Fənn: “Mühasibat uçotu və audit” MÖvzu: MÜhasibat uçotunda qiYMƏTLƏNDİRMƏ metodlari


adi fəaliyyət növü ilə əlaqədar olan xərclərvə ya əsas xərclər



Yüklə 192,5 Kb.
səhifə8/14
tarix28.12.2021
ölçüsü192,5 Kb.
#48214
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
Mövzu 4-Mühazirə-DGKA

adi fəaliyyət növü ilə əlaqədar olan xərclərvə ya əsas xərclər;

  • sair xərclər.

    Sair xərclər özləri isə sair əməliyyat xərlərinə və fövqəladə xərclərə bölünür

    Adi fəaliyyət növü ilə əlaqədar olan xərclərə məhsulun istehsalı və satışı, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar olan xərclər, həmçinin malların alınması və satılması ilə bağlı xərclər daxildir.

    Həmin xərclərin tərkibinə diqqət yetirdikdə görərik ki, məhsulun, iş və ximətlərin maya dəyərini təşkil edən xərclər material, əmək haqqı (sosial sığorta xərcləri də daxil olmaqla), amortizasiya və digər xərclərdir. Xüsusi ilə istehsal prosesində xərclərin əsas hessəsini formalaşdıran material xərcləridir. Odur ki, istehsal prosesində istifadə olunan material resurslarının dəyərinin düzgün müəyyən eilməsi vacibdir.

    İstehsal prosesində istifadə olunan resursların dəyərinin düzgün müəyyən olunması təkcə maliyyə nəticəsinin deyil, eyni zamanda balansın müvafiq maddələrinin (bitməmiş istehsalın, hazır məhsulun və s.) düzgün qiymətləndirilməsi üçün xüsusi əhəmiyyətə malikdir. Material xərclərinin dəyəri istehlak vahidinə sərf edilmənin miqdarından və qiymətindən(dəyərindən) asılıdır. İstər idarəetmə və istərsə də maliyyə uçotu sistemində material xərclərinin qiymətləndirilməsinin bir sıra metodları var. Onların əksəriyyəti ya maya dəyəri (yaxud onun ən aşağı kəmiyyətinə), ya da bazar qiymətinə əsaslanır. Ümumi qəbul edilmiş uçot prinsiplərinə, beynəlxalq və milli uçot və hesabat standartlarına əsasən material resurslarının dəyərinin hərəkəti barədə informasiya formalaşdırılmasının, daha doğrusu onların qiymətəndirilməsinin ən geniş yayılmış aşağıdakı metodları vardır

    kütləvi identifikasiya (eyniləşdirmə) metodu-(specifik- indentification method);

    orta dəyər metodu - (averac cost method);

    ehtiyatların birinci satınalmanın qiymətlətlərilə qiymətlətləndirilməsi metodu – FİFO( first-in, first out);

    ehtiyatların axırıncı satınalmanın qiymətlətlərilə qiymətlətləndirilməsi metodu – LİFO (last-in, first-out);




    Yüklə 192,5 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   4   5   6   7   8   9   10   11   ...   14




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin