Fənn: “Mühasibat uçotu və audit” MÖvzu: MÜhasibat uçotunda qiYMƏTLƏNDİRMƏ metodlari



Yüklə 192,5 Kb.
səhifə2/14
tarix28.12.2021
ölçüsü192,5 Kb.
#48214
1   2   3   4   5   6   7   8   9   ...   14
Mövzu 4-Mühazirə-DGKA

Qiymətləndirilmə müəssisənin aktivlərinin, öhdəliklərinin, gəlirləri və xərclərinin, kapitalının maliyə hesabatında pul ifadəsibndə əks etdirilməsi məqsədi ilə istifadə edilən metodologiyadır. Başqa sözlə qiymətləndirilmə Mühasibat balansında və ya “Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında” hesabata təqdim edilən və tanınan obyektin pul ifadəsinin – monetar dəyərinin müəyyən edilməsi prosesidir.

Əmlak və öhdəliklərin qiymətləndirməsi zamanı onu da nəzərə almaq lazımdır ki, uçotun beynəlxalq standartlarına keçidlə əlaqədar olaraq balans maddələrinin qiymətləndirilməsinə metodoloji yanaşma dəyişmişdir. Belə ki, brutto balans əvəzinə netto balans tərtib edilməyə başlanılmışdır.

Qiymətləndirmə müəssisənin əmlakını(aktivlərini, vəsaitlərini) və onların əmələ gəlmə mənbələrini ümumiləşdirməyə şərait yaradır. Təsərrüfat vəsaitlərinin və onların əmələ gəlmə mənbələrinin qiyməti onların pul ölçüsündə ifadəsi(ölçülməsi) deməkdir.

Qiymət dəyərin pulla ifadəsidir. Qiymətin köməyi ilə sənədlərdə əks etdirilmiş natural göstəricilər pulla ifadə olunur və hesablarda qeydiyyat aparılır. Mühasibat uçotunda obyektlərin qiymətləndirilməsi real və vahid olmalıdır. Belə ki, müəssisənin əmlakının və onun əmələ gəlmə mənbələrinin real və düzgün qiymətləndirilməsinin bütün mühasibat uçotu sisteminin düzgün qurulmasında böyük əhəmiyyəti vardır. Əmlakın qiymətləndirilməsinin əsasını onun əldə edilməsi üçün pul ölçüsündə ifadə olunmuş məsrəflər təşkil edir.

Əmlak və və onun əmələ gəlmə mənbələrini balansda vahid qaydada əks etdirmək məqsədilə bütün müəssisələrin əmlakı qanunla müəyyən edilmiş qaydada qiymətləndirilir.

Mövcud olan normativ sənədlərə əsasən təşkilatı-hüquqi və mülkiyyət formasından asılı olaraq əmlak və öhdəliklərin qiymətləndirilməsi zamanı vahid prinsipə riayət olunmalıdır ki, bunlara aşağdakıları aid etmək olar:

- Qiymətləndirmə zamanı mili valyuta ilə, yəni Azərbaycan manatlı ilə həyata keçirilməlidir;

- Dəyəri xarici valyuta ilə ifadə olunan əmlak və öhdəliklər qiymətləndirilən və uçotda əks etdirilən zaman xarici valyuta əməliyyatın baş vermə tarixinə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəsi nəzərə alınmaqla hesablanaraq manata çevrilməklə həyata keçirilməlidir;

- Qiymətləndirmə və uçotun aparılması zamanı alınan məbləğ tam manata qədər yuvarlaqlaşdırılmaqla aparılmalı və yaranan məbləğ fərqi fəaliyyətin nəticələrinə aid edilməlidir.

Təsərrüfat subyektlərində əsas və dövriyyə vəsaitlərinin(uzunmüddətli və qısamüddətli aktivlərin) qiymətininin reallığının və vahidliyinin müəssisənin maliyyə nəticələrinin düzgün təyin edilməsində böyük əhəmiyyəti vardır.

Təsərrüfat vəsaitlərinin və onların əmələ gəlmə mənbələrinin düzgün qiymətləndirilməməsinin və uçotda əks etdirilməməsi müəssisənin maliyyə nəticələrinə mənfi təsir göstərir. Məsələn, əsas vəsaitlərə köhnəlmənin (amortizasiya ayırmalarının) hesablanmasını götürsək, onun az və ya çox məbləğdə hesablanması məhsulun maya dəyərinin ucuz və ya baha başa gəlməsinə səbəb ola bilər. Bu isə həmin məhsulun satışından əldə edilən nəticəni düzgün müəyyən etməyə imkan verməz.

Hal-hazırda kommersiya təşkilatları üçün qüvvədə olan Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarının maliyyə hesabatının ayrı-ayrı elementləri üzrə istifadə oluna biləcək müxtəlif qiymətləndirilmənin əsaslarını müəyyən edir. Qeyd edilən standartlar qarışıq qiymətləndirmə əsasının (modifikasiya edilmiş ilkin dəyərin ) istifadə edilməsinə maneyə olmur və müvafiq dövrün maliyyə hesabatlarında təqdim olunmuş ayrı-ayrı obyektlərə istifadə oluna biləcək müxtəlif qiymətləndirilmə əsaslarının tətbiq edilməsini nəzərdə tutur.

Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu standartlarının Konseptual Əsasların qeyd edilir ki, qiymətləndirmə maliyyə hesabatının tərtibi və hazırlanmasının mühüm tərkib hissəsidir və qiymətləndirmədən istifadə olunması onun etibarlılığını artırır. Əgər hər hansı bir hesabat elementinin dəyərinin və ya qiymətinin müəyyən etmək üçün məntiqi qiymətləndirmədən istifadə etmək mümkün deyilsə, bu halda həmin obyekt uçota alınmamalı, lakin bu obyektin mövcudluğu barədəd qeydlərdə və digər izahedici materiallarda açıqlanma olmalıdır. Belə obyektlər hesabat tarixindən sonra baş vermiş hadisələrlə bağlı olaraq sonrakı tarixlərdə tanınma meyarlarına uyğun ola bilər.

Müəssisənin malik olduğu obyektin dəyəri və ya qiyməti etibarlı əsaslarla qiymətləndirilə bilmədikdə, həmin obyekt hesabatda tanınmamalıdır. Lakin müəssisənin maliyyə vəziyyyətinin və maliyyə nəticələribnin qiymətləndirilməsi üçün obyekt haqqında informasiya münasib sayıldıqda, maliyyə hesabatının qeydlərində bu obyekt ilə bağlı məlumatların açıqlanması zərurəti yarana bilər.


2. Mövcud olan qaunvericiliyin tələblərinə əsasən maliyyə hesabatı elementlərinin ölçüməsi zamanı aşağıdakı dəyər formalarından (qiymətləndirilmə modellərindən) istifadə olunur:


Yüklə 192,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin