Fənn: “Mühasibat uçotu və audit” MÖvzu: MÜhasibat uçotunda qiYMƏTLƏNDİRMƏ metodlari


Ehtiyatların birinci alınanların maya dəyəri ilə silinməsi metodu-FİFO



Yüklə 192,5 Kb.
səhifə11/14
tarix28.12.2021
ölçüsü192,5 Kb.
#48214
1   ...   6   7   8   9   10   11   12   13   14
Mövzu 4-Mühazirə-DGKA

Ehtiyatların birinci alınanların maya dəyəri ilə silinməsi metodu-FİFO. Bu metod belə bir konsepsiya üzərində qurulmuşdur ki, birinci alınmış material ehtiyatlarının maya dəyəri istehsal xərclərinə birinci silinməlidir. Həmin metodun tətbiqi şəraitində hesabat dövrünün sonuna qalan material ehtiyatlarının maya dəyəri sonuncu dəstin qiymətləri ilə qiymətləndirilir, istehsala buraxılan(sərf edilən) material resurslarının maya dəyəri isə daha əvvvəl alınmış dəstlərin qiymətinə uyğunlaşdırılır.

Sözü gedən metodun üstünlüyü ondan ibarətdir ki, müəssisənin anbarında və digər saxlanma yerlərində olan material resursları axırıncı satınalmanın qiymətlə qiymətləndirilir. Metodun digər üstünlüyü istehsala sərf edilən material resurslarının maya dəyəri ilə qiymətləndirilməsidir.

Material resurslarının istehsala sərf edilən hissəsinin həqiqi maya dəyəri ilə qiymətləndirilməsi beynəlxalq uçot və hesabat prinsiplərinə taçm uyğun gəlir və nəticələri obyektiv qiymətləndirməyə imkan verir. Bu süsusi ilə material resursları qiymətlərinin əhəmiyyətl dərəcədə dəyişdiyi şəraitda gəirlərin və xərclərin obyektiv müəyyən edilməsi üçün çox vacibdir. Ancaq obyektivlik xatirinə onu da qeyd etmək lazımdır ki, qiymətlərin yüksək sürətlə artdığı şəraitdə həmin metodun tətbiqi məhfəətin həcminin süni surətdə artmasına gətirinb çıxarır. Bir çox iqtisadçılar infilyasiyanın temrinin yüksəldiyi zaman FİFO metodundan imtina edilməsini təklif edirlər. Bu zaman alternativ metod kimi LİFO metodundan istifadə etməyi məqsədəuyğun sayırlar.


Yüklə 192,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin