AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ FƏNN SİLLABUSU (İŞÇİ TƏDRİS PROQRAMI)
Təsdiq edirəm ___________ D.Ş.Qənbərov (imza) (kafedra müdiri)
Tarix: “____” sentyabr 2023-cü il
Fakültə: Təbiətşünaslıq və kənd təsərrüfatı
Kafedra:Biologiya
Müəllim haqqında məlumat: Fərəcova Lalə Fuad qızı
Məsləhət günləri və saatları: 3 gün, 1000 E-mail ünvanı: lale.esgerova55555@gmail.com
İş telefonu: 31-41
Fənnin adı: Biomexanika
Tədris ili: 2022-2023, Semestr II
Fənnin növü: Məcburi
İxtisas: Məşqçilik, II kurs
Fənnin tədris semestri: IV
Fənnin krediti (hər 30 saata 1 kredit): 1
Tədris yükü (saat) cəmi: 8 saat mühazirə, 6 saat laborator məşğələsi
Fənnin tədris forması: Qiyabi
Fənnin tədris dili: Azərbaycan
PREREKVİZİTLƏR: Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur.
KOREKVİZİTLƏR: Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədris olunması zərurəti yoxdur.
FƏNNİN TƏSVİRİ: Hərəkətlər haqqında anlayışlar. Biomexanikanın ümumi və xüsusi məsələləri. Biomexanikanın məzmunu, nəzəriyyə və üsulları. İdman biomexanikasının inkişafı və onun başqa elmlərlə əlaqəsi. İdman biomexanikasının əhəmiyyəti.
FƏNNİN MƏQSƏDİ: Fənnin əsas məqsədi tələbələrə biomexanika üsullarını və qanunlarını məşqlərdə tətbiq etməyi bacaran məşqçilər hazırlamaq, idmançıları öz ixtisasları üzrə biomexanikanın elmi əsasları iləbiliklərlə təmin etmək və tələbələrə fiziki məşğələlərin idman texnikasının biomexaniki əsaslarını mənimsətməkdir.
FƏNNİN NƏTİCƏLƏRİ: Fənnin mənimsənilməsi nəticəsində tələbələr fiziki qanunlar və nəzəriyyələrin biosistemlərə tətbiqini bilir, hərəkətin dinamikasında tarazlıq şərtlərini tətbiq edir, idman hazırlığında və ustalığın artırılmasında biomexaniki məlumatları toplamağı və sistemləşdirməyi bilir.