Fənn: “Mühasibat uçotu və audit” MÖvzu: MÜhasibat uçotunda qiYMƏTLƏNDİRMƏ metodlari


Ehtiyatların sonuncu alınanların maya dəyəri ilə silinməsi metodu-LİFO



Yüklə 192,5 Kb.
səhifə12/14
tarix28.12.2021
ölçüsü192,5 Kb.
#48214
1   ...   6   7   8   9   10   11   12   13   14
Mövzu 4-Mühazirə-DGKA

Ehtiyatların sonuncu alınanların maya dəyəri ilə silinməsi metodu-LİFO.

Bu metodun mahiyyəti ondan ibarətdir ki, sonuncu əldə edilmiş material resurslarının maya dəyəri istehsalata birinci buraxılan material resurslarının dəyərini müəyyən etmək üçün istifadə olunur. Eyni zamanda müəssisənin anbarında və digər saxlanma yerlərində olan material resurslarının dövrün sonuna qalıqları birinci alınan material resurslarının maya dəyəri əsasında hesablanır. Sözü gedən metodu material resurslarının sonuncu satınalmanın qiymətləri əsasında qiymətləndirmə metodu da adlandırmaq olar.

LİFO metodunun mahiyyəti ondan ibarətdir ki, material resurslarının qalığı əvvəl alınan satınalmaların qiymətləri ilə qiymətləndirilir, istehsala sərf edilmiş material resursları isə sonuncu satınalmaların qiymətləri ilə qiymətləndirilir və həmin qiymətlərlə də məhsulun maya dəyərinə daxil edilir

Göründüyü kimi, FİFO metodunun çatışmamazlığını LİFO metodu aradan qaldırır, yəni məhsulun maya dəyərinə material resursları real qiymətlərlə(bazar qiyməti ilə) daxil edilir, çünki onlar sonuncu alınmış resursların qiymətləridir və buna gorə də cari bazar qiymətlərini əks etdirir. Lakin LİFO metodunun da özünün çatışmamazlıqları vardır. Bu çatışmamazlıq ondan ibarətdir ki, material resurslarının anbarda hesabat dövrünün sonuna qalığı əvvəl alınan material ehtiyatlarının qiymətləri ilə müəyyən edilir. Həmin qiymətlər artıq cari bazar qiymətlərinə uyğun gəlmir və nəticədə müəssisənin malik olduğu əmlakın kəmiyyəti aşağı salınmış olur. Metodun digər üstünlüyü istehsala sərf edilən material resurslarının maya dəyəri ilə qiymətləndirilməsidir.

Bununla belə, əgər nəzərə alsaq ki, “Ehtiyatlar “ adlı BMHS 2 ehtiyatların balansda iki qiymətdən ən aşağı olanı ilə qiymətləndirilməini tələb edir, onda həmin metodun tətbiqi yerinə düşər. Çünki, bu halda ehtiyatların, o cümlədən material resurslarınn balansda əks etdirilən maya dəyərionun cari bazar dəyərindən aşağıdır. Ancaq bu zaman maya dəyəri ilə cari bazar qiymətləri arasındakı fərq infilyasiya prosesi nəticəsində yüksək həddə çatırsa, onda ehtiyatların, eləcə də material resurslarınn maya dəyəri ilə göstərilməsi həqiqi vəziyyəti əks etdirməyəcək. Deyilənlərə baxmayaraq sözügedən metodun xeyrinə əsaslı arqumentlər gətirilir.

Bunların ən başlıcası odur ki, LİFO metodunun tətbiqi şəraitində mənfəəti daha dəqiq müəyyən etmək olur, çünki cari həm satış, həm də alış qiymələrini indiki bazar müəyyənləşdirir və buna görə də xərclərlə gəlirlərin uyğunluğu ideal şəkildə təmin edilir.

Məhsulun maya dəyərinə daxil edilən digər xərclərin qiymətləndırilməsi bir o qədər də çətinlik törətmir. Məsələn elektrik enerjisi, qaz, su və digər resurslar maya dəyərinə müvafiq orqanlar tərəfindən müəyyən edilmiş tariflər yaxud onların faktiki alış qiymətləri əsasında daxil edilir.

İstehsal fəhlələrinin əmək haqqı, sosial sığortaya ayırmalar mühasibatlıq tərəfindən faktiki hesablanmış məbləğdə daxil eilir. Belə xətclər material məsrəflərinə nisbətən kəskin tərəddüd etmir və demək olar ki. uzun müddət dəyişilməz qalır.

Odur ki. hər bir müəssisədə baılıca diqqət material resurslarından istifadənin uçotu və nəzarəti üzərində cəmləşdirilməlidir.


Yüklə 192,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin