Sərbəst iş: Sərbəst işlər üç yolla qəbul olunur:
1. Semetr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi balla qiymətləndirilir. Sərbəst iş yazılı formada, word faylı formasında, həcmi 1-2 səhifə (şrift 12) olmalıdır.
2. Həmçinin tələbələr sərbəst işi PPT formasında da təqdim edə bilərlər. Bir mövzu ətrafında 20 dəqiqəlik çıxış (minimal 20-25 slayd). Tapşırığın yerinə yetirilməsi 10 bala qədər qiymətlə qiymətləndirilir.
3. Həmçinin də 5 sərbəst iş tapşırığı verilir. Hər sərbəst işə uyğun tələbələr tərəfindən 5 test sualı tərtib olunur və belə sərbəst iş 2 balla qiymətləndirilir, iş yazılı formada word faylı formasında, həcmi 3-4 səhifə (şrift 12) olmalıdır.
Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yol verilməzdir.
Müəllim: Fərəcova Lalə Fuad qızıİmza: ____________ (soyadı, adı, atasının adı)