Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
1
MÜNDƏRĠCAT
Mövzunun adı
Mühazirə
MÖVZU 1
GĠRĠġ. MƏRKƏZĠ VƏ PERĠFERĠK SĠNĠR SĠSTEMĠNĠN ANATOMĠYASI
MÖVZU 2
PERĠFERĠK SĠNĠR SĠSTEMĠNĠN XƏSTƏLĠKLƏRĠ.
MÖVZU 3
MƏRKƏZĠ SĠNĠR SĠSTEMĠNĠN ĠNFEKSĠON XƏSTƏLĠKLƏRĠ
MÖVZU 4
BAġ BEYĠN QAN –DAMAR XƏSTƏLĠKLƏRĠ. HEMORAGGĠK ĠNSULT, KEÇĠB –
GEDƏN BAġ BEYĠN QAN DÖVRANI POZĞUNLUQLARI, SUBARAXNOĠDAL
QANAXMA, ĠġEMĠK ĠNSULT
MÖVZU 5
MƏRKƏZĠ SĠNĠR SĠSTEMĠNĠN ġĠġLƏRĠ
MÖVZU 6
SĠNĠR SĠSTEMĠNĠN ĠRSĠ-DEGENERATĠV VƏ XRONĠKĠ PROQRESSĠV
XƏSTƏLĠKLƏRĠ
MÖVZU 7
MƏRKƏZĠ SĠNĠR SĠSTEMĠNĠN ZƏHƏRLƏNMƏLƏRĠ
NEYROTOKSĠKOZLAR
MÖVZU 8
GĠRĠġ
.
ALĠ SĠNĠR FƏALĠYYƏTĠ VƏ PSĠXĠKA. PSĠXĠ FƏALĠYYƏTĠN
SFERALARI. DƏRKETMƏ PROSESLƏRĠ NORMA VƏ PATALOGĠYADA
MÖVZU 9
ĠNFEKSĠON, SOMATĠK, DOĞUġDAN SONRAKI PSĠXOZLAR.
KLĠMAKTERĠK
DÖVRDƏ PSĠXĠ FƏALĠYYƏTĠN POZULMASI
MÖVZU 10
ALKOQOLĠZM VƏ ALKOQOL PSĠXOZLARI
MÖVZU 11
ġĠZOFRENĠYA
MÖVZU 12
MANĠAKAL DEPRESS
Ġ
V PSĠXOZ
MÖVZU 13
BAġ BEYĠN DAMARLARININ XƏSTƏLĠKLƏRĠ ZAMANI
BAġ VERƏN PSĠXĠ
POZUNTULAR (serebral ateroskleroz)
MÖVZU 14
EPĠLEPSĠYA.
MÖVZU 15
NEVROZLAR.
Təcrübi-məĢğələ
MÖVZU 1
SĠNĠR SĠSTEMĠ XƏSTƏLĠKLƏRĠNĠN SĠMPTOMATOLOGĠYASI
MÖVZU 2
PERĠFERĠK SĠNĠRLƏRĠN TRAVMATĠK ZƏDƏLƏNMƏ
XÜSUSĠYYƏTLƏRĠ VƏ
MÜALĠCƏ PRĠNSĠPLƏRĠ
MÖVZU 3
MSS-NĠN ĠNFEKSĠON XƏSTƏLĠKLƏRĠN MÜAYĠNƏSĠ, MÜALĠCƏSĠ
VƏ
PROFĠLAKTĠKASINDA ĠġTĠRAK, XƏSTƏLƏRƏ QULLUQ
MÖVZU 4
BAġ BEYĠN QAN-DAMAR XƏSTƏLĠKLƏRĠ OLAN XƏSTƏLƏRDƏ ĠFLĠC
ZAMANI XƏSTƏYƏ QULLUQ VƏ YATAQ YARALARININ
P
ROFĠLAKTĠKASI
MÖVZU 5
MSS-NĠN ġĠġLƏRĠ OLAN XƏSTƏLƏRƏ CƏRRAHĠ
ƏMƏLĠYYATDAN SONRA
QULLUQ
MÖVZU 6
ĠRSĠ- DEGENERATĠV, ƏZƏLƏ SĠNĠR XƏSTƏLĠKLƏRĠ ZAMANI
TĠBBĠ
GENETĠK MƏSLƏHƏTXANALARIN ROLU
MÖVZU 7
MƏRKƏZĠ SĠNĠR SĠSTEMĠNĠN ĠNTOKSĠKASĠYALARI ZAMANI ĠLK TĠBBĠ
YARDIM
MÖVZU 8
PSĠXĠ FƏALĠYYƏTĠN SFERALARININ POZULMALARI ZAMANI TĠBB
ĠġÇĠSĠNĠN TAKTĠKASI-DUYĞU, QAVRAMA, TƏFƏKKÜR, NĠTQ, ĠNTELLEKT
MÖVZU 9
XƏSTƏXANA VƏ DĠSPANSER ġƏRAĠTĠNDƏ PSĠXĠ XƏSTƏLƏRƏ
NƏZARƏT VƏ
QULLUĞUN ƏSAS PRĠNSĠPLƏRĠ
MÖVZU 10
ALKOQOLĠZM, ALKOQOL PSĠXOZLARI ZAMZNI MÜALIĠCƏ VƏ TĠBB
ĠġÇĠSĠNĠN TAKTĠKASI
MÖVZU 11
ġĠZOFRENĠYA ZAMANI TĠBB ĠġÇĠSĠNĠN TAKTĠKASI
MÖVZU 12
MANĠKAL DEPRESSĠV PSĠXOZ ZAMANI MANĠKAL VƏ DEPRESSĠV
VƏZĠYYƏTĠ ARADAN GÖTÜRMƏK ÜSULLARI
MÖVZU 13
BAġ BEYĠN ATEROSKLEROZU, SENĠL VƏ PRESĠNĠL PSĠXOZLAR ZAMANI
TĠBB ĠġÇĠSĠNĠN TAKTĠKASI
MÖVZU 14
EPĠLEPSĠYA ZAMANI TĠBB ĠġÇĠSĠNĠN TAKTĠKASI
MÖVZU 15
NEVROZLAR, REAKTĠV PSĠXOZLAR ZAMANI MÜAYĠNƏ VƏ MÜALĠCƏDƏ
ĠġTĠRAK
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
2
MÖVZU 1
GĠRĠġ.
MƏRKƏZĠ VƏ PERĠFERĠK SĠNĠR SĠSTEMĠNĠN ANATOMĠYASI
Nevrologiya-sinir
sisteminin
zədələnməsi
nəticəsində
meydana çıxan hərəki hissi
pozğunluqlarını, hissiyat orqanlarının funksiyasının pozulmalarını, onların müalicəsi və
profilaktikasını öyrənir.
Nevrologiyanın inkişafında Moskva və Peterburq nevroloji məktəblərinin böyuk rolu olmuşdur.
Moskva nevroloji məktəbinin əsasını A.Y.Kojevnikov, Peterburqda isə I.M.Balinski və Bexterev
qoymuşlar. Azərbaycanda nevrologiyanın tarixi Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsi
nəzdində psixonevroloji kafedranın təşkil edilməsi ilə başlanmışdır.
Bu kafedraya 1920-1925-ci illərdə Davidenkov rəhbərlik etmişdir. 1925-ci ildən bu kafedra
sərbəst psixiatriya və sinir xəstəlikləri kafedralarına ayrılır. Sinir xəstəliklər kafedrasında
M.M.Məlikov, A.V.Feyzullayev, S.H.Axundov, Z.Salayeva kimi nevropatoloqlar çalışmışlar.
Təbiətdə olan bütün canlılar, o cümlədən də insan, onları əhatə edən mühitin müxtəlif
faktorlarının təsiri altında olur.
Müxtəlif xarici qıcıqlara sinir sistemi müvafiq cavab reaksiyası verir; məsələn: isti əşyaya
toxunan zaman əlin cəkilməsi, yad cisimin gözə düşməsi və ya işığa baxan zaman gözün qırpılması
Ətraf mühitlə əlaqəsiz insanın yaşaması mümkün deyil və bu əlaqə sinir sistemi, hissiyat
orqanları (eşitmə, görmə, qoxu və s.) vasitəsilə həyata keçir. Bu orqanların reseptorlarından qıcıqlanma
periferik sinirlərlə MSS - nə ötürülür və orqanizm ətraf mühitdəki hadisələr haqqında siqnallar alır.
Beləliklə, sinir sistemi ətraf mühitlə orqanizm, xarici və daxili həyat fəaliyyəti arasında əlaqə
yaradır və orqanizmin bütün fəaliyyətini tənzimləyir. Insanın sinir sistemi iki hissəyə ayrılır: mərkəzi
və periferik sinir sistemi. MSS - I baş və onurğa beyindən ibarətdir. Onlardan ayrılan sinirlər isə
şaxələrlə və kələflərlə periferik sistemini əmələ gətirir.
Onurğa beyin onurğa kanalında yerləşir. O, onurğa sütünundan qisadır: birinci boyun fəqərəsinin
- atlantanın üst səthi səviyyəsində başlanır və I bel fəqərəsinin aşağı səthi və ya II bel fəqərəsinin
yuxarı səthi səviyyəsində qurtarır.
Onurğa beyninin hər yarısından onurğa beyin sinirlərinin ön və arxa kökcükləri ayrılır. Onurğa
beynin köndələn kəsiyinə baxsaq görərik ki, o, ağ və boz maddədən ibarətdir. Boz maddə daxildə
yerləşir və onu sinir hüceyrələri əmələ gətirir. Ağ maddə isə onun ətrafında yerləşib sinir liflərindən
əmələ gəlir. Boz maddədə ön, yan və arxa buynuzlar ayırd edilir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
3
Boz maddə “H” hərfini və ya kəpənəyi xatırladır. Onun mərkəzində mərkəzi kanal yerləşir və hər
iki yarısı bir-biri ilə boz bitişmə ilə birləşir. Ön buynuzlar hərəki nüvələr daşıyır və buradan onurğa
beyin sinirlərinin ön kökcükləri başlanır, bunlar da hərəki sinir liflərindən ibarətdir, arxa buynuzlar
hissi sinir lifləri ilə əlaqədar olan nüvələrdən ibarətdir və arxa kökcükləri əmələ gətirir. Yan
buynuzlarda vegetativ sinir sisteminin parasimpatik hissəsinin nüvələri yerləşir, bu buynuzlar döş və
bel nahiyəsində daha yaxşı inkisaf etmişdir. Ön və arxa kökcüklər beynin sərt qisasindan keçərək
fəqərələrarası dəliklərdə birləşib qarışıq (hərəki və hissi) onurğa siniri əmələ gətirir. Onurğa beynindən
31 cüt belə sinir ayrılır, arxa kökcük birləşdiyi yerdə onurğa beyin qanqlionu əmələ gəlir. Yandan
ayrılan sinir kökcükləri tam horizontal vəziyyət daşımır yuxarı hissələrdə horizontal vəziyyətdə gedib
aşağı hissəyə yaxınlaşdıqca vertikal vəziyyət alıb “at quyruğu” adlanan törəmə ilə qurtarır və bununla
əlaqədar olaraq onurğa beyin onurğa kanalından qısadır.
Onurğa kanalından xaricdə sinirlər, kələflər (boyun, çiyin, bel-oma) əmələ gətirir. Bu kələflərdən
sinirlər əzələlərə və gövdənin, ətrafların dərisinə yönəlir.
Boz maddənin bir cüt onurğa beyin siniri başlanan hissəsi seqment adlanır. Cəmi 31 seqment
ayırd edilir: onlardan 8 boyun, 12 döş, 5 bel, 5 oma və 1 büzdüm seqmentidir. Onurğa beyninin ayrı -
ayrı seqmentləri müəyyən əzələləri və dəri səthinin hissələrini innervasiya edir: I-IV boyun əzələlərini,
V -VIII boyun və I-II döş yuxarı ətraf əzələlərini, III-XII döş və I bel gövdə əzələlərini, II-V bel və I-II
oma asağı ətraf əzələlərini, III-V oma və I büzdüm seqmentləri isə aralıq əzələlərini innervasiya edir.
BaĢ beyin iki yarimkürə dən, aralıq beynindən, orta beyindən, arxa beyindən və uzunsov
beyindən ibarətdir. Bas beyin kəllə qutusunda yerleşir, onurğa beynində olduğu kimi üç qişa ilə örtülür.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
4
Xaricdən baş beyin qabariq şəklindədir, əsası isə yastıdır. Böyüklərdə baş beynin orta çəkisi 1300-
1350 qr. Beyin əsasında kəllə sinirləri başlanır. Kəllə sinirlərinin əksəriyyəti isə beyin kötüyünün
müxtəlif nahiyyələrində yerləşən nüvələrdən başlanır (uzunsov beyində). Onlar hərəki, hissi və qarışıq
sinirlərdir. 12 cüt kəllə siniri var: I cüt qoxu siniri, II cüt görmə siniri. Beyin əsasında görmə sinirləri
kəsişib görmə qabarı - chiazma optikum əmələ gətirir. III cüt gözün hərəki sinirləri, IV cüt
blokabənzər, V cüt uzaqlaşdırıcı, IV, VI cüt sinirlər təmiz hərəki sinirlərdir və göz almasının hərəkətini
təmin edir. III cüt sinirlər parasimpatik sinir lifleri daşıyır və göz bəbəyinin yığılmasını və gözün
akkomodasiyasını təmin edirlər. VI cüt üçlü sinirdir. O, üç şaxəyə bölünür, hərəki və hissi lifləri
daşıyır. Hissi sinir lifləri üzün dərisini, gözün, burun boşluğunun və ağızın selikli qisalarını, hərəki
liflər isə çeynəmə əzələlərini innervasiya edir. VII cüt üz siniridir və üzün mimiki əzələlərini
innervasiya edir. VIII cüt eşitmə siniri, IX cüt dil-dodaq sinirləridir, udlaq əzələlərini innervasiya edir.
X cüt azan sinirdir. Onda hissi, hərəki və parasimpatik sinir lifləri var. Bu ən uzun sinirdir və udlağı,
qida borusunu, ürəyi, ağciyərləri, mədəni və s. orqanları inervasiya edir. XI cüt əlavə sinirdir, o
uzunsov beynin və onurğa beyninin boz maddəsindən başlanır, kəllə boşluğuna gedir, oradan çıxdıqda
döş-körpücük-məməyəbənzər və trapesəbənzər əzələləri innervasiya edir. XII cüt dilaltı sinirdir, dil
əzələlərini innervasiya edir Orta beyin, körpü və uzunsov beyin birlikdə beyin kötüyü adlanır.
Uzunsov beyin-kəllə boşluğunda yerləşir. Aşağı hissədə uzunsov beyin onurğa beyninə keçir.
Uzunsov beynin ön səthində uzununa dəlik var. Onun yan tərəflərində iki qabarıq oval səkildə
piramidalar və zeytunlar yerləşir. Arxa səthində isə uzununa şırım keçir. Uzunsov beyində boz və ağ
maddə ayırd edilir. Boz maddəni neyronlar əmələ gətirir (uzunsov beynin nüvələri) və o, daxildə
yerləşir, ağ maddə isə (ötürücü yollar), sinir liflərindən əmələ gəlib xaricdə yerləşir.
Arxa beyin – körpüdən və beyincikdən ibarətdir. Körpü qalınlaşma şəklində uzunsov beynin
üstündə yerləşir. Yan hissələri tədricən daralır və beyinciyə tərəf yönəlir-bu körpünün ayaqcıqlarıdır,
onlar körpünü beyinciklə birləşdirir. Körpünün ön səthində sinir liflərinin böyük yarımkürələrə
yönələn və böyük beyinin ayaqcıqlarına keçən dəstələri yerləşir. Körpünün dərinliyində uzunsov
beyində olduğu kimi, nüvələr var. Onların əsas hissəsi kəllə sinirləri başlanan nüvələrdir. Uzunsov
beyində, körpüdə ürək-damar və tənəffüs mərkəzlərini, tüpürcək ifrazını tənzimləyən vegetativ və
parasimpatik nüvələr yerləşir.
Beyincik - iki yarımkürədən ibarətdir. Onlar bir-biri ilə soxulcan adlanan törəmə ilə birləşir. Üç
cüt ayaqcığın (yuxarı, orta və aşağı) köməyi ilə beyincik orta, uzunsov beyin və körpü ilə birləşir. Boz
maddə xaricdə yerləşir - beyinciyin qabığı adlanır. Ağ maddə isə daxildə yerləşir. Burada beyinciyin
dişli nüvəsi var. Uzunsov beynin yuxarı hissəsi baş beynin dördüncü mədəciyinin əmələ gəlməsində
iştirak edir, onun dibini rombabənzər çuxur təşkil edir. Dördüncü mədəcik onurğa beyninin mərkəzi
kanalı və subaraxnoidal boşluqla birləşir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
5
Orta beyin – iki beyin ayaqcığından və dördtəpəli cisimdən ibarətdir. Beyin ayaqcıqları sinir
liflərindən əmələ gəlir. Onların vasitəsilə uzunsov beyin və körpü baş beynin yuxarıda yerləşən
hissələri ilə əlaqə yaradır. Beynin ayaqcıqlarında əsas və qapaq ayırd edilir. Onların arasında qara
maddə, ayaqcıqlarda isə qırmızı nüvələr və III-IV çüt kəllə sinirinin nüvələri yerləşir. Həmçinin burada
bəbəyin yığılmasını və gözün akkomodasiyasını tənzimləyən əlavə parasimpatik nüvə də vardır ki, bu
nüvə Vestfal-Edinger nüvəsi adlanır. Qara maddə, qırmızı nüvə, beyinciyin dişli nüvəsi və böyük
yarımkürələrin zolaqlı cisimi əzələ tonusunun tənzimləməsində iştirak edən ekstrapiramid sistemə
aiddir.
Dörd tərəfli cisim 4 balaca qabar şəklində olan hündürlüklərdən ibarətdir. Onlardan ikisi yuxarı,
ikisi isə aşağı qabardır. Yuxarı qabarların arasında epifiz yerləşir və bu qabarların neyronları qabıqaltı
görmə mərkəzinə, aşağı qabarların neyronları isə qabıqaltı eşitmə mərkəzinə aiddir.
Aralıq beyin – talamusdan (görmə qabarı) və hipotalamusdan ibarətdir. Bu boz maddədən ibarət
olan iki böyük törəmədir. Qabarın daxili səthlərinin arasında üçüncü mədəcik yerləşir, bu mədəcik
Silvi su yolunun köməyi ilə baş beynin dördüncü mədəciyi ilə, mədəciklər arası dəliklərin vasitəsilə isə
yan mədəciklərlə birləşir. Talamusda birincili görmə mərkəzləri var. Bundan əlavə, burada bütün hissi
yollar görüşür, buna görə də talamus qabıqaltı hissi mərkəz adlanır. Buradan hissi ötürücülər böyük
beyin qabığına yönəlir.
Hipotalamus talamusdan aşağıda yerləşir. Boz qabar və məməvari cisimlər onun əsas törəmələri
sayılır. Onlarda orqanizmdə maddələr mübadiləsini tənzimləyən (qabıqaltı vegetativ mərkəzlər)
nüvələr yerləşir.
Böyük beyin yarımkürələri – boz və ağ maddədən ibarətdir. Boz maddə xaricdə nazik qat
şəklində yerləşir və beyin qabığı adlanır. Yarımkürələrin əsas hissəsini qabığın altında yerləşən ağ
maddə təşkil edir. Onun dərinliklərində ayrı-ayrı qabıqaltı nüvələr və mərkəzi düyünlər şəklində boz
maddə var. Bu nüvələrdən ən əsası quyruqlu və mərciyəbənzər nüvələrdir Birlikdə isə onlar zolaqlı
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
6
cisim və solğun kürə qabıqaltı düyünlərin arasında yerləşən ağ maddənin nazik zolağı isə daxili kapsul
adlanır Baş beyin qabığının səthində çoxlu qırışıqlar var. Onlar şırımlarla ayrılır. Qırışıqlar müxtəlif
şəkildə və ölçüdə olur.
Böyük beyin qabığının qalınlığı 4 mm-dir Qabığın bütün səthi orta hesabla 2250 sm
2
təşkil edir.
Böyük yarımkürələr alın, ənsə, gicgah və təpə paylarına ayırd edilir. Bu paylar şırımlarla müxtəlif
sayda qırışıqlara ayrılır. Ağ maddəni təşkil edən sinir liflərinin köməyi ilə beyin qabığı mərkəzi və
periferik sinir sistemi, eləcə də yarımkürələrin ayri-ayri hissələri arasında əlaqə yaranır.
Baş beyin daxili yuxu və fəqərə arteriyaları ilə qidalanır. Daxili yuxu arteriyaları kəllə
boşıuğunda göz, ön və orta beyin arteriyalarına ayrılır Fəqərə arteriyaları beyin əsasında birləşib
bazilyar arteriyanı əmələ gətirir Sonradan onlar baş beyinin ənsə hissəsini qidalandıran iki orta beyin
arteriyalarına bölünür. Beynin əsasında daxili yuxu və fəqərə arteriyaları şaxələrinin anastomozları
böyük beynin arterial dövranını (Villiziyev dövranını) əmələ gətirir. Ön, orta və arxa beyin
arteriyalarının qabıq nahiyəsində də anastomozları var, lakin onlar qan dövranı pozğunluqlarında
lazımi dərəcədə kollateral qan dövranının yaranması üçün azdır. Onurğa beyin ön və arxa kökcüklərlə
beyinə gələn arteriyalarla qidalanır.
Baş və onurğa beyin üç qişa ilə örtülüb: sərt qişa- dura mater, hörümçək torunabənzər qişa-
arachnoidea və yumşaq qişa-pia mater. Yumşaq və hörümçək torunabənzər qişa birlikdə leptomeninks
adlanır. Sərt qişa iki səhfədən ibarətdir: xarici səhfəsi kəllə və onurğa sütunun sümüklərinə yapışır.
Yumşaq qişa isə baş və onurğa beyn maddəsinə yapışıb onunla bitişir. Yumşaq və hörümçək
torunabənzər qişaların arası subaraxnoidal boşluq adlanır. O, beyin –onurğa beyin mayesilə doludur.
Subaraxnoidal boşluq bəzi yerlərdə genəlir və dərin hövzələr əmələ gətirir. Ən böyük hövzə beyincik
və uzunsov beyin arasında yerləşir və körpünün, görmə qabarının beyin kötüyünü əhatə edir.
Subaraxnoidal boşluq bütün onurğa beynini əhatə edir və II bel fəqərəsi səviyyəsində genəlib son
hövzəni əmələ gətirir, orada da “at quyruğu” yerləşir. Beyin-onurğa beyin mayesinin əsas hissəsi baş
beyinin mərkəzi boşluqlarında – mədəciklərdə (sol-sağ yan, üçüncü və dördüncü) yerləşir.
Beyin – onurğa beyin mayesini beyin mədəciklərində yerləşən damar kələfləri ifraz edir. Damar
kələflərinin əmələ gəlməsində əsas rolu beyin qişası oynayır. Damar kələflərinin ümumi əthi 1m
2
-dir.
İnsan orqanizmində 150-200 ml beyin onurğa beyin mayesi var ki, onun 50 ml hövzələrdə, qalanı isə
onurğa beynin subaraxnoidal boşıuğundadır.
Vegetativ (avtonom) sinir sistemi baş, onurğa beyin, orqanizmin daxili mühiti ilə əlaqə yaradır.
Vegetativ sinir sistemi – simpatik və parasimpatik hissədən ibarətdir və bütün daxili orqanları,
vəziləri, qan və limfa damarlarını, saya və qismən skelet əzələlərini innervasiya edir. Lakin skelet
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
7
əzələləri, qan damarlarının əksəriyyəti, sidik yolları, tər vəziləri, dərinin tük folikulları ancaq simpatik
hissə ilə innervasiya olunur.
Vegetativ sinir sistemində mərkəzi və periferik hissə ayırd edilir. Simpatik hissənin mərkəzi
şöbəsi onurğa beynin döş və bel hissəsinin yan buynuzlarının neyronları ilə əmələ gəlir. Bu
neyronların aksonları onurğa sütunundan çıxıb qanqlionlarda qurtarırlar. Onlar bir-birilə birləşib
onurğa sütunun yanı boyunca zəncirvari uzanır və simpatik kötüyü (truncus syupatikcus) əmələ gətirir.
Sol və sağ simpatik kötüklər 3 boyun, 10-12 döş, 4-5 bel, 3-4 oma və 1 büzdüm simpatik
qanqlionlardan ibarətdir. Aksonların bir qismi paravertebral qanqlionlarda qurtarır. Bunlardan daxili
orqanlara, damarlara yönələn postqanqlionar düyünlər ayrılır. Bütün bu anatomik törəmələr (sinir
lifləri, qanqlionlar) vegetativ sinir sisteminin simpatik hissəsinin periferik şöbəsini əmələ gətirir.
Vegetativ sinir sisteminin parasimpatik hissəsinin mərkəzi şöbəsi, orta, uzunsov və onurğa
beyinin oma hissəsində yerləşən nüvələrdən ibarətdir. Periferik şöbəsi isə III, VII, XI, X cüt kəllə
sinirlərinin tərkibində olan qanqlion və sinir liflərinindən, bir də çanaq orqanlarını innervasiya edən
sinirlərdən ibarətdir.
Simpatik və parasimpatik sinir lifləri döş, qarın. çanaq boşluqlarında qarışıq sinir kələfləri əmələ
gətirir. Onlar daxili orqanları innervasiya edir. Bu kələflərdən ən böyüyü günəş kələfidir.
Yuxarıda göstərilən törəmələr (neyronlar, qanqlionlar, sinir lifləri) birlikdə vegetativ sinir
sisteminin seqmentar hissəsi adlanır.
Seqmentüstü hissə baş beyində yerləşir və beyin kötüyünün anatomik-funksional sistemindən
(retikulyar formasiya) , hipotalamusdan (hipofizlə əlaqəli neyronla, retikulyar formasiyanın ardı) ,
limbik sistemdən (badamvari cisim, hippokamp, qabıq gicgah nahiyyəsinin medial-bazal hissəsi)
ibarətdir. Bütün bu törəmələr limbiko –retikulyar kompleksi əmələ gətirir və orqanizmin ətraf mühit
şəraitinə adaptasiyasını təmin edir.
Beyin toxuması neyronlardan və neyroqliyadan əmələ gəlir. Neyron cisim və çıxıntılardan
ibarətdir. Bütün hüceyrələr kimi neyron da cisim, cisimcik və sitoplazmadan ibarətdir. Neyronun bütün
cisim və çıxıntılarından incə liflər –neyrofibrillər keçir. Cisimin əsasında silindirik formalı, uzun
çıxıntı ayrılır və o akson, qısa ağacabənzər şaxələnən çıxıntılar isə dendrit adlanır. Dentritlərlə sinir
impulsu neyronun cisiminə, aksonla isə neyrondan periferiyaya yönəlir. Neyronlar bir –birilə əlaqədə
olub neyron zənciri əmələ gətirirlər. Neyronların əlaqədə olan nöqtələri sinaps adlanır. Sinaps impulsu
sinir liflərindən hər hansı bir hüceyrəyə və ya əzələ liflərinə, eləcə də hüceyrədən sinir lifinə ötürür.
Neyronlardan əlavə, beyin maddəsində xüsusi aralıq toxuması-neyroqliya və ya qliya var.
Neyroqliya sinir toxumasının sanki dayağı, əsasıdır. Onun tərkibində neyrondan başqa, sinir
toxumasının bütün hüceyrə elementləri var. O, neyronlar və qan damarları arasında vasitəçi olub, sinir
sistemində maddələr mübadiləsini təmin edir. Sinir lifləri xüsusi qişa ilə örtülüb ki, bu qişanın daxili
qatı mielindən ibarətdir. Mielin qişası olan aksonlar mielinli, qişası olmayanlar isə mielinsiz adlanır.
MSS-dən xaricə çıxan neyronların aksonlarının mielin qişadan əlavə lemmositlərdən olan qişaları
(şvann hüceyrələrindən) da vardır. Belə sinir lifləri də əzələlərə, dəriyə, vəzilərə və başqa strukturlara
yönələn periferik sinirləri təşkil edir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
Dostları ilə paylaş: |