Fənn: “Mühasibat uçotu və audit”
MÖVZU: MÜHASİBAT UÇOTUNDA QİYMƏTLƏNDİRMƏ METODLARI
Aktivlərin, öhdəliklərin və digər elementlərin qiymətləndirmə metodları
Aktivlərin və öhdəliklərin qiymətləndirmə metodları
Gəlir və xərclərin qiymətləndirilməsi
1. Konseptual əsaslarda maliyyə hesabatının elementlərinin tanunması dedikdə
tanınma meyarlarına cavab verən obyektin Maliyə vəziyyəti haqqında hesabat və ya “Mənfəətvə ya zərər və digər məcmu gəlir haqqında” hesabata daxil edilməsi başa düşülür.
Maliyyə hesabatı elementlərinin tanunması kriteriyalarından biri uçota alınacaq obyektin dəyərinin və qiymətinin etibarlı səviyyədə müəyyən oluna, qiymətləndirilə və ya hesablanıla bilməsidir. Hesabatın elementlərinin (uçot obyektinin) etibarlı şəkildə qiymətləndirilməsi onların uçota alınmasının (tanınması üçün) ən mühüm meyarlarından biri hesab olunur. Digər tərəfdən müəssisənin təsərrüfat fəaliyyətini təşkil edən təsərrüfat əməliyyatları müşahidə edildikdən sonra qiymətləndirilərək uçotda qeydə alınmalı, yəni uçotda əks edildirilməlidir. Bu məqsədlə mühasibat uçotu əsasən dəyər ifadəsində aparıldığına gorə maliyyə hesabatının elementləri və uçot obyektim olan aktiv və öhdəlikləri, gəlir və xərcləri dəyər ifadəsində ifadə olunmalıdır.
Dəyər ölçüsü ilə qiymətləndirmə metodunun əsasını qiymət təşkil edir. Uçot obyektlərinin dəyər ifadəsində qiymətləndirilməsi obyektin növündən, uçotda və hesabatda əks etdirilmə qaydasından, vergi ilə hesablaşmalardan və hesabatların tərtibindən asılıdır. Deməli, müəssisələrin əmlakı olan aktivlər və onların yaranma mənbələri öhdəliklərin dəyər ölçüsündən istifadə edilməklə qiymətləndirilməsi onların uçot və hesabatda əks etdirilməsi məqsədinə xidmət edir. Digər tərəfdən təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyətinin vəziyyətinin reallığının təmin edilməsi belə bir qiymətləndirmənin aparılmasını tələb edir.
Dostları ilə paylaş: |