ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
8
Mərkəzi sinir sisteminin fiziologiyası
Sinir sisteminin bütün fəaliyyəti reflektordur.
Refleks orqanizmin sinir sisteminin iştirakı ilə
qıcıqlara verdiyi cavab reaksiyasıdır. Deməli, ətraf
mühit qıcıqları: səs, işıq, mexaniki, temperatur, dad
və qoxubilmə, eləcə
də
orqanizmin daxili
mühitindən (daxili orqanlardan, əzələlərdən,
oynaqlardan) gələn impulslar müntəzəm olaraq
müxtəlif teseptorlara təsir göstərirlər. Baş verən
oyanma sinir ötürücüləri ilə afferent sinir lifləri ilə
MSS-nə
ötürülür,
oradan
da
müvafiq
dəyişikliklərdən sonra digər ötürücülərlə-efferent
sinir lifləri ilə qıcığa cavab verən işçi orqana çatır.
Onurğa beynin funksiyası
Onurğa beyin seqmentar-reflektor və ötürücü funksiyaları yerinə yetirir. Onurğa beynin ən sadə
reflektor qövsünün sxemi belədir: əgər əlin dərisinə iynə batırsaq, onda reseptorlarla qəbul olunan ağrı
qıcığı sinir impulsları şəklində hissi sinirlərlə onurğa beynə yönələcək. Onurğa beyninin arxa kökcüyü
ilə impuls arxa buynuzun neyronlarına çatır, oradan oyanma ön buynuz neyronlarının dentritlərinə
ötürülür (hərəki hüceyrələr) . İmpuls hərəki sinirlə ön kökcüklərdən keçib əl əzələlərinə çatır və
onların yığılmasına səbəb olur: əlin reflektor dartılması baş verir.Vətər reflekslərinin fizioloji
mexanizmi belədir.
Onurğa beynin ötürücü funksiyası onun ön, arxa kökcüklərini təşkil edən MSS-in ötürücü
yolları (qalxan və enən) ilə təmin edilir. Bütün enən ötürücülərin lifləri onurğa beyninin ön
buynuzlarının hüceyrələrində qurtarır. Enən ötürücülərlə oyanma və tormozlanma təsiri göstərən
impulslar gedir.
BaĢ beynin funksiyaları
Sinir sisteminin ali şöbələrinin (böyük beynin qabığı) fəaliyyəti də reflektordur.
Beyin qabığının iştirakı olmadan ancaq şərtsiz reflekslər baş verir. Onlar anadangəlmə olur. Şərti
reflekslər isə şərtsiz və yaxud keçmişdə möhkəm əmələ gəlmiş şərti reflekslər əsasında əmələ gəlirlər.
Bu reflekslər ona görə şərti adlandırılıblar ki, onların əmələ gəlməsi üçün müəyyən şərtlər lazımdır.
Şərti reflekslərin köməyi ilə orqanizm ətraf mühitdə baş verən dəyişikliklərə öyrəşir. Bütün həyat boyu
yeni-yeni şərti reflekslər əmələ gəlir. Köhnə şərti reflekslər təkrar edilmirsə, bərkidilmirsə, sönürlər.
Əvvəlki şərtlər təkrar olunarsa köhnə reflekslər bərpa olunar. Şərti refleksin sönməsi böyük beyin
qabığında inkişaf edən daxili tormozlanma nəticəsində baş verir. Bu tormozlanma xarici, şərtsiz
tormozlanmadan fərqli olaraq, birdən baş vermir və o müsbət qıcığın tormozlanma qıcığına keçmə
yolu ilə əmələ gəlir. İnsanın müxtəlif fəaliyyəti, davranışı şərtsiz refleklər və instinktlər əsasında əmələ
gələn şərti reflekslərin qarşılıqlı təsiri nəticəsində baş verir. Həm də insanın bütün fəaliyyəti böyük
beyin qabığının təsiri altında həyata keçir. Bu və ya digər qıcığın qavranması, təhlili və sintezi dəri,
eşitmə, qoxu, dad və hərəki analizatorların köməyi ilə baş verir.
BaĢ və onurğa beynin efferent sistemi. Efferent (hərəki) sistemin əsas yolu piramid yoludur.
O, böyük beyin qabığı ilə onurğa beyin arasında əlaqə yaradır. Beyinciyin ən əsas funksiyası
hərəkətlərin avtomatik koordinasiyasıdır. Bu da bədənin müvazinətini, mürəkkəb hərəki aktların
dəqiqliyini tənzimləyir. Bundan əlavə beyincik əzələ tonusunun tənzimlənməsində iştirak edir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
9
Vegetativ sinir sisteminin funksiyaları
Bütün daxili orqanların fəaliyyəti baş beynin ali şöbələrinin, qabığının təsiri altında olur. Beyin
qabığının tənzimlənməsi ilə yanaşı əks əlaqə də var: daxili orqanlardan böyük beyin qabığına daxili
orqanların vəziyyəti haqqında informasiya daşıyan sinir impulsları gedir. Bütün daxili orqanlarda
sinirlər müxtəlif qıcıqları qəbul edən interopeseptorlarda qurtarır.
Vegetativ sinir sistemi fəaliyyətinin fizioloji əsasını refleks təşkil edir, refleks qövsü belədir:
sinir impulsları orqandan onurğa beyninin arxa kökcüklərilə yan buynuzların neyronlarına çatır, oradan
isə işçi orqana tərəf yönəlir.
Vegetativ sinir sisteminin reflektor fəaliyyəti bir sıra xüsusiyyətlərlə fərqlənir. Məsələn,
məlumdur ki, orqanlardan birinin qıcıqlanması başqa orqana reflektor təsir göstərə bilər. Bu akson-
refleks adlanır və ondan irəli gəlir ki, bu iki müxtəlif orqan bir sinir aksonun şaxələri ilə innervasiya
olunur. Çox vaxt bədənin bir hissəsinin xəstəliyi digər hissəsinin müxtəlif dəyişikliklərilə müşayiət
olunur. Müəyyən edilmişdir ki, limbiko –retikulyar kompleksini təşkil edən ayrı-ayrı anatomik
strukturlar özünə məxsus xüsusiyyətə malikdir. Hipotalamus neyrohumoral koordinasiyanın mərkəzi
sayılır. Məsələn, bütün qüvvələrin mobilizasiyasını tələb edən stress vəziyyətində hipotalamusun
fəaliyyəti fəallaşır. Hipofiz hipotalamusla əlaqəli olduğu üçün, adrenokortikotrop hormonları çox ifraz
etməyə başlayır, bu da, öz növbəsində böyrəküstü vəzilərin fəaliyyətini onların orqanizmdə
mübadilənin güclənməsi üçün lazım olan kortikosteroidlərin ifrazını fəallaşdırır. Hipotalamusun
zədələnməsi zamanı müxtəlif vegetativ pozulmalar, emosional reaksiyaların, davranışın pozulması
müşahidə edilir. Retikulyar formasiya mərkəzi sinir sisteminin müxtəlif şöbələrinin oyanma
səviyyəsinə tənzimləyici təsir göstərir, yuxunun və ayıqlıgın, fəal diqqətin tənzimlənməsini təmin edir.
Limbik sistem isə emosional yaddaşı təmin etdiyinə görə emosional beyin adlanır. O, zədələndikdə
motivasiya, davranış pozulur.
Beyin-onurğa beyin mayesi
Bildiyimiz kimi damar kələfləri beyin-onurğa beyin mayesi ifraz edir və bu maye baş və onurğa
beynin bütün subaraxnoidal boşluğunu doldurur.
Beyin-onurğa beyin mayesi baş və onurğa beyni əhatə edərək xarici qıcıqlardan, təkanlardan,
silkələnmədən qoruyur və beyin toxumalarında osmotik tarazlığın yaranmasını, beynin qidalanmasının
və maddələr mübadiləsini təmin edir. Beyin-onurğa beyin mayesini ifraz edən aparat bəzi maddələri
buraxıb digərlərini isə saxlamaq xüsusiyyətinə (hematoensefalitik baryer) malikdir, bunun da beyinin
zərərli təsirlərdən qorunmasında böyük rolu var. Sinir sistemində baş verən patoloji proseslər müxtəlif
dərəcədə beyin-onurğa beyin mayesinin tərkibinin dəyişilməsinə təsir göstərir, ona görə də onun
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
10
müayinəsi böyük əhəmiyyət kəsb edir. Normada serebral maye rəngsiz və şəffaf olur, tərkibində zülal
0,2 – 0,3 %, limfositlər 1ml 5 qədər, uzanmış vəziyyətdə təzyiqi 100-180 mm su sütunu, oturaq
vəziyyətdə isə 200-300 mm su sütunu.
Beyin - onurğa beyin mayesinin miqdarının çoxalması, mayenin ifrazının güclənməsi, onun
sorulma qabiliyyətinin pozulması, maye dövr etdiyi yolların sıxılması, baş beyinin ödemi hipertenziv
sindromun inkişaf etməsinə səbəb olur. Meningizm (beyin-onurğa beyin mayesinin patoloji dəyişikliyi
olmadan beyin qişalarının qıcıqlanma sindromu) zamanı kəllədaxili təzyiqin artması beyin-onurğa
beyin mayesinin miqdarının artması ilə, meningit zamanı-onun ifrazının güclənməsi və sorulmanın
pozulması, şişlər zamanı maye sirkulyasiyasının pozulması ilə əlaqədardır. Məlumdur ki, əgər baş
beyin şişləri beyin-onurğa beyin mayesi dövr etdiyi yollardan kənarda yerləşərsə, uzun müddət
hipertenziv sindrom (baş ağrısı, qusma, göz siniri məməciklərinin durğunluğu) müşahidə olunmur. Baş
ağrısı çox vaxt xəstəni narahat edir və şiddətlənəndə qusma baş verir. Qusma da səhərlər müşahidə
olunur və qidanın qəbulundan asılı olmur. Hipertenziv sindrom zamanı psixi fəaliyyətin və huşun
pozulması soporoz, komatoz hal və psixomotor oyanma ola bilər.
Bir sıra xəstəliklərin diaqnostikası üçün beyin-onurğa beyin mayesində zülalların, limfositlərin,
miqdarının müayinəsi, seroloji reaksiyaların aparılması böyük əhəmiyyət kəsb edir. Məsələn:
meningitlər zamanı zülalların miqdarının artması, subaraxnoidal qanaxmada-beyin-onurğa beyin
mayesinin tərkibində qanın olması, şişlər, abseslər, araxnoiditlər zamanı zülalın olması müşahidə
olunur. Sifilis zamanı solğun treponemlərin immoblizasiyası, Vasserman və Kan reaksiyalarının
aparılması diaqnostikaya çox köməklik göstərir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
11
MÖVZU 2
PERĠFERĠK SĠNĠR SĠSTEMĠNĠN XƏSTƏLĠKLƏRĠ.
Periferik sinir sisiteminin xəstəlikləri iki yerə bölünür: nevrit və nevralgiyalar. Nevrit zamanı
sinirin histoloji quruluşunda dəyişikliklər baş verir və bir sıra üzvü əlamətlər müşahidə olunur: hərəki,
hissi, vegetativ, trofik. Nevralgiya isə sinir boyu baş verən tutmaşəkilli ağrılardan ibarət olub, üzvü
pozulma əlamətləri vermir. Bir sinirin iltihabi-mononevrit, bir çox sinirin iltihabi-polinevrit, sinir
kələfinin iltihabi-pleksit, kökcüklərin iltihabı-radikulit, fəqərəarası düyünlərin iltihabı qanqlionit,
kökcüklərin və sinirlərin iltihabi-poliradikulonevrit, buna əlavə oıaraq onurğa beynin boz maddəsinin
iltihabı – polioradikulonevrit adlanır. Nevrit infeksiya, travma, zəhərlənmə, maddələr mübadiləsi
pozulması nəticəsində baş verir. Birincili və ikincili olur. Xəstəlik törədən amil ilk növbədə siniri
pozanda birincili, hər hansı bir xəstəlik nəticəsində pozulması isə ikincili nevrit adlanır. Etioloji amilin
ağırlığından və periferik neyronun zədələnmə səviyyəsindən asılı olaraq hərəki, hissi, vegetativ və
trofik pozğunluqlardan biri meydana çıxır.
Əgər periferik sinirin iltihabında hərəki pozğunluqlar üstünlük təşkil edərsə iflic, parez və
atrofiya müşahidə olunmaqla reflekslər zəifləyir, yaxud itər. Hissi pozğunluq üstünlük təşkil edərsə
ağrı müşahidə olunur və müvafiq zonada hissiyyat zəifləyir, yaxud tamamilə itir.
Vegetotrofik pozğunluqlar üstünlük təşkil etdikdə ətrafların dərisinin rəngi, temperaturu dəyişir,
dəri nazikləşir, tükü tökülür, yaxud daha cox tük gətirir, dırnaqları qalınlaşır, kövrəkləşir və tez-tez
sınır. Nevrit kəskin, yarımkəskin və xroniki şəkildə cərəyan edə bilər. Bu xəstəliklər xəstənin həyatı
üçün təhlükə yaratmır, amma vaxtında və düzgün müalicə aparilmazsa, xəstəlik residivik xarakter alıb
əmək qabiliyyətinin itirilməsinə səbəb olur.
Üz sinirinin nevriti
Çox zaman infeksiya və soyuqdəymədən sonra başlayır. Bəzən otit, kəllə travmaları və ümumi
infeksiya nəticəsində baş verə bilər. Kəskin və yarımkəskin şəkildə cərəyan edə bilər. Ən başlıca
simptomu üzün mimiki əzələlərinin iflicidir. Bunun nəticəsində alın qırışları hamarlaşır, müvafiq
tərəfdə göz yarığı genişlənir, burun-dodaq qırışı hamarlaşır, iflic tərəfdə ağız bucağı aşağı sallanır,
xəstə fit çala bilmir, xəstə qida çeynədikdə tez-tez ordunu dişləyir, qidanın sulu hissəsi ağız
bucağından axır, göz qapağını yuma bilmir - buna laqoftalm “dovşangözlülük” deyilir. Bella simptomu
müsbət olur, xəstə gözünü yummağa çalışdıqda göz alması yuxarı və bir qədər də kənara çəkilir.
Xəstəyə gözünü bərk yummaq təklif etsək, sağlam tərəfdə kipriklər hamısı yığılır göz qapağının altına,
xəstə tərəfdə isə onların ucu görünür. Bu “kipriklər simptomu” adlanır. Gözdən həmişə yaş axır, gözün
səthi nəmləşmir, quruyur və buynuzlu qişanın iltihabına gətirib çıxarır. Bəzən dadbilmə pozulur, göz
yaşının ifrazı artır və hiperkauziya (pəs səslərə həssaslıq artır) müşahidə olunur. Üz sinirinin nevriti
yüngül, orta, ağır şəkildə cərəyan edə bilir. Xəstəlik yüngül cərəyan etdikdə proses 3-5 həftə ərzində
tamamilə qurtarır və heç bir iz qoymadan keçib gedir, elelktrikkeçirmə qabiliyyəti dəyişilmir. Orta
agırlıqlı cərəyan edən xəstəlik 2-5 ay davam edir, elektrik keçirmə qabiliyyəti qismən dəyişir. Xəstəlik
ağır cərəyan edəndə sinir tam bərpa oluna bilmir, elektrikkeçirmə qabiliyyəti təmamilə itir. Ağır
cərəyan xəstəlikdən sonra qabarıq dəyişikliklər qalır, hətta kontraktura baş verir. Pozğunluq tərəfdə
alın qırışları hamarlaşır, göz yarığı daralır, burun –dodaq şırımı dərinləşir. Xəstənin bəzən üz əzələləri
titrəyir (tik), gözündən yaş axır, əzələ atrofiyası müşahidə olunur. Bu xəstəlik əmək qabiliyyətinə
mənfi təsir göstərmir, lakin adamın üzünü eybəcərləşdirir.
Müalicəsi: Prednizolon sutkada 30-60 mq. Sinirin sıxılması nəticəsində əmələ gələn toxumaların
ödemini aradan qaldırmaq üçün zədədlənmə sahəsinə 0,5 ml 0,5% novakainlə 25 mq hidrokartizon
vurulur hər 1-2 gündən bir, yaxşılaşma olana kimi. Bununla yanaşı 1% nikotin turşusu təyin edilir 4-6
qr dəri altına qulaqyanı vəzilərin nahiyyəsinə, cəmi 3-6 inyeksiya.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
12
İlk günlərdən UYT tətbiq edilir. Bərpa olunma dövründə massaj, müalicə gimnastikası, sinirin
keçirmə qabiliyyətini yaxşılaşdırmaq üşün dibazol 0,02 qr gündə 3 dəfə, tiamin, B
12
, prozerin 0,05 %
1,0 ml, qalantamin təyin edilir.
Buynuzlu qişanın iltihabının qarşısını almaq üçün gözə sulfasil natrium damcıları təyin edilir.
İynəbatırma terapiyası yaxşı effekt verir.
Oturaq sinirinin nevriti
Birincili və ikincili olur. İnfeksiya və soyuqdəymə birincili nevritin əsas səbəbi sayılır, hər
hansı bir digər xəstəlik nəticəsində baş verən pozğunluğu ikincili forma sayılır. Xəstəlik kəskin,
yarımkəskin və xroniki şəkildə cərəyan edə bilər. Budun arxa səthində, baldırın arxa bayır səthində,
ayağın üst bayır tərəfində şiddətli ağrılara səbəb olur, dizaltı çuxurda ağrı təzyiq zamanı artır. Lazeq
simptomu müsbət olur: arxası üstə uzanmış xəstənin qıçı düz yuxarı qaldırılır, sinir dartıldığından sinir
boyu ağrı şiddətlənir, diz oynağında bükdükdə isə sinir boşalır və ağrı azalır. Bud və baldır
nahiyyəsində əzələ tonusu zəifləyir, baldırın bayır səthində və ayağın üst-bayır hissəsində dəri
hissiyyatı azalır. Aşill refleksi itir, ağrını azaltmaq üçün xəstə bir yanı üstə əyilərək məcburi vəziyyət
alır ki, bu da fəqərə sütununda skolioz yaradır.
Dirsək sinirinin nevriti
Sinirin təklikdə iltihabına az təsadüf olunur. Dirsək oynağıda sınıq, peşə travmatizmi, müxtəlif
infeksion xəstəliklər (qarın yatalağı, səpgili yatalaq və sairə) dirsək sinirinin iltihabına səbəb ola bilər.
Xarakter əlaməti V və IV barmaqların bükücü əzələlərinin iflici, yaxud parezidir. Xəstə əsas
falanqaları bükə və barmaqları bir-birilə yaxınlaşdırıb-uzaqlaşdıra bilmir. Sümükarası,
soxulcanabənzər, baş barmağın yaxınlaşdırıcı və çeçələ barmağı uzaqlaşdıran əzələlərdə degenerativ
atrofiya olur. Nəticədə əl “caynaq”şəkli alır, yəni əsas falanqalar açılır, orta falanqalar bükülür və
çeçələ barmaq uzaqlaşır. V-IV barmaqların uc falanqaları bükülmür, baş barmağı, şəhadət barmağı,
çeçələ barmağı IV barmağa yaxınlaşdıra bilmir, çox vaxt orta sinirlə birlikdə pozulur. Hissiyyat
pozğunluğu əlin arxasında V-IV barmağın yarısını, əlin içində isə IV-V və şəhadət barmaqlarının
yarısını tutur.
Orta sinirin nevriti
Orta sinirin iltihabı hissəvi hərəki, vegetativ, trofik
pozğunluqlara şiddətli ağrılara- kauzalgiya ağrılarına səbəb
olur. Orta sinirin iltihabında saidin ön qrup əzələlərindən
biləyi və
III barmaqları bükən əzələlər, parez və yaxud iflic
olduğundan saidin çevrilməsi, II-III falanqaların, baş
barmağın bükülməsi çətinləşir. Atrofiya nəticəsində baş
barmaq digər barmaqlarla eyni səviyyə aldığı üçün əl
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
13
“meymun əlinə” bənzəyir. Şəhadət barmağın bükülməsi çətinləşir. Orta sinirin pozğunluğu zamanı
aşağıdakı simptomlar müsbət olur: Dəyirmançı simptomu: xəstəyə bütün barmaqlarını bir-birinə
daraqlayıb, iki baş barmaqlarını bir-birinin ətrafında fırlandırmaq təklif olunur. İflic tərəfdə baş
barmaq hərəkətsiz qalır. Xəstə ovcunu yumduqda baş və şəhadət barmaqları bükülmür. Xəstə şəhadət
barmaqları ilə cırmaqlaya bilmir. Hissiyyat pozğunluğu ovucun içərisi və əlin arxasında I-III və
qismən IV barmağın yarısında, trofik pozğunluqlardan isə dərinin atrofiyası və dırnaqların kövrəkləşib
sınması müşahidə olunur.
Mil sinirinin nevriti
Bu sinirin pozğunluğuna çox təsadüf olunur. Sinir
travmatik təsirə tez məruz qalır. Bəzən müxtəlif
infeksiya, intoksikasiyalar ayrılıqda mil sinirinin
iltihabına səbəb ola bilər. Bu nevrit zamanı saidin,
biləyin və barmaqların açılması çətinləşir. Xəstənin
əlləri yanına düşür baş barmağını uzaqlaşdıra bilmir,
hissi pozğumluq az olur.
Orta, mil və dirsək sinirin nevritləri çox zaman
travma nəticəsində baş verir (sinirin keçdiyi kanalda
sıxılması, doğuş travmaları, avtomobil qəzaları)
Müalicəsi: travmatik nevritlərdə sinir kötüyünün
keçiriciliyi tam pozularsa cərrahi müalicə lazımdır. Bu
əməliyyat zamanı sinirin mərkəzi və periferik hissələri bir-birinə tikilir. Pozulmuş funksiyaları bərpa
etmək üçün tiamin, sianokobalamin, dibazol, prozerin, elektrofarez təyin edilir. Müalicəvi
gimnastikanın, massajın böyük əhəmiyyəti var. Kauzalgiyalar zamanı ağrıkəsici preparatlar verilir.
Radikulitlər
Onurğa beynin kökcüklərinin iltihabıdır. Ən çox boyun, bel və oma radikulitinə təsadüf olunur.
Radikulitlər travma, infeksiya, intoksikasiya nəticəsində əmələ gəlir. Əsasən fəqərə sütünunda baş
verən osteoxandroz nəticəsində meydana çıxır. Fəqərə sütununun aşağı hissəsi daha çox fiziki
gərginliyə məruz qaldığından, bu hissənin pozğunluğuna daha tez-tez təsadüf olunur. Ən çox yaşlı
adamlarda degenerativ-distrofik pozğunluqlar baş verir, fəqərəarası diskin yumşaq hissəsi fəqərə
kanalına, yaxud fəqərəarası dəliyə doğru qabarır, anatomik quruluşu ilə əlaqədar diskin elementləri çox
zaman arxaya doğru qabarır. Fəqərə özü qısalır, sümük çıxıntıları inkişaf edir və nəticədə
fəqərələrarası məsafə qısalır, spondiloz meydana çıxır. Bu da radikulitlə nəticələnir.
Boyun-döĢ radikuliti
Boyun-döş radikuliti zamanı boyun nahiyyəsindən başlayan ağrılar ənsəyə və qola doğru
yayılaraq, asqırdıqda, öskürdükdə, başı qəflətən hərəkət etdirdikdə daha da şiddətlənir. Hərəkət zamanı
fəqərə sütunu boyun nahiyyəsində çox ağrıyır, ona görə xəstə başını hərəkət etdirməkdən qorxur,
məcburi vəziyyət alır. Şiddətli ağrılar olsa da üzvi pozğunluqlar baş vermir. Ağır hallarda ənsə, boyun,
qol və çiyinüstü nahiyyəin, bəzən yuxarı ətrafın parezi meydana çıxır, hissiyyat pozulur.
Bel-oma radikuliti
İnfeksiya, travma, soyuqdəymə nəticəsində ola bilər. Ən əsas səbəbi isə osteoxondroz və
fəqərəarası diskin yırtığıdır. Diskin mərkəzi hissəsində özək nüvəsi lifli halqadan ibarətdir, həmin disk
qığırdakların arasında qalaraq onlarla birləşir. İnsan yaşa dolduqca diskin elastikliyi itir və diskdə
defekt yaranır. Pozğunluğa düçar olmuş özək nüvəsi defektli fibroz halqadan keçərək yırtıq kimi
fəqərə kanalına çıxır, bu da kökcüklərin sıxılması ilə nəticələnir. Yırtığın 90%-i demək olar ki, L
4,
L
5
,
S
1
səviyyəsindəki fəqərəarası disklərdə yerləşir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
14
Bel-oma radikulitinnin əsas əlaməti bel nahiyyəsində olan ağrıdır. Yeridikdə. asqırdıqda,
öskürdükdə, gücəndikdə ağrı daha da şiddətlənir. Neri simptomu müsbət olur-arxası üstə uzanmış
xəstənin başını döşünə sıxdıqda bel nahiyyəsibdə ağrı şiddətlənir.
Xəstə yatağında məcburi vəziyyət alır, sağlam böyrü üstə uzanır, fəqərə sütunu pozulmuş
kökcüklər tərəfə məhdudlaşır, xəstə ətrafını bud-çanaq və diz oynağında bükülü saxlayır. Fəqərə
sütününda skolioz əmələ gəlir (gövdə sağlam tərəfə əyilir) paravertebral nöqtələr ağrılı olur.
Aşağıdakı simptomlar müsbət olur:
Lazeq simptomu – arxası üstə uzanmış xəstənin qıçını bud çanaq oynağında büküb yuxarı
qaldırdıqda, beldə şiddətli ağrı hiss edir və reflektor olaraq qıçının qaldırılmasına mane olur, qıçını diz
oynağında bükdükdə ağrı azalır.
Bexterev simptomu-Laseq simptomunu yoxladıqda xəstə tərəfdə ağrılar çoxalır.
Müalicəsi: Ağrıkısici preparatlar; reopirin, vitaminlər B
1
, B
12
, ağrı nahiyyəsinə kvars. Hər 2-3
gündən bir dəri altına, ağrı nahiyyəsinə 25-50 ml 0,25-0,5% novokain vurulur. rozental, viprosal,
efkamon, pələng yağı və s. mazlardan istifadə olunur, onları gündə 3 dəfə ağrı nahiyyəsinə sürtmək
lazımdır. US terapiyası, ultrayüksək tezlikli (UYT) terapiya, diatermiya, ionoforez, Bernar cərəyanı,
parafin təyin edilir.
Boyun radikuliti zamanı başın hərəkətini məhdudlaşdırmaq üçün elə sarğı qoyulur ki, sarğının
yuxarı kənarı çənə altını tutsun, aşağı kənarı isə çiyin üstünə fiksə olunsun. belə vəziyyətdə ağrılar
azalır.
Dostları ilə paylaş: |