Patologiyası- beynin zədələnən nahiyyəsində səpmə nəticəsində toxumanın nekrozu əmələ gəlir
ki, bu da ölmüş nahiyyənin limfası və qanı ilə hopmuş olur. Sonralar sorulma prosesi başlanır və sist,
yaxud çapıq əmələ gəlir. Qişalar prosesə cəlb olunarsa, o, beyin maddəsi ilə bitişmə əmələ gətirir, bu
halda araxnoidit meydana çıxır.
Simptomları: beyin sərpməsi zamanı ümumi beyin pozulması fonunda beynin məhəlli
zədələnməsi müəyyən olunur. Müvafiq olaraq reflekslərin bərabərsizliyi ilə mono, yaxud
hemiaparezlər və patoloji piramid simptomlarının olması ilə hissiyyatın pozulması, nitq pozulması və
hemionapsiya inkişaf edir. Nekrozlaşmış toxumanın sorulması dövründə hərarət qalxır. Spinal
punksiya zamanı bəzən qanın qarışması, yaxud ksantoxromiya müəyyən edilir.
GediĢi- bu zaman pozuntu adətən, travmanın ardınca dərhal maksimal həddə çatır. Bəzən
zədələnmə simptomları reaktiv ödem nəticəsində şiddətlənir. Sonra isə reflektor –dinamik dəyişikliklər
bərpa olunur. , tədricən yaxşılaşma başlayır ki, bu sərpmə ilə kəllədaxili travmatik qansızmaları bir-
birindən fərqləndirmək üçün əhəmiyyətlidir.
Beyin maddəsi zədələndiyindən ümumi beyin əlamətləri ilə yanaşı məhəlli simptomlar da
müşahidə olunur. Əzilmə əlamətləri onun yerləşdiyi səviyyədən asılıdır. Məsələn: alın payının
əzilməsində ətrafların iflici, afaziya, baş və gözün yan tərəfə hərəkətinin məhdudlaşması, yaddaşın
zəifləməsi müşahidə olunur, xəstə özünü apara bilmir. Ənsə payının pozulması görmə aqnoziyasına və
hemianopsiyaya səbəb olur.
Bəzən beyin sərpməsindən sonra beyin qabığının çoxlu xırda məhəlli zədələnmələri ilə əlaqədar
olaraq, bu və ya digər dərəcəli psixiki pozulmalar-travmatik ağıl zəifliyi qalır. Sərpmə vaxtı qabıqaltı
qanqlionların, əsas solğun kürəni (qlobus pallidus) və qara maddənin zədələnməsi nəticəsində
travmatik parkinsonizmin meydana çıxması mümkündür.
Müalicə- kəskin dövrdə müalicə beyin sarsılmasında olduğu kimidir. Sonralar daxilə yod
preparatları qəbul edilir, göz almalarına yod-ionoqalvanizasiya məsləhət görülür. Parez və ifliclər baş
verərsə, masaj, prozerin və dibazol tətbiq olunur.
Kəllə əsasının sınaqları
Bu zədələnmənin əsas simptomlarından biri qulaqdan (gicgah sümüyünün piramidlərinin
sınması), burundan (xəlbir sümüyünün sınması) qan axmasıdır. Beyin mayesinin, yaxud serebrospinal
maye ilə qarışmış qanın axması kəllə əsası sümüklərinin sınması diaqnozunu təyin etməyə əsas verir.
Bu, beynin sərt qişasında zədələnmə olduğunu göstərir. Kəllənin ön çuxurcuğu nahiyyəsində sınaqlar
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
45
zamanı çox vaxt göz qapağında və gözətrafı toxumalarada qançırlar əmələ gəlir, “eynəklər” simptomu
adlanan əlamət baş verir, bəzən ekzoftalm ilə simmetrik şəkildə gözə çarpır.
Kəllə əsası sınığının kəskin əlamətlərindən biri də tək, yaxud çoxlu kəllə sinirlərinin
zədələnməsidir. Bu halda üz və eşitmə, görmə, uzaqlaşdırıcı və gözün hərəki sinirləri zədələnmiş olur.
Müalicə-konservativ aparılır. Erkən dövrdə beynin ödemi, yaxud şişməsi olduqda dehidratasion
müalicə və lümbal punksiya tətbiq edilir. Kəllə əsası sınığının bütün növlərində profilaktika üçün
antibiotiklər, sulfanilamid preparatları təyin etmək lazımdır.
Travmatik qanaxmalar
Travma nəticəsində qan epidural, subdural, subaraxnoidal boşluqlara və beyin içərisinə axa bilər.
Qanaxma həm travma olan saniyədə, həm də travmadan uzun müddət sonra baş verə bilər. Epidural
hemotoma sümüklə sərt qişa arasında yerləşir və adətən qişa arteriyalarının və sərt qişanın xarici
səthindəki venaların zədələnməsi nəticəsində baş verir. Bunun nəticəsində kəllədaxili təzyiq artır,
beyin sıxılmağa başlayır.
Hematomanın yerləşməsindən asılı olaraq müxtəlif nevroloji simptomlar olur. Beyin
ayaqcıqlarının sıxılmasında çəpgözlük, ptoz. midriaz yaxud mioz, anizokoriya olur, göz almaları
“üzücü” hərəkətlər edir, bəbəyin işığa reaksiyası itir. Uzunsov beynin sıxılmasında nəbz yavaşıyır,
tənəffüs pozulur, beynin təzyiqi artan tərəfində gözün hərəki siniri pozulur, hematoma böyüdükcə
epileptik tutmalar olur.
Epidural qanaxma zamanı yuxululuq, əzginlik psixomotor pozğunluq mono-yaxud hemiparez,
hemihipepesteziya, afaziya baş verir. Xəstə zehni işlə məşğul ola bilmir. Bununla yanaşı ümumi beyin
əlamətləri də artır: şiddətli baş ağrısı olur, nəbz gərginləşir və yavaş vurur. Aritmiya olur, komatoz hal
kəskinləşir, iflic qabarıq şəkildə gözə çarpır. Beyin-onurğa beyin mayesi təmiz olur.
Subdural qanaxma
Qan subdural boşluğa axaraq sərt qişa altında toplanır, hematoma törədir. Ən çox beynin qabarıq
hissəsində yerləşir, geniş sahəni tutduğu üçün əlamətlər tez meydana çıxır. Ümumi beyin əlamətləri ilə
başlayır, şiddətli başağrısı psixomotor narahatlıq, patoloji yuxululuq, soporoz hal və dərin koma olur.
Get-gedə hərarət yüksəlir ürək və tənəffüs ritmi pozulur, üzün hiperemiyası, bradi yaxud taxikardiya
olur. hematoma təzyiq etdiyi tərəfdə midriaz, anizokoriya müşahidə olunur 1-2 sutka ərzində əlamətlər
kəskinləşir, ürəkkeçmələr olur, meningeal simptomlar meydana çıxır. Kerniq, Brudzinski simptomları
müsbət olur, boyun əzələlərinin rigidliyi olur.
Subaraxnoidal qanaxma
Simptomları-beynin yumşaq qişasının damarları partladığı zaman qəflətən baş verir. Adətən,
şüurun itməsi ilə müşaiət olunur. Şüurun itmədiyi hallarda xəstə çox ağır, gözlənilmədən baş verən
xəncər zərbəsinə oxşayan başağrısı hiss edir, qusma olur.
Klinik simptomlar – arasında əsas yeri tutan meningeal sindrom birdən yox, travmadan 2-3 gün
sonra meydana çıxır. Onurğa beyin mayesinə qan qarışır.
Qansızmalar və reaktiv aseptik meningit nəticəsində kəllə daxili təzyiq yüksəlməsi ilə əlaqədar
simptomların artması (şüurun itməsi, qusma, bradikardiya, görmə sinirləri məməciklərində durğunluq)
əsas əlamət hesab olunur.
Müalicə konservativdir. Xəstəyə qanın laxtalanmasını sürətləndirən maddə kimi kalsium-
xloridin 10%-li məhlulundan sutkada 3-5 xörək qaşığı verilir, əzələyə 25-30 ml O (1) qrupa məxsus
qan plazması ilə jelatin yeridilir. K vitamini təyin edilir. İnfeksiya ilə ağırlaşma ola biləcəyini nəzərə
alaraq, profilaktik məqsədlə sulfanilamid preparatları, ya da penisillin təyin olunur.
Beyin qabığı qıcıqlandığı üçün xəstə özünü narahat hiss edir, yatağında rahat uzana bilmir, durub
qaçmaq istəyir, çapalayır, epileptik cəngolmalar olur. Şiddətli baş ağrıları, ürəkbulanma, qusma və
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
46
meningeal simptomlar olur. Subaraxnaidal qanaxma beyin əsasını tutarsa, gözün hərəki sinirlərinin
pozulması nəticəsində ptoz, çəpgözlük, dipölopiya meydana çıxır. Vətər refleksləri əvvəl yüksəlir,
sonra isə zəifləyir, bədənin hərarəti artır, nəbz zəifləyir. Onurğa beyin mayesinin təzyiqi artır və maye
qana bulaşır.
Beyin içərisinə qanaxma
Beyindaxili damarların qırılması nəticəsində beyin içərisinə qan axır. Qanaxma ən çox Varol
körpüsündə, orta beyində, görmə qabarı və hipotalamik nahiyədə olur, termorequlyasiya pozulur,
bəbəklərin reaksiyası itir, koma olur.
Onurğa beynin travması
Onurğa beynin travmaları əsasən 2 qrupa bölünür: açıq və qapalı. Müharibə dövrünün təsnifatına
əsaslanaraq V.M.Uqrumov onurğa beynin sarsılması, onurğabeynin səpmədsi, onurğa beyninə
qanaxma (hematomialiya) və qişalara qanaxma (hematoraxis)
Onurğa beyninin travmaları zamanı onurğa beyninin şoku böyük klinik əhəmiyyətə malikdir. Bu
prosesdə onurğa beynində qoruyucu tormozlanma ya parabiotik vəziyyət inkişaf edir. Beləliklə, onurğa
beyninin reflektor hissəsində müvəqqəti fəaliyyət pozulmaları qeyd olunur. Onurğa beyninin müxtəlif
travmalarında tez və gec ağırlaşmalar da qeyd edilə bilər. Bu ağırlaşmalar meninqomielit, onurğa
beyninin absesi, epidural araxnoidit şəklində meydana çıxır. onurğa beyninin travmaları arasında çox
təsadüf olunan formalardan onurğa beyninin sarsılmasını, səpməsini. onurğa beyninə (hematomieliya)
və qişalara qanaxmanı (hematoraxis) qey etmək olar.
Onurğa beyninin sarsılması - müxtəlif və tez bərpa olunan sinptomlarla bəllidir. Bu zaman
xəstədə keçici natamam ifliclər, keçici hissi pozulmalar (paresteziyalar) , müvəqqəti sfinktorların
pozulması baş verir. Bütün kliniki simptomlr 2-3 həftə ərzində tam bərpa olunur. Likvorda təzyiq
azacıq artır, lakin onun tərkibi dəyişmir.
Proqnozu-yüngül travmalardan hesab olunduğu üçün xoşdur.
Müalicə-xəstəyə ilk günlər yataq rejiminə riayyət etmək məsləhət görülür. Beyin ödeminin
qarşısını almaq üçün venaya 30-50 ml 40%-li qlükoza məhlulu yeridilir. Sfinktorların funksiyasının
bərpasını sürətləndirmək üçün 0,05%-li prozerin məhlulundan 4-5 gün ərzində 1-2 ml dəri altına
yeridilir.
Onurğa beyninin sərpməsi
Onurğa beynində xırda qanaxmalar, nekroz, onurğa beyninin məhdud və köndələn tam əzilməsi
müşahidə olunur. Onurğa beyninin sərpməsində bilavacsitə travmadan sonra xəstədə ifliclər, parezlər,
vətər reflekslərinin itməsi, əzələ tonusunun enməsi, hissi və sfinktorların pozulmaları meydana çıxır.
Likvorda qan tapılmır.
Kliniki simptomlar tədricən 3 həftədən, ya da 4-5 həftədən sonra bərpa olunur. Ən əvvəl vətər
refleksləri bərpa olur, əzələ tonusu artır, patoloji refleklər meydana çıxır. Onurğa beyninin köndələninə
tam zədələnməsində zədə olan nahiyyədən aşağıda yerləşmiş nəqledici funksiya tamamilə itir, tam iflic,
anesteziya, sfinktorların funksiyaslının pozulması qeyd edilir. Onurğa beyninin ağır zədələnmələrində
trofika ağır surətdə pozulur, habelə bədənin iflic olmuş hissələrində daxili orqanların fəaliyyəti də
kəskin pozulur. Omada, sarğılarda, dabanlarda 2-3 gün ərzində ağır yataq xoraları biruzə verir. İfliclər
olan ətraflarda ödemlər əmələ gəlir. Onurğa beyninin tam anatomik kəsilmələrində naqili funksiya
bərpa olmur. Belə xəstələrin əksəriyyəti 2 ay ərzində tələf olur.
Onurğa beyninin sıxılması. Travma nəticəsində fəqərənin cisimi yaxud qövsü sınıb fəqərə
kanalında öz vəziyyətini dəyişdikdə onurğa beyni hissəvi yaxud tam sıxılmağa başlayır.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
47
Klinikası sıxılmanın dərəcəsi və səviyyəsindən asılıdır. Sıxılma boyun qalınlaşması
nahiyyəsində olduqda yuxarı ətraflarda atrofik, aşağı ətraflarda isə mərkəzi iflic müşahidə edilir.
Pozulma səviyyəsindən aşağıda bütün hissiyyat travmanın ilk günlərindən əzəklə tonusu itir, reflekslər
sönür, sonra məhəlli simptomlar aydınlaşır, sfinktorlar pozulur.
Müalicəsi: onurğa beyin travmaları zamanı xəstə yataq rejimində olmalıdır. Sidik müntəzəm
kateterlə buraxılır. Kəskin dövrdə antibiotiklər, ağrıkəsicilər, sorucu dərmanlardan-aloye, Fibs və
autohemotepiya təyin edilir.
Hematomieliya
Bu onurğa beyninə qanaxma olub, adətən, onurğa beyninin boz maddəsini və arxa buynuz
nahiyyələrini əhatə edir. Əsas klinik simptomlarını dissosiasiya tipli hissi pozulmalar (ağrı və
hərarəthissiyyatı itir, taktil hissiyat saxlanılır) təşkil edir. Əgər qanaxma onurğa beyninin ağ maddəsini
tutursa, onda xəstədə natamam ya da tam mərkəzi tipli ifliclər meydana çıxır. Qanaxma onurğa
beyninin boz maddəsini tutursa (ön və arxa buynuzları) , xəstədə periferik tipli ifliclər və seqmentar
tipli hissi pozulmalar meydana çıxır.
Çox vaxt hematomieliya onurğa beyninin boyun və bel qalınlaşmalarını tutur.
Onurğa beyin qiĢalarına qanaxma – hematorraxis adlanır. Bu zaman qanaxma subdural və
subaraxnoidal eləcə də epidural ola bilər. Subaraxnoidal qanaxmada: ənsə əzələlərinin gərginliyi,
Kerniq, Brudzinski simptomları, kökcük ağrıları müşahidə olunur, onurğa beyin mayesində qan olur.
Onurğa sütunun sınığında onurğa beynində anatomik fasilə yaranır, bu da iflic, zədələnmədən aşağı
hissədə tam anesteziya, kobud trofik pozğunluqlar (yataq yaraları, ətrafların ödemi) , sidiyin ifrazı
pozulur (olmur) .
Müalicəsi: ilk növbədə onurğa sütununun immobliziyasının təmin etmək lazımdır. Xəstə
stasionara əşyanın üstündə və xərəkdə qarnı üstə uzanmış vəziyyətdə gətirilməlidir və erkən cərrahi
üsulla müalicə aparılmalıdır.
Medikamentoz müalicə aparılarkən ağrıkəsicilər (analgin, promedol), iltihaba qarşı antibiotiklər,
dehidratasion, desensibilizəedici və qanaxmaya qarşı preparatlar tətbiq edilir. Sidik ifraz olunmadıqda
sutkada 3-4 kateterizasiya aparılır. Təmizləyici və sifon imalə təyin edilir.
Bərpa olma dövründə massaj, müalicə gimnastikası, vitamin B
1
B
6
B
12
, prozerin, lidaza verilir.
Stasionardan çıxdıqda sanator-kurort müalicəsi məsləhət görülür.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
48
MÖVZU 6
SĠNĠR SĠSTEMĠNĠN ĠRSĠ-DEGENERATĠV VƏ
XRONĠKĠ PROQRESSĠV XƏSTƏLĠKLƏRĠ
Bura bir sıra cərəyan edən sinir-əzələ sisteminin xəstəlikləri, xromosom xəstəlikləri zamanı sinir
sisteminin zədələnməsi aiddir. Bu xəstəliklərin xarakter əlaməti xroniki proqressiv cərəyan etməsidir.
Sinir-əzələ xəstəlikləri
Bu xəstəliklərə proqressiv miopatiya, anadangəlmə miatoniya və miasteniya aiddir.
Proqressiv miopatiya
İrsi-degenerativ xəstəlkdir, karbohidratlar mübadiləsində iştirak edən fermentlərin fəaliyyətinin
pozulması nəticəsində inkişaf edir, bu da skelet əzələlərinin zədələnməsinə gətirib çıxarır. Bundan
əlavə hipotaloma- hipofizar sistemin zədələnməsi nəticəsində vegetativ innervasiya pozulur. Xəstəlik
uşaq yaxud da yeniyetmə yaşlarında başlayır və tədricən inkişaf edir.
Klinikası: Miopatiyanın klinik formalarından asılı olmayaraq xəstəlik tədricən inkişaf edir,
əzələlər atrofiyalaşır. Atrofiya adətən gövdə, çiyin və çanaq nahiyyəsi əzələlərinin, ətrafların proksimal
nahiyəsinin atrofiyası ilə başlayır. Üzdə çox vaxt ağız ətraflarında yerləşən əzələlər, gözün dairəvi, alın,
yanaq əzələləri atrofiyalaşır. Atrofiya ilə yanaşı bəzi əzələlərdə hipertrofiya meydana çıxır. Prosses
adətən simmetrik inkişaf etdiyi üçün hər iki ətrafın atrofiyası və hipertrofiyası bərabərləşir. Məsələn:
hər iki tərəfdə bud əzələləri tamamilə atrofiyalaşdığı halda baldır əzələlərində hipertrofiya olur.
Ətrafların atrofiyalaşması hərəkət pozğunluğuna səbəb olur. Xəstənən yerişi “ördək yerişini” xatırladır.
Çiyin əzlələri atrofiyalaşdığından xəstənən çiyni aşağı düşür və kürək sümükləri “qanad” kimi qalxır.
Xəstələr özləri sərbəst dura bilmirlər və yaxud bunu çox çətinliklə edirlər. Vətər refleksləri itir. Gövdə
əzələlərinin zəifliyindən lordoz vəziyyəti yaranır.
Müalicəsi: ATF 1-2 ml əzələ daxilinə 30-40 inyeksiya, vitamin E 30-40 damcı gündə 3 dəfə, 1-2
ml erenit, 1ml 0,05% prozerin. 1ml 1% qalatamin, 1%-li dibazol, 0,2 % sekurinin, askorbin və nikotin
turşusu, tiamin, siankobalamin verilir.
Anadangəlmə miotoniya.
Bu xəstəlik Tomsen miotoniyası da adlanır. Çox vaxt irsi və ailəvi xarakter daşıyır. Kişilər və
qadınlar arasında eyni dərəcədə tapılır. Xəstəlik uşaq yaşlarında başlayır, tədricən inkişaf edir. Bəzi
xaici səbəblər (infeksiya, travma, soyuqdəymə) xəstəliyin tez aşkara çıxmasına zəmin hazırlayır və
gedişini sürətləndirir. Bu xəstələrdə əzələ sistemi yaxşı inkişaf etmiş olur, lakin əzələlərin qüvvəsi
zəifləmiş olur. Belə ki, xəstəliyin əsas əlaməti yığılmış, yaxud bükülmüş əzələlərin çətin boşalması
(açılması) və onların hipertrofiyasıdır. Ən çox ətraf və gövdə əzələləri prosesə cəlb olunur. Xəstə hər
hansı bir əl hərəkəti etsə, məsələn: yumruğunu düyünləsə əlini çox çətinliklə açar. Normal halda sklet
əzələləri ardıcıl olaraq bükülüb açılması qabiliyyətinə malik olduğu üçün hərəkətlərimizdə müəyyən
cəldlik və ahəngdarlıq var. Miotoniya xəstəliyində bu mümkün olmadığından fəal hərəkətlər pozulur,
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
49
lakin xəstə eyni hərəkəti bir neçə dəfə təkrar edəndən sonra onu rahat və sərbəst icra edə bilir.
Əzələlərin hipertrofiyası ən çox ətarfların proksimal nahiyəsində, çiyin və döş əzələlərində müşahidə
olunur. Xəstəliyin patogenizində ion və mediator mübadiləsinin pozulması, əzələlərdə asetilxolinin və
kalium ionlarının çoxalmasının, xolinestereza fəallığnın azalmasının rolu böyükdür.
Müalicəsi: Yüngül və orta ağırlıqlı formalarda müalicə tələb olunur. Ağır formalarda 0,3 -0,6
ml xinin 2-4 dəfə, 5-10 gün fasilə verməklə uzun müddət verilir. Kalsium xlorid, kalsium qlükonat,
difenin təyin edilir.
Miasteniya
Etiologiyası- tam öyrənilməyib. 60% xəstələrdə timus vəzidə dəyişiklik tapılır. Miasteniyalı
xəstələrdə xolinesteraza çoxalır, asetilxolin parçalanır, sinirdən əzələyə impulsun ötürülməsi pozulur.
Klinikası: Xəstəliyin ən mühüm əlaməti əzələ zəifliyi və əzələlərdə patoloji yorğunluqdan
ibarətdir. Təkrar hərəkətlər zamanı əzələ zəifliyi çoxalır və iflic dərəcəsinə çatır. İstirahət etdikdən
sonra hərəkətlər yenidən mümkün olur. Xəstəlik qadınlar arasında kişilərə nisbətən çox olur. Orta və
gənc yaşlarda başlayıb tədricən inkişaf edir. Müsbət prozerin sınağı miasteniya üçün xarakterikdir: dəri
altına 1,5 -2 ml 0,05% prozerin, 20-40 dəqiqədən sonra isə 0,5 ml 0,1 % atropin vurduqdan sonra
xəstəliyin simptomları yox olur, xəstənin əlamətləri yenidən kəskin surətdə təzahür edir.
Müalicəsi: Xolinesterazanı parçalayan preparatlar tətbiq edilir: prozerin 0,01 -5 qr gündə
yeməkdən sonra 30 dəqiqə qabaq və yaxud 1 ml 0,05% məhlulu dəri altına, mestinon (kalimin) 0,06
gündə 3-4 dəfə, oksazil 0,01 qr gündə 3-4 dəfə yeməkdən 1 saat qabaq. Kalium preparatları və
veroşpiron 0,025% 0,5 qr gündə 2-3 dəfə. Yüksək dozalarda hormonlar verilir. Günaşırı 40-80 ml
prednizolon. Timus vəzisinin şişi və hiperplaziyası zamanı cərrahi müalicə və yaxud tentgenterapiya
aparılır.
Əsmə iflici, yaxud Parkinson xəstəliyi
Sinir sisteminin degenerativ xəstəliklərindəndir. Ən çox beyin qabıqaltı nüvələri pozulur.
Xəstəlik təxminən 50-60 yaşlarından sonra başlayır. Xəstəliyin adına əsmə iflici deyilsə də,
əslində burada iflic olmur. Əsas əlamətləri hərəkət məhdudluğu - bradikineziya və oliqokineziya,
əllərin əsməsidir. Əsmə ən çox əllərin xırda əzələlərindən başlayır, baş və şəhadət barmaqların ucları
bir-birinə toxunur, sanki xəstə bu barmaqları arasında həb eşir. Ətraflar sakit vəziyyət aldıqda əsmələr
daha da şiddətlənir, fəal hərəkət zamanı isə azalır. Xəstənin başı və gövdəsi qabağa əyilir, qolları
dirsəkdən bükülüb gövdəsinə yaxınlaşır, üzünün mimikası sönüb, maska şəklini alır, xəstə kiçik
addımlarla gəzir, yeriş zamanı birdən-birə dura
bilmir, bu zaman o irəli atılır, baş əsmir.
Müalicəsi: Dimedrol, skopolamin, atropin və
simptomatik müalicə təyin edilir: siklodol,
tropasin, nakom.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
50
Hepatoserebral distrofiya
İrsi- degenerativ xəstəlikdir. Beyin və qaraciyər zədələnir. Gənclik və uşaqlıq dövründə başlayır.
Mislə birləşib onu orqanizmdən xaric edən seruloplazminin qanda çatışmamazlığı olur, bu da
qaraciyərdə, beyində, gözün buynuzlu qişasında, böyrəklərdə, dalaqda misin toplanmasına səbəb olur,
nəticədə hüceyrələrin həyat fəaliyyəti pozulur.
Klinikası: Əzələ tonusu artır, dizatriya müşahidə olunur. Xəstədə tez-tez ruhi pozğunluq təzahür
edir, emosional fəallıq zəifləyir, eyforiya yaxud depressiya, ağıl zəifliyi təsadüf edilir. Xəstənin
müxtəlif toxumalarında mis çöküntüsü artır, sidiklə xaric olur- kupruriya. Buynuzlu qişanın kənarında
yaşılımtıl piqment, mis çöküntüsü toplanır. Xəstəlik bir ildən altı ilə kimi davam edir və ölümlə
nəticələnir.
Müalicəsi: Əzələ daxilinə 5% 5 ml unitol 25-30 gün. 1-2 aydan sonra təkrar etmək olar. Eyni
zamanda vitaminlər verilir.
Sirinqomieliya
Xroniki, proqressiv cərəyan edən xəstəlikdir. Onurğa beynin boz maddəsində yaranan
boşluqlardan və qliya bitişmələrindən ibarətdir. Xəstəliyin əmələ gəlməsində embrional qüsur, travma
və infeksiyanın rolu böyükdür. Xəstəliyin əlamətlərini 4 əsas sindrom təşkil edir.
I – hissiyyat pozğunluğu: dissosiasiya şəklində pozulur, ağrı və hərarət hissləri pozulur, lakin
əzələ- oynaq, toxunma hissi saxlanılır. Hisiyat pozğunluğu “kürk”, “yarımkürk” şəklində olur.
Temperatur hissi itdiyi üçün xəstənin dərisində yanıq yerləri qalır.
II-hərəkət pozğunluğu: ən çox yuxarı ətrafların distal hissəsindən başlayır, və tədricən
sümüklərarası və xırda hissələrin atrofiyası nəticəsində hərəkət məhdudlaşır. Xəstənin əlləri “caynaq”
formasını alır.
III –trofik pozğunluqlar: dəri atrofiyalaşır və ya hipertrofiyalaşır, dırnaqlar parlaqlığını itirir,
kövrəkləşir, tez-tez sınır. Dəri zədələndikdə çox gec sağalır yerində ləkələr qalır.
IV –inkişafın bəzi anaomaliyaları: onurğa sütunun kifozu, lordozu inkişaf edir.
Müalicə: rentgenoterapiya, 15-20 gün əzələ daxilinə 1ml 0,05% prozerin, 20-30 gün vitamin
B
1
, autohemoterapiya, ətraflara masaj təyin edilir
Dostları ilə paylaş: |