Öhdəliyin ilkin dəyər əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədi ilə onun ödənilməsi gözlənilən pul vəsaiti və ya onun ekvivalentlərinin məbləği, yaxud borc öhdəliyi əvəzinə alınmış pul vəsaiti və ya onun ekvivalentlərinin məbləği, yaxud alınmış digər vəsaitlərin ədalətli dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur.
Cari dəyər. Aktivlərin cari dəyər əsasında qiymətləndirilməsi hazırda analoji aktivlərin əldə olunması üçün ödənilməli olan pul vəsaitləri və ya onların ekvivalentlərinin məbləği ilə qiymətləndirilməni nəzərdə tutur. Caridəyəri biz, bərpa dəyəri kimi adlandırmağa adət etmişik.
Öhdəliklərin cari dəyər əsasında qiymətləndirilməsi onların hazırda yerinə yetirilməsi məqsədilə ödənilməli olan pul vəsaitlərinin və ya onların ekvivalentlərinin nominal (diskontlaşdırılmamış) məbləği ilə qiymətləndirilməsini nəzərə tutur.Cari dəyər qismində hər şeydən əvvəl obyektlərin, yaxud onların analoqlarının bazar dəyərindən istifadə edilir. Mürəkkəb hallarda bazar rəqabətini və digər amillərin araşdırılmağa əsaslanan ekspert qiymətlərindən istifadə olunur.