Fənn: “Mühasibat uçotu və audit” MÖvzu: MÜhasibat uçotunda qiYMƏTLƏNDİRMƏ metodlari



Yüklə 192,5 Kb.
səhifə6/14
tarix28.12.2021
ölçüsü192,5 Kb.
#48214
1   2   3   4   5   6   7   8   9   ...   14
Mövzu 4-Mühazirə-DGKA

Ədalətli dəyər. Aktivlərin ədalətli dəyər əsasında qiymətləndirilməsi onun müstəqil və yaxşı məlumatlandırılmış yaxud bu cür əməliyyatı həyata keçirməkdə maraqlı olan tərəflər arasında mübadilə nəticəsində əldə edilə biləcək məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur. Ədalətli dəyər dedikdə maraqlı tərəflər arasında baş verən sövdələşmələr zamanı aktivin alınması yaxud öhdəliklərin icrası zamanı kafi sayılan pul vəsaitlərinin məbləği başa düşülür.

Son illərdə ədalətli dəyər daha tez-tez aktivlərin, xüsusən də uzunmüddətli aktivlərin qiymətləndirilməsi üçün tətbiq edilir. Bu zaman yaranan qiymət fərqləri mühasibat balansında və “Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında” hesabatda əks etdirilir. Belə bir qiymətləndirmənin tətbiqi “Torpaq, tikili və avadanlıqlar üzrə”, “Qeyri –maddi aktivlər üzrə”, “Tikinti müqavilələri üzrə”, “Maliyyə alətləri- məlumatın açıqlanması və təqdim edilməsi üzrə“, “Kənd təsərrüfatı üzrə” və s. Beynəlxalq və Milli uçot standartlarında nəzərdə tutulur.

Hazırda mövcud olan beynəlxalq standartlarda material qiymətlilərinin-ehtiyatlar balansda həqiqi tədarükat maya dəyəri ilə - balans tərtibi tarixinə mövcud bazar qiyməti ilə müqayisə etməklə ən aşağı olanı ilə əks etdirilməsini nəzərdə tutur. Bu zaman yaranan mənfi nəticə təsərrüfat fəaliyyətinin nəticələrinə şamil edilməlidir.

Təcrübədə materialların qiymətləndirilməsinin digər növlərindən- əvəzetmə, normativ məsrəflərtransfer qiymətlərindən də istifadə edilir.

“Mühasibat uçotu haqqında” AR qanununa əsasən hazır məhsul dövriyyə aktivlərinin tərkibində uçota alındığına görə hesablarda və balansda həqiqi maya dəyəri ilə əks etdirilir. Hazır məhsulun həqiqi maya dəyərini yalnız hesabat dövrünün sonunda hesablamaq olar. Müəssisələrdə hazır məhsulun hərəkəti gündəlik baş verdiyinə görə cari (gündəlik) uçotda hazır məhsulun uçotu çox vaxt şərti qiymətlərlə - plan maya dəyəri və ya müəssisənin müqavilə qiymətləri ilə aparılır. Hesabat ayı başa çatdıqdan sonra hazır məhsulun plan maya dəyəri hesablama aparmaq yolu ilə həqiqi maya dəyərinə çatdırılır. Bu plan maya dəyəri və ya buraxılış qiymətindən kənarlaşmanı (artıq xərc və qənaət) müəyyən etməklə həyata keçirilir.

Ticarət və ictimai iaşə müəssisələrində mallar topdan və pərakəndə qiymətlərlə, sərbəst alış və ya satış qiymətləri ilə uçotda əks etdirilir. Pərakəndə ticarət təşkilatlarında mallar əldə edilmənin tam dəyəri ilə əks etdirilir (ƏDV-siz). Ümumiyyətlə ticarət təşkilatlarında mallar uçot məqsədləri üçün alış və ya satış qiymətləri ilə əks etdirilə bilər. Malların satış dəyəri ilə uçota alındığı hallarda malların alış dəyərinə ticarət artırması əlavə edilir.

Kapital real olaraq xalis aktivlərdə təcəssüm edir. Deməli, kapital aktivlərin qiymətləndirilməsi metodlarından istifadə edilməklə qiymətləndirilir. MHBS və MMUS-ə əsasən kapitalın və ya xalis aktivlərin qiymətləndirilməsi məqsədi ilə aşağıdakı müxtəlif konsepsiyalardan istifadə edilir:



  • ilkin (tarixi ) dəyər;

- cari dəyər;

  • mümkün satış dəyəri;

  • diskontlaşdırılmış dəyər;

  • ədalətli dəyər

Qeyd edilən qiymətləndirmə metodları və onların mahiyyəti haqqında sualın əvvəlində müfəssəl izahat verildiyi üçün təkrar şərhə ehtiyac yoxdur.

3. Gəlir və xərclər “Mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında” hesabatın elementi hesab olunur. Müəssisə və təşkilatlar tərəfindən əldə edilən gəlirlərin uçotu və hesabatda əks etdirilməsi qaydası “Gəlirlər” 18 saylı MHBS“Gəlirlər üzrə” 6 nömrəli MMUS ilə tənzimlənir. Qeyd edilən standartların məqsədi 1 nömrəli MUS-a əsasən müəyyən edilmiş qaydada müəssisə tərəfindən gəlirlərin Mənfəət və zərər haqqında hesabatda ardıcıl, etibarlı və şəffaf formda tanınmasının, qiymətləndirilməsinin və açıqlanmasının təmin edilməsidir.

”Gəlirlər“ üzrə 6 nömrəli MMUS və 18 nömrəli MUBS-a əsasən cəlirlər maliyyə hesabatında tanınmasının ən mühüm şərtlərindən biri onların etibarlı şəkildə qiymətləndirilə bilməsidir.

“Maliyyə hesabatlarının təqdimatı üzrə” 1 nömrəli MMUS-a əsasən gəlirlər 2 yerə bölünür:


  1. müəssisənin adi fəaliyəti zamanı yaranmış gəlirə və ya əsas gəlirə;


  2. Yüklə 192,5 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin