Fənn: Mülki Müdafiə Müəllim: Vahid Məmmədov



Yüklə 250,16 Kb.
səhifə2/4
tarix17.11.2022
ölçüsü250,16 Kb.
#69525
növüQaydalar
1   2   3   4
referat 6454

Filtrasiya edici – zəhərləyici maddələrin konkret növündən və əhatə edən havanın zəhərli tərkib hissələrindən filtrasiyasıya edir; adətən filtrasiya edici elementin əvəz edilməsi mümkün olur.
İzolə edici – tənəffüs orqanları ətraf mühitin oksigeni ilə deyil, oksigenlə zənginləşdirici sistemin və bərpaedici patronun generasiya etdiyi hava ilə tənəffüs edirlər.
Şlanqlı – müxtəlif qapalı mühitlərdə işləyən zaman hava qarışığı müəyyən məsafədən (10-40 m) verilir.

əleyhqaz
Əleyhqaz 3 vəziyyətdə daşınır: «səyyar», «hazır» və «döyüş».
Əleyhqazı «səyyar» vəziyyətdə daşımaq üçün lazımdır: Əleyhqaz çantasını sağ çiyinə elə taxırlar ki, o sol tərəfdə dayansın və klapanı özündən əks tərəfə yönəlsin. Çiyinə taxılan kəməri elə nizamlamaq lazımdır ki, çantanın yuxarı kənarı bel kəməri səviyyəsində olsun. Çantanın klapanını açıb əleyhiqazı çıxarmaq, istifadəyə yaralılığını yoxlamaq, üz hissənin düzgün bərkidildiyini, gözlüklərin şüşələrinin şəffaflığını və nəfəs vermə klapanlarını yoxlamaq, çirkli şüşələri təmizləmək, tərləməyən plyonkalar şəffalığını itiribsə – dəyişmək lazımdır. Sonra çantaya yerləşdirmək, klapanı bağlamaq lazımdır. Çantanı bir qədər geriyə yerləşdirmək lazımdır ki, yeriş zamanı qollara mane olmasın .
Əleyhiqazı hazır vəziyyətə gətirən zaman çantanın klapanı açılır, əleyhiqaz bel bağı vasitəsilə bədənə bərkidilir, baş örtüyü, çənə altı bağları boşaldılır, yaxud xüsusi geyim vasitəsinin baş hissəsi açılır. Adətən çiyin kəməri əşya kisəsinin bağlarının altına, OP-1M plaşının tutacaqlarının üstünə yerləşdirilir.Əleyhiqazı bel kəmərində daşımaq üçün, kəmər çıxardılır çantanın arxa divarında olan asılqana taxılır və bədənə elə bərkidilir ki, yerişə mane olmasın.
«Kimya həyəcanı» siqnalı və ya «Qazlar» əmri verilərkən əleyhiqaz «döyüş» vəziyyətinə gətirilir.
Əleyhiqazı «döyüş» vəziyyətinə gətirmək üçün lazımdır: nəfəsi saxlayıb, gözlər örtülür, lazım gələrsə silah kənara qoyulur; əleyhiqaz çıxarılır, şlem-maska 2 əllə hər tərəfdən aşağı tərəfindən elə tutulur ki, baş barmaq bayır, qalan barmaqlar iç tərəfində yerləşsin. Şlem-maskanın aşağı hissəsini çənənin altına yerləşdirdikdən sonra əllərin kəskin hərəkəti ilə yuxarı arxaya dartaraq başa geyindirtlir və çalışmaq lazımdır ki, bu zaman qırışlar əmələ gəlməsin, gözlük hissəsi isə düz gözlərə qarşı gəlsin. Əgər şlem-maskanı başa geyinən zaman əyriliklər və ya qatlar əmələ gələrsə onlar aradan qaldırılır, tərin nəfəs verilərək gözlər açılır və tənəffüs hərəkətləri bərpa edilir.
PMK və PMK-2 tipli əleyhiqazların maska hissəsi «döyüş» vəziyyətinə gətirilərkən, hər ələ yan bağlar götürülür, onlar kənarlara dartılır, çənə üz hissənin aşağı çuxuruna qoyulur, üz hissə əllər vasitəsilə yuxarı və arxaya çəkməklə başa taxılır. Maskanın əyriliyi düzəldilir, üz hissənin kənarları və bağlar yoxlanır. Əmin olmaq lazımdır ki, üz hissə yerinə elə otursun ki, həm sakit, həm də başın kəskin hərəkətləri və yuxarı-aşağı və kənarlara hərəkəti zamanı üzdən ayrılmasın.
Əleyhiqazı uzanmış vəziyyətdə geyinərkən lazımdır: nəfəsi saxlamaq, gözləri qapamaq, silahı kənara qoymaq; baş örtüyü çıxardılır, əleyhiqaz çantadan çıxarılıb başa geyindirilir, nəfəs verilir, gözlər açılır, tənəffüs bərpa olunur.
Yaralanmış şəxsə əleyhiqaz geyindirilərkən onun vəziyyətini və şəraiti nəzərə alaraq ya uzandırılır, ya da otuzdurulur, əleyhiqaz çantadan çıxarılaraq, həmin şəxsin başına geyindirilir.
Əleyhqazların bir çox növləri vardır. Onlardan bəziləri:
Mülkü əleyhiqaz QP-7- əleyhiqazı yaşlı əhalinin, mülki müdafiə qüvvələrinin hərbiləşdirilməmiş dəstələrinin şəxsi heyətinin tənəffüs üzvlərini, sifətini və gözlərini ətraf mühitdəki müxtəlif zəhərli qatışıqlardan-zəhərli maddələrdən, radioaktiv tozdan, bakterial aerozollardan mühafizə etmək üçündür.

Yüklə 250,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin