Fənn: “Mühasibat uçotu və audit” MÖvzu: MÜhasibat uçotunda qiYMƏTLƏNDİRMƏ metodlari



Yüklə 192,5 Kb.
səhifə7/14
tarix28.12.2021
ölçüsü192,5 Kb.
#48214
1   2   3   4   5   6   7   8   9   10   ...   14
Mövzu 4-Mühazirə-DGKA

sair gəlirə.

Əsas gəlir müəssisənin adi fəaliyyəti zamanı yaranmış, həmçinin məhsul, iş və xidmət satışından, alınmış komission haqqları, faiz, dividentlər, royaltilər və icarə haqqı daxil olmaqla müxtəlif başlıqlar altında təsnifləşdirilən gəlirdir. Əgər müəssisənin adi fəaliyyəti üzrə gəlirlərin mütəmadi yaranması ehtimalı varsa, bu cür gəlir əsas gəlir hesab edilir.

Sair gəlirlər müəssisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan və əsas gəlir anlayışına uyğun gəlməyən gəlirdir. Onlara misal olaraq əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, ehtiyatların satışından, kurs fərqindən, alınmış cərimə və peniyalar və s.olan gəlirlər aiddir

Standartlarda gəlirlərin tanınması daxil olmaların növündən asılı olaraq müxtəlif formada həyata keçirilir: malların satışından, xidmətlərin təqdim edilməsindən və ya şirkətin aktivinin digər tərəflərin istifadəsindən əldə edilən faizlər, lisenziya ödənişləri və dividendlər və ş.

Mövcud standartlara əsasən malların, məhsulların satışından əldə olunan gəlirlər aşağıdakı bütün şərtlərin yerinə yetirilməsi zamanı tanınır:



  • müəssisə malların mülkiyyət hüquqi ilə bağlı risklərin və mükafatların əhəmiyətli dərəcəsini alıcıya ötürdükdə;

  • müəssisə mülkiyyət hüquqi ilə bağlı idarəetmdə artıq iştirak etmədikdə və satılmış mallar üzərndə faktiki nəzarəti itirdikdə;

  • gəlir məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün oldıqda;

  • əməliyyat ilə bağlı iqtisadi səmərənin müəsssəyə daxil olması ehtimal olunduqda;

  • əməliyyat ilə bağlı keçmiş və gələcək xərclər etibarlı əsasla qiymətləndirmək mümkün olduqda

Qeyd edildiyi kimi 18 saylı MHBS və 6 nömrəli MMUS yalnız əsas, sistematik fəaliyyətdən olan daxilolmaların uçotu zamanı tətbiq edilir. Məhsul (iş və xidmətlərin) satışından olan mədaxil (ümumi gəlir) adi əməliyyat fəaliyyəti zamanı daxil olan ümumi iqtiasdi səmərə kimi müəyyən edilir ki, bu da kapitalın səhmdarların haqqı (payı) hesabına olmayan artımına səbəb olur.

Məhsul (iş və xidmətlərin) satışından olan ümumi gəlir kommersiya təşkilatının sistematik, mütəmadi gəlirini və ya əsas gəlirini əks etdirir və onun tərkibinə ƏDV, aksiz vergisi və dövriyyədən vergi daxil deyil. Əməliyyatlardan yaranan gəlirin məbləği müəssisə tərəfindən aktivin satılması nəticəsində, təqdim edilmiş hər hansı satış endirimləri nəzərə alınmaqla əldə olunmuş və əldə edilməsi gözlənilən ödəmələrin ədalətli dəyəri ilə qiymətləndirilir. Bu gəlir pul vəsaitləri və ya onların ekvivalentləri, qeyri-pul aktivləri, habelə öhdəliklərin azalması şəklində əldə edilə bilər.

Mallar və ya xidmətlər dəyərinə və mahiyyətinə görə oxşar olan mallar və ya xidmətlər ilə mübadilə edilərsə, bu mübadilə gəlir əmələ gətirən əməliyyat hesab eduilmir, yəni gəlir tanınmır.

Mallar və ya xidmətlər dəyərinə və mahiyyətinə görə oxşar olmayan mallar və ya xidmətlərlə mübadilə edilərsə, bu mübadilə gəlir əmələ gətirən əməliyyat hesab olunaraq yaranmış gəlir əldə edilmiş malların və ya xidmətlərin ədalətli dəyəri ilə qiymətləndirilir.

Müəssisənin aktivlərinin digər şəxslər tərəfindən istifadə edilməsi ilə əlaqədar yaranan faiz, royalti və dividend formasında yaranan gəlir, mənbədən tutulan hər hansı vergilər də daxil olmaqla, umumi məbləği ilə qiymətləndirilir.

Müəssisə və təşkilatların əldə etdikləri gəlirlərin tərkibində sair gəlirlər də əks etdirilir. Bunlara maddi və qeyri-maddi uzunmüddətli aktivlərin satışından, yenidən qiymətləndirilməsindən, əvəzsiz əldə edilməsindən, alınmış cərimələrdən, ümidsiz borcların bərpasından, məzənnə fərqlərindən və s. yaranan gəlirlər aiddir.

Maddi və qeyri-maddi uzunmüddətli aktivlərin dəyərinin dəyişməsindən və ya satışından yaranan sair gəlir 7№-li və 12 №-li Milli Mühasibat Ucotu Standartlarının tələblərinə uyğun olaraq tanınır .

Sair gəlir, həmçinin ehtiyatların ilkin dəyərinin əvvəlki hesabat dövrlərində mümkün xalis satış dəyərinədək azaldılmış dəyərinin sonrakı dövrlərdə artımı nəticəsində yaranır və cari dövrün xərclərinin azalması kimi tanınır. Bu gəlir ehtiyatların cari balans dəyirinin onların ilkin dəyərinədək artırılmış məbləğində qiymətləndirilir. Ehtiyatların mumkun xalis satış dəyərinin onların ilkin dəyərindən artıq olduğu hər hansı məbləğ gəlir kimi tanınmır. Hesabat dövrundə şubhəli borcların qiymətləndirilmiş məbləğinin azalması nəticəsində yaranmış sair gəlir hesabat dövrünün xərclərinin azalması kimi tanınır. Bu gəlir debitor borclarının məbləğinə düzəliş kimi Mühasibat balansında ucota alınan şübhəli borcların yeni qiymətləndirilmiş məbləği ilə əvvəlki məbləği arasındakı fərq kimi qiymətləndirilir.

Xərclərin maliyyə hesabatında tanınmasının ən mühüm şərtlərindən biri onların etibarlı şəkildə qiymətləndirilə bilməsidir.

Müəssisələrin xərcləri xarakterindən, həyata keçirilmə şərtindən və müəssisənin fəaliyyət istiqamətindən asılı olaraq aşağıdakılara bölünür:


1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin