Ekoloji mədəniyyət anlayışının məktəb təliminə hazırlıq dövründə əhəmiyyəti.
İnsan-təbiət probleminin vahid yolu haçalanmış, vəzifə ikiləşmişdir. İki əsas fəaliyyət xətti meydana çıxmışdır. Əgər əvvəllər təbiəti daha yaxşı öyrənmək, onun sirləri aləminə dərindən nüfuz etmək yeganə bəşəri məqsəd idisə, indi bununla yanaşı təiətin qorunması, onun «hüquqlarının» müdafiə edilməsi zamanın ən aktual məsələlərindən birinə çevrilmişdir. Təbiətə və onun sərvətlərinə insanın təsirinin xarakteri onun hazırlığından, tərbiyəsindən, əqidəsindən, inamından, bir sözlə əsil vətəndaş olmasından asılıdır.
Elə bu səbəbdən də məktəblərimizin təlim-tərbiyə vəzifələri sırasında təbiəti mühafizə tərbiyə.si özünəməxsus yerlərdən birini tutmalı, şagirdlərə ekoloji məzmunlu biliklər verilməli, onlara ekoloji tərbiyənin aşılanmasına diqqət artınlmalıdır. Tərbiyəçi əgər ekoloji tərbiyə işini müasir tələblər əsasında qurarsa, onda uşaqlar ekologiya və təbiətin mühafizəsi kimi mühüm vəzifələrin həyata keçirilməsində fəal iştirak edərlər. Ekoloji tərbiyə hər şeydən əvvəl elmlərin əsaslan öyrədilərkən aşılanır.
Tərbiyə prosesində şagirdlərdə Vətənin təbiətinə sonsuz məhəbbət hissi tərbiyələndirmək üçün böyük imkanlar vardır. Təbiətlə rəftann əsasını xeyirxahlıq, qayğıkeşlik, həssaslıq, ədalətlilik kimi yüksək əxlaqi keyfiyyətlər təşkil edir. Ona görə də bu keyfiyyətlərin tərbiyəsinə mühüm diqqət yetirilməlidir. Bağçada tərbiyəçi yeri düşdükcə məşğələdə təbiətin insana göstərdiyi mənəvi-estetik təsiri də izah etməlidir.
Meşələrin, yaşıllıqlann, çaylann, dağlann və sairin gözəlliyi, rəngarəngliyi uşaqlarda təbiətə qarşı qayğı hissi yaradır, Təbiətə təşkil olunmuş ekskursiyalar zamanı uşaqıann topladığı bitki toxumlanndan kolleksiya düzəldir və onlardan məşğələ prosesində əyani vasitə kimi istifadə edilir. Toplanmış toxumlann müəyyən hissəsi bağçayam sahədə əkilərək həmin yerdə müşahidə təşkil edilir və s. Kütləvi tədbirlər zamanı ekoloji tərbiyənin vəzifəsi şagirdlərdə təbiəti daha dərindən öyrənmək, sevmək, qorumaq, omm təbii sərvətlərindən daha qənaətçiliklə, daha səmərəli istifadə etmək təbiətin korlanmasına qarşı dözül- məzlik kimi keyfiyyətlər yaratmaqdadır. Uşaqlann ekoloji tərbiyəsində bağçanın ailə ilə birgə işi təşkil olunmalıdır. Ekoloji tərbiyə çox mühüm əxlaqi-mənəvi keyfiyyət olmaq etibarilə məktəbdə, ailədə, bağçada tərbiyə işinin özəyini təşkil edir. f Bağçanın, ailənin qarşılıqlı fəaliyyətində, yekdillik olmasa, uşaqlann nəinki elmi dünyagörüşündə, hətta əxlaq, ideya-siyasi, əmək tərbiyəsi və peşəyönümü, estetik, fiziki, ekoloji və sair tərbiyəsində heç bir nailiyyət əldə etmək olmaz.
Uşağın bir şəxsiyyət kimi formalaşması, əməyə hazırlanması, zehni, əqli, fiziki, estetik, ekoloji, hüquqi və iqtisadi tərbiyəsi məktəblə yanaşı ailələrin də diqqət mərkəzində durarsa, bu yolda xeyli nailiyyət qazanmaq olar. Belə ki, ailə uşaqlann tərbiyəsini düzgün təşkil etmək üçün məktəblə, bağça ilə sıx əlaqə saxlamalı, ondan vaxtında lazımi məsləhətlər almalıdır. Məktəbdə və bağçada uşağm təlim- tərbiyəsi mütəxəssislər tərəfindən apanlır. Həm də ailələrdə olduğundan çox, daha planh şəkildə apanlır. Uşaq ağlının və xarakterinin formalaşdığı bir dövrdə məktəb ona günümüzün tələblərinə uyğun şəkildə təhsil verir, uşağın dünyagörüşünü formalaşdınr.
Qarşısına qoyulmuş vəzifələri lazımi səviyyədə yerinə yetirməkdən ötrü məktəb və bağçanın bütün tərbiyə işini günümüzün problemlərini, inkişaf qanunlarını şagirdlərə, uşaqlara başa salmağa, onlan xalqımızın adət və ənənələri formalaşdırmağa, uşaqlarda vətənpərvərlik hissini inkişaf etdirməyə xüsusi fikir verir. Qlobal problem olan ekoloji problem isə uşaqların ən kiçik yaşlannda öyrənməli olduğu problemlərdən biridir. Uşaqların ekologiya ilə tanışlığını təşkil etmək və onları ekologiyaya zidd normalara qarşı qətiyyətlə mübarizə apannağı öyrətmək də yenə məktəb, bağça və ailənin üzərinə düşür. Bu məqsədlə məktəb həm tədris fənnlərinin imkanlarından, həm də dərsdənkənar tədbirlər sistemindən bol-bol istifadə edir. Yuxanda deyilənlərdən aydın olur ki, gənc nəslin ekoloji tərbiyəsində səmərəli nəticələr əldə etməkdən ötrü bağça, məktəb, ailə birgə işləməlidir. Belə əlaqə həm fərdi, həm də kollektiv formada ola bilər.
Dostları ilə paylaş: |