Müalicə və profilaktikası: Kəskin reaktiv hallar keçirən bir çox xəstələr həkimə müraciət
etmədən, qısa müddət ərzində sağalırlar. Bu psixi travmanın aradan qalxması, yəni xəstəni əhatə edən
mühitin sağlamlaşması ilə əlaqədar olur. Kəskin psixogen reaksiyaları müalicə etmək məqsədilə
neyroleptiklərdən (halop ridol-sutkada 5-10 mq, aminazin -50-150 mq, tizersin-50-75 mq və s.)
istifadə edilir . Bu maddələri ilk günlərdə inyeksiya şəklində, sonra isə daxilə həb və ya damcı
şəklində
daxil etmək məsləhətdir. Stuporoz halları, depressiyaları
aradan qaldırmaq məqsədilə
antidepressantlardan və neyroleptiklərdən (amiltriptilin, ludomil 50-100 mq, herfonal 100-150 mq)
istifadə etmək msələhət görülür. Sayıqlamalarla gedən reaktiv psixozlarda trisedil (4-6 mq), stellazin,
tiftazin (10-20mq) təyin etmək olar. Ümumi möhkəmləndirici. vitamin preparatları (qlükoza, kalsi-xlor
venaya, aloe, vit. C, B
1
, B
12
, PP və s.) müalicəni daha da sürətləndirən vasıtələrdir. Reaktiv psixozların
bütün formalarında psixoterapiyadan istifadə edilməlidir. Psixi travmaların qarşısını almaq üçün
trankvlizatorlardan, sedativ maddələrdən (seduksen tazepam, fenazepam. melleril. xlorprotiksen və
s.)istifadə edirlər.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
153
NEVROZLAR, REAKTĠV PSĠXOZLARDA QULLUQ ZAMANI TĠBB
ĠġÇĠSĠNĠN TAKTĠKASI
Ġsteriya-formasında xəstəni elə təcrid etmək lazımdır ki, otaqda ancaq 1-2 adam qalsın.
Xəstənin ətrafında sakitlik yaradılmalı, burada səs-küy salmamalı, vurnuxmamalı, tibb işçisi xəstənin
vəziyyətində narahat olmamalı və əl-ayağa düşməməlidir. Bir neçə dəfə bərkdən demək olar ki, heç bir
şey yoxdur, indi tutma keçəcəkdir. Bir qayda olaraq, xəstənin yanında çoxlu adam toplandıqda
özündən getmə tutması şiddətlənir və uzun çəkir, lakin güclü xarici təsirin, ağrının, soyuğun və kəskin
səsin təsirindən birdən-birə kəsilə bilər. İsteriya tutması çox davam etdikdə əzələyə 1 ml 2, 5%-li
aminazin məhlulu ilə birlikdə 1 ml kordiamin və 1
ml dimedrol, yaxud 2 ml diazepam yeritmək olar.
Nevrosteniya-zamanı tibb işçisinin vəzifəsi əsasən fəal patronaj yardımı göstərməkdən ibarətdir.
Tibb işçisi xəstəyə baş çəkdikdə əmək və istirahət rejiminə riayət edib-etməməsini, gecə kifayət qədər
yatıb-yatmamasını aydınlaşdırmalıdir. O həmçinin təyin edilmiş dərmanların xəstələr tərəfindən
müntəzəm surətdə qəbul edilməsini, fizioterapevtik proseduraların yerinə yetirilməsini və xəstələrin
buna dözümlüyünü də yoxlamalıdır.
Psixoterapiya-müalicə məqsədilə xəstənin psixikasına sözlə təsir göstərilməsidir. Xəstəyə
psixoterapevtik təsir göstərilməsində tibb işçisinin rolu çox böyükdür. Bu işdə xəstələrlə təmkinli və
nəzakətli davranışın böyük əhəmiyyəti vardır. bu zaman kobudluğa və hirslənməyə yol vermək olmaz.
Tibb işçisinin vaxtında və yerində edilmiş qeyd və göstərişi xəstəyə müsbət təsir göstərdiyi halda,
ehtiyatsızlıqla atdığı bir söz onun vəziyyətini korlaya bilər. Tibb işçisi xəstələrlə ünsiyyət və
görüşlərində onlara ürək verməli sağalacağına onda inam yaratmalı, gələcəyə böyük nikbinliklə
yanaşma hissini aşılamağa çalışmalı və əmək haqqında düzgün göstəriş verməlidir. Nevrozlarda
psixoterapiya xüsusilə böyük effekt verir. Psixozlu xəstələrin müalicəsində psixoterapevtik təsirin rolu
böyükdür. Unutmaq olmaz ki, xəstələrin yanında onların vəziyyətinin xüsusiyyətləri və müalicəsindən
bəhs edilməməlidir.
Psixopatiyalar zamanı tibb iĢçisinin taktikası
Psixopatik dekompensasiyalı xəstələr çox vaxt somatik şöbələrdə rast gəlinir. Belə xəstələr
tələbkar olur rejimi pozurlar. Bu növ xəstələrə fərdi yanaşmaq lazımdır. Orta tibb işçisi bilməlidir ki,
xəstənin müalicəyə ehtiyacı var və çətinliklə baxmayaraq ona lazımi kömək göstərməlidir. Psixopatik
xüsusiyyətlərə malik şəxslər mühitə kafi dərəcədə psixi uyğunlaşa bilməmələri ilə fərqlənərək, öz
xasiyyətindən həm özləri zərər çəkir, həm də başqalarına əziyyət verirlər. Psixopatiya öz təzahürü
cəhətdən olduqca müxtəlifdir. Özünəməxsus təbiətli şəxslər üçün psixopatiyanın əslində
dekompensasiya xassəsi daşıdığı nəzərə alınarsa, onun müalicəsi həmin xassələrə əsasən bu qüsurun
ictimai cəhətdən və əmək xəttilə aradan qaldırımasına yardım göstərilməsindən ibarətdir. Bu işin
yerinə yertirilməsində təkcə həkim deyil, tibb bacısı da əhəmiyyətli rol oynayır. Tibb bacısı bütün
pedoqoji tədbirlərin həyata keçirilməsində fəal iştirak edir. Həkimin göstərişi üzrə, o xəstə ilə müvafiq
söhbətlər keçirir və əmək rejiminin yerinə yetirilməsinə diqqət edir.
Müalicə və profilaktikası: Psixoformakoloji preparatlar kəskin və uzun sürən fazalar dövründə
tətbiq edilməlidir. Bu məqsədlə daha çox trankvlizatorlar (trioksazin, meprobomat, tazepam, rudotel və
s.)işlədilir. neyroleptiklərdən isə (sonapaks, neuleptil, xlorprotiksen, frenalon və i. a.) daha kəskin
hallarda istifadə edilir. Psixotik epizodlarda cərəyan edən təsadüflərdə aminazin, haloperidol, trisedil
və s. preparatlar tətbiq edilə bilər. Atenik halların üstünlük təşkil etdiyi vəziyyət olarsa, sindokarb,
nootropil, vitaminlər. biostimuləedici preparatlar (Fibs. aloe, plazmol. insulin və i. a.) məsləhət görülür.