Elementlərin qiymətləndirilməsi zamanı bu və ya digər qiymətləndirilmə modellərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Həmin qiymətləndirilmə modellərinin mahiyyətini aşağıdakı kimi sıralamaq olar:
İlkin dəyər. Aktivin ilk dəyər əsasında qiymətləndirilməsi onun əldə edilməs zamanı pul vəsaiti və ya onun ekvivalentlərinin ödənilmş məbləği və ya verilmiş əvəzləşdirmənin (mübadiləyə verilmiş qeyri-monetar aktivlərin, qəbul edilmiş öhdəliklərin, buraxılmış kapital alətlərinin) ədalətli dəyəri ilə qiymətləndirilməsini(ölçülməsini) nəzərdə tutur.
İlkin dəyər iqtisadi ədəbiyyatda bəzən tarixi dəyər, bəzən də faktiki dəyər kimi adlandırılır. Bu dəyərə mühasibat uçotunun hər hansı bir obyektin əldə olunmasına çəkilən xərclər daxildir. Əgər obyekt digər aktivlərlə mübadilə qaydasında əldə olunarsa, onun ilkin dəyəri mübadilə əməliyyatı gedişində nəzərdə tutulan qiymətlə qiymətləndirilir. Həmin obyektin alınması ilə əlaqədar nəqliyyat və digər xərclər də onun ilk dəyərinə daxil edilə bilər. İlkin dəyər özlüyündə maliyyə hesabatının ünsürlərinin miqdarca ölçülməsi üçün üstün dəyər hesab edilir. Bu üsul bir çöx hallarda digər üsullarla kombinasiya olunmaqla tətbiq edilir.