdır.

Uşaqlar məktəbəhazırlıq qruplarına müxtəlif ailələrdən gəlirlər. Məktəbəhazrlıq dönəmindən öncə uşaq artıq ailədə müəyyən bilik, bacarıq və vərdişləri mənimsəyir. Ailə ilk müəllim kimi uşaq üzərində ilkin təlim və tərbiyə üsullarını tətbiq edir. Bütün bunlara baxmayaraq, ailələr uşağın sosiallaşması, digər insanlarla ünsiyyət qurması, məktəb təlimi üçün lazım olan bilik və bacarıqları mənimsəməsi üçün məktəbəqədər müəssisələrə və ya digər məktəbəqədər institutlara ehtiyac duyurlar.

Buna görə artıq məktəbəqədər müəssisələrdə müəllimlərin ailənin uşağın ilk müəllimsi olaraq qəbul etməsi gələcək təlim-tərbiyə prosesinin qurulması və aralarında əməkdaşlıq münasibətlərinin yaranmasının vacib amillərindən biridir. Valideyn və müəllimlərin ümumi səyləri uşaq haqqında məlumatın bölüşməsi, təcrübə mübadiləsi və ən əsası ‒ uşağın böyüməsi və inkişafı üçün daha əlverişli şəraitin təmin etməsi üzrə əməkdaşlıq münasibətlərinin qurulmasına yönəlməlidir. Ailə uşağın doğulduğu, böyüdüyü və tərbiyə aldığı ilk ictimai-mədəni bir mühit olduğu üçün müəllimlər hər bir ailənin mədəni dəyərlərinə hörmətlə yanaşmalı və öz münasibətində nəzərə almalıdırlar. Eyni zamanda müəllimlər uşaqların maraq və problemləri, ailələri və yaxınları haqqında təsəvvürlər əldə etməlidirlər.

Valideynlər ilk müəllimlər kimi uşağın təlim-tərbiyə prosesində məktəbəhazırlıq müəllimləri ilə əməkdaşlıq qurmalı, uşaqlarla birgə keçirilən bütün tədbirlərdə iştirak etməlidirlər. Valideynlər uşaqlarını məktəbəhazırlıq qruplarına qoyarkən bütün məsuliyyəti müəllimlərin üzərinə qoymamalı, onlarla birlikdə uşaq inkişafının stimullaşdırılmasına cəlb olunmalıdırlar. Qruplarda mənimsənən bilik və bacarıqlar mütləq ailədə möhkəmləndirilməlidir. Belə bir qarşılıqlı əməkdaşlıq uşağın əqli fəaliyyətinin zənginləşməsində, ailənin dəstəyinin olmasında, uşaqda özünəinamın yaranmasında və nəticə etibarilə, daha rahat uyğunlaşma dönəmini keçməkdə öz təsirini göstərir. Valideynlər uşaqların təlim fəaliyyətində iştirak etdikləri təqdirdə uşaqların təlim nailiyyətləri yüksəlir. Belə bir əməkdaşlıq çərçivəsində valideynlər aşağıdakı qeydlərlə tanış olmalıdırlar:


  • Beşyaşlı uşaqların yaş xüsusiyyətləri ilə;

  • tərbiyəvi işin əhəmiyyəti ilə;

  • uşaqların öyrədici fəaliyyətlərini stimullaşdıran mühitin vacib rolu ilə;

  • fiziki, emosional mühafizənin təmin edilməsinin və mühitin təhlükəsizliyinin zərurəti ilə;

  • uşaqların fəaliyyətləri ilə.

Valideynlər öz uşaqlarının təlim fəaliyyətinə kömək etmək və həmin fəaliyyətdə iştirak etmək üçün çox iş görə bilərlər, misal üçün, onlar öz uşaqlarını həvəsləndirə bilərlər və öz uşaqlarının təlim nailiyyətlərinin yüksək olmasını istədiklərini nümayiş etdirə bilərlər. Valideynlər müəllimlər ilə daha yaxın ünsiyyət qura, müvafiq məlumat təklif edə və öz uşaqlarının irəliləyişi barədə sual verə bilərlər. Valideynlər öz uşaqlarının zehni qabiliyyətləri və müəllimlərin müşahidələri barədə məlumat əldə etdikdən sonra öz uşaqlarının təlim nailiyyətlərinə verilən qiymətləri daha böyük asanlıqla izah edə biləcəklər, habelə öz uşaqlarının irəliləyişini sürətləndirmək və asanlaşdırmaq məqsədilə müəllimlə əməkdaşlıq edə biləcəklər.

Valideyn iclaslarında iştirak, bağça şurasında üzvlük, öz uşaqları ilə məktəb həyatı haqqında söhbətlər və öz uşaqları ilə birgə qiraət valideynlərin öz uşaqlarının təhsilində fəal iştirakının çoxsaylı üsullardan bəziləridir.




Yüklə 492,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin