Ön mərkəzi qırıĢığın ĢiĢi ilk növbədə, hərəki analizatora
məxsus pozğunluq əlamətləri olur. Cekson tipli cəngolmalar baş
verir, bəzən ümumi epilepsiyaya çevrilə bilər. Monoparez və
hemiparez şəkilli hərəkət pozğunluğu ilə yanaşı, üz siniri və
dilaltı sinirin mərkəzi tipli pozğunluğu meydana çıxır. Şiş sol
tərəfdə yerləşdikdə çox vaxt motor afaziya olur. Bəzən
operkulyar tutma şəklində çeynəmə, udqunma və yalama
hərəkətləri müşahidə edilir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
39
Arxa mərkəzi qırıĢığın ĢiĢi
İlk növbədə, arxa mərkəzi qırışığın qıcıqlanma əlamətləri baş verir. Belə ki, Cekson tutmaları,
ətraflarda, bədənin müxtəlif hissələrində keyləşmə, parasteziya əlamətləri (barmaqlarda iynə-sancaq
batərəlması, qarışqa gəzməsi hissi və. s) başlayır. Barmaqların ucundan başlayan parasteziya bütün
bədənə yayılır. Bəzən monoanesteziya, hemihipesteziya, asterioqnoziya şəkilli hissiyyat pozğunluğu
olur.
Təpə payının ĢiĢi
Xarakter əlamətləri bədənin əks tərəfində mürəkkəb hissiyyatların, əzələ-oynaq, lokalizasiya və
stenoqnoziya hissələrinin pozulmasından ibarətdir. Eyni zamanda hemiparesteziya, autotopoqnoziya,
apraksiya, aleksiya, barmaqlara aid aqnoziya, aqrafiya, amnestik afaziya, semantik afaziya kimi
pozğunluqlar baş verir.
Gicgah payının ĢiĢi
Burada dad, qoxu, eşitmə və görmə halyusinasiyaları, ümumi epileptik çırpıntılar, amnestik və
sensor afaziya olur. Eşitmə aqnoziyası (tanımamazlıq) , halyusinator aura ilə başlayan epileptik
çırpıntılar, homonim və kvadrat şəkilində hemianopsiya, gicgah ataksiyası (ataksiya aşağı ətraflarda və
bədəndə olur) . Yaddaş zəifliyi və ümumi beyin əlamətləri meydana çıxır.
Ənsə payının ĢiĢi
Bu nahiyyədə şiş, demək olar ki, az inkişaf edir. İlk növbədə, görmə funksiyanın pozulması ilə
başlayır. Belə ki, görmə aqnoziyası, fotopsiya, metamorfopsiya, səyriyən skotoma, homonim
hemianopsiya, görmə sahəsinin daralması, görmə halyusinasiyası, rəngləri seçmə qabiliyyətinin
pozulması kimi əlamətlər ilə cərəyan edir. Bəzən Burdenko-Kramerin tentorial sindromu göz almasına,
qaş üstünə nəql olunan ağrı, gözdən yaş axması, işıqdan qorxma meydana çıxır.
Döyənək cisiminin ĢiĢi
Burada ən çox mültiformalı spongioblastoma və astrositoma təsdüf olunur. Əsas əlamətləri
psixiki pozğunluqlardan (keyləşmə, tormozlama, bəzən sayıqlama, yaddaş zəifliyi, Korsakov sindromu,
ağıl zəifliyi) , huşun qaralmasından, tutma refleksindən, psevdobulbar əlamətlərdən, apraksiyadan,
aqrafiyadan ibarətdir. Xəstə çox vaxt sidiyini saxlaya bilmir.
Görmə qabarının ĢiĢi
İlk növbədə, hissiyyat sisteminə aid pozğunluqlar baş verir. Bədənin yarısında hemihipesteziya,
hemianesteziya, hemihiperpatiya, senstiv asterioqnoziya, əzələ-oynaq, diskriminasiya, hemianopsiya,
hemiparez, talamik ağrılar, trofik pozğunluqlar, yuxu pozğunluğu (yuxululuq) , ümumi tormozlama,
eyrofiya, depressiv hal, qeyri-ixtiyari gülüş və ağlama, atetoz şəklində hiperkinezlər meydana çıxır.
Körpü – beyincik bucağı ĢiĢi
Bu şişə çox təsədüf olunur. Körpü–beyincik bucağı nahiyyəsində yerləşən şiş eşitmə sinirindən
inkişaf edir (nevrinoma) . İlk əlaməti şiş tərəfdə olan qulaqda yerləşən səs- küydən ibarətdir. Xəstə
getdikcə eşitmə qabiliyyətini itirir və kar olur. Eşitmə siniri ilə birgə VIII, VI, V sinirlər də pozulur.
Nəticədə korneal, konyuktivial reflekslər zəifləyir, üçlü sinirin innervasiya etdiyi zonada hissiyyat
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
40
pozulur, ağrılar olur, uzaqlaşdırıcı sinir pozğunluğu gözün bayıra hərəkəti məhdudlaşır. Xəstə
ikiləşmədən (diplopiyadan) şikayətlənir, bəzən üz sinirinin perferik pozğunluğu olur. Şiş inkişaf edən
tərəfdə beyincik əlamətləri – adiadoxokineziya, intension titrəmə, sərxoş yerişi, burun-barmaq, diz-
daban sınaqları olur. Eyni zamanda bir sıra piramid əlamətləri müşahidə edilir. Ümumi beyin
əlamətləri çox kəskin olur, rentgenoqrammada daxili eşitmə keçəcəyinin genişləndiyi aşkar görünür.
Hipofizin ĢiĢi
Şiş inkişaf etdikcə görmə sinirinin çarpazını (xiazma) basdığı üçün, ilk növbədə, bitemporal
hemianopsiya meydana çıxır, göz dibində görmə sinirinin birincili atrofiyası, endokrin və mübadilə
pozğunluqları baş verir. Demək olar ki, hipofiz vəzisinin şişində ümumi beyin əlamətləri bir o qədər də
kəskin olmur. Kəllənin rentgenoqrammasında türk yəhərinin həcminin böyüdüyü, divarlarının naxışlı
şəkil aldığı aydın görünür. Adətən hipofiz nahiyyəsində inkişaf edən şiş öz histoloji quruluşuna görə
adenomadan (eozinofil, bazofil və xromofob adenoma), yaxud kraniofaringiomadan ibarət olur.
Hipofizin şişi beyin şişlərinin 5%-ni, karniofaringioma işə 3%-ni təşkil edir. Xromofob adenoma
inkişaf etdikdə xəstədə yuxululuq, cinsi zəiflik meydana çıxır. Xarici cinsiyyət orqanları inkişafdan
qalır, amenoreya (dismenoreya), polidipsiya, bulimiya, anoreksiya, şəkərsiz diabet baş verir, dəri
quruyur və solğunlaşır. saç tökülür, dırnaqlar kövrəkləşib tez
sınır. qan təzyiqi yüksəlir və s. Xəstədə adipozgenital kimi
piylənmə olur. Piy ən çox bud-çanaq nahiyyəsində, qarnın aşağı
hissəsinə, döş vəziləri və ənsə nahiyyəsinə yığılır. Eozinofilli
adenoma inkişaf etdikdə akromeqaliya əlamətləri üstünlük təşkil
edir. xəstənin burnu, alt çənəsi, dili, əl-ayağı böyüməyə başlayır.
Get-gedə baş ağrısı, cinsi zəiflik, amenoreya (dismenoreya) ,
eritropeniya başlayır. Su. duz, karbohidrat və piy mübadiləsi
pozulur. Bazofil adenomanın inkişafı ilə əlaqədar olaraq İtsenko-
Kuşinq sindromu meydana çıxır.
Bu zaman piy-qarın nahiyyəsində, bədəndə, boyunda
toplanır, üz girdələnmiş olur, menustral sikl pozulur, dərinin
dartılması nəticəsində üzərində cizgilər əmələ gəlir.
Üzün dərisi qırmızı rəngdə olur, qan təzyiqi yüksəlir.
Qanda eritrositlərin miqdarı və hemoqlobin artır, xolesterin
çoxalır, əsas mübadilə zəifləyir.kraniofarinqoma uşaq yaşlarda
inkişaf edir. Uşaq pis boy atır, tənasül orqanları zəif inkişaf edir,
ikincili cinsi əlamətlər olmur. Piy bud-çanaq nahiyyəsində,
qarnın aşağı hissəsi və döş vəzilərində toplanır. Çox zaman şiş kista vəziyyətinə düşür. Kista
deşildikdə xəstənin vəziyyəti ağırlaşır, şiddətli baş ağrıları, qusma. psixomotor pozğunluq başlayır,
temperatur 39-40
0
C-yə qədər yüksəlir. Huş qaralır və ürək fəaliyyəti pozulur, meningeal simptomlar və
epileptik çırpıntılar olur. Beyin-onurğa beyin mayesi saman rəngində olub. tərkibində zülal və sitozun
miqdarı artır.
Beyincik ĢiĢi
Şiş beyinciyin soxulcan hissəsindən, yaxud yarımkürələrindən inkişaf edir. Histoloji
xüsusiyyətinə əsasən ən çox astrositonma və ən az medulloblastoma və angioretikuloma inkişaf edə
bilər. Əsas simptomları statik ataksiyadan (Romberq vəziyyətində xəstə arxaya yıxılır), nistaqmdan,
əzələ tonusunun zəifləməsindən, başın və bədənin məcburi vəziyyət almasından, yeriş
müvazinətsizliyindən ibarətdir. Xəstə tez-tez qusur, şiş beyinciyin yarımkürəsində yerləşdikdə hecavi
nitq olur, şişin olduğu tərəfə baxdıqda nistaqm şiddətlənir, ataksiya, adiadoxokineziya, dismetriya,
burun-barmaq, diz-daban üsulları müsbət olur, “sərxoş yerişi”, Babinskinin asinergiyası meydana çıxır.
Romberq vəziyyətində xəstə şiş olan tərəfə yıxılır, ənsə nahiyyəsində olan ağrılar xəstənin boynuna
vurur.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
41
IV mədəciyin ĢiĢi
Burada adətən ependimoma inkişaf edir. Əlamətləri: ənsə nahiyyəsində tutmalar şəklində
başlayan ağrılar, başgicəllənmə, arasıkəsilmədən qusma, Bruns sindromu, başın məcburi vəziyyət
alması, hıçqırtı, tənəffüs və ürək fəaliyyətinin pozulmasıdır. Şiş üçlü, uzaqlaşdırıcı, üz, dəhliz-ilbiz,
dil-udlaq, azan, əlavə və dilaltı sinirlərin pozğunluğuna və tonik cəng olmalara səbəb olur.
Beyin kötüyünün ĢiĢi
Burada inkişaf edən şiş (Astrositoma, multiformalı spongioblastoma və araxnoidendotelioma)
alternik şəkildə iflicə səbəb olur. Şiş beyin ayaqcıqları, varol körpüsü və uzunsov beyində yerləşə bilər.
Şiş beyin ayaqcıqlarında yerləşdikdə hər iki tərəfdə gözün hərəki sinirinin pozğunluğu və ataksiya baş
verir. Varol körpüsünün şişində göz almalarının yana doğru hərəkətinin iflici ilə birlikdə nistaqm
müşahidə olunur. Uzunsov beyinin şişində kaudal qrup sinirlərin (bulbar sinirlərin) pozğunluğu və
nəqli pozğunluqlar meydana çıxır.
Beynin parazitar xəstəlikləri
Beyin sistiserkozu (Cystisercosis serebri)
Sistiserkoz - donuz soliterinin süfrə mərhələsidir. Belə ki, parazit yumurtası qida ilə mədəyə
düşüb qılafdan azad olduqdan sonra parazitin özəyi qan dövranına keçir, nəhayət, kapillylarından
divarından beyin toxumasına düşərək sistiserkoza çevrilir.
Bu mərhələdə (finna mərhələsi) o, beyində 5-10 il müddətində qalır. Beyin toxumasında sistiserk
ətrafında xroniki iltihabi proses başlayır ki, bu da birləşdirici fibroz kapsulaya çevrilir. Damarlarda
endarterit və periarterit başlayır, beyin qişaları isə qalınlaşır. Əlamətləri beyindaxili təzyiqin artması ilə
əlaqədar olan baş ağrısından, qusmadan, ürəkbulanmadan, göz dibində durğunluqdan, epileptik
çırpıntılardan və bir sıra psixiki pozğunluqlardan ibarətdir.
Xəstəliyin kliniki cərəyanında beyinin qıcıqlanma sindromu daha üstün olur, kobud məhəlli
simptomlar (hərəkət, hissiyyat və s.) pozğunluğu müşahidə olunmur. Xəstəlik çox vaxt remissiyalarla
cərəyan edir, gah ümumi yaxşılaşma, gah da ağırlaşma baş verir.
Sistiserk IV mədəcikdə yerləşdikdə Bruns sindromu meydana çıxır, yəni bu zaman ənsə-boyun
nahiyyəsində tutmalar şəklində ağrı, başgicəllənmə, ürəkbulanma, bradikardiya, dərinin avazıması,
başın məcburi vəziyyət alması müşahidə olunur. Bəzən xəstənin vəziyyəti bir o qədər də ağır olmadığı
dövrdə də qəfil ölə bilər.
Qanda eozinofillərin miqdarı artır. Beyin-onurğa beyin mayesinin təzyiqi yüksəlir, maye şəffaf,
tərkibində zülal reaksiyaları müsbət olur, limfositlər pleositoz və eozinofiliya (12%) tapılır. Bəzən
mayedə sistiserk kapsulunun qırıqları tapılır. Xəstəliyin əlamətlərinin qeyri-sabitliyi sistiserkin
hərəkətli və parazitin məhv olması ilə izah olunur. Xəstəliyin diaqnozu üçün rentgen müayinəsi
aparılmalıdır. Bu zaman əzələlərdə və kranoqrammada kirəcləşmiş sistiserk görünür. Xəstəlik şiddətli
cərəyana malikdir. Səthdə yerləşmiş birkameralı sistiserkinini cərrahi yolla kəsib götürmək olar.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
42
Beyin exinokokkozu
(Echinococcus cerebri)
Exinokokk yumurtası itin bağırsağında yaşayan lentşəkilli qurdun finna mərhələsində insanın
mədəsinə düşdükdə qılafını itirir və özəyi qana, ordan da qaraciyərə. ağciyərə, nadir hallarda da beyinə
keçir. Həmin özəkdən də içərisi sarımtıl şəffaf maye ilə dolu olan qovuq, daha doğrusu, exinokokk
inkişaf edir. Exinokokk birkameralı və çoxkameralı ola bilər. Beyində exinokokk ətrafında reaktiv
iltihab başlayır və bir neçə qatdan ibarət birləşdirici toxuma kapsulu yaranır. Exinokokk qovuqları
yaxınlığında olan qan damarları və qişalar infiltratlaşır, parazit ətrafında beyin toxuması yumşalır.
Həcmcə exinokokk kiçik noxuddan toyuq yumurtasına qədər böyüyə bilər. Beyində exinokokk ən çox
mərkəzi qırışıqlarda, alın payında, yarımkürələrin dərinliyində yerləşir. Çoxkameralı exinokokk
beyinin bir neçə nahiyyəsində yerləşə bilər.
Xəstəliyin əlamətləri beyin şişini xatırladır. Bu zaman həm ümumi, həm də məhəlli əlamətlər
meydana çıxır. Xəstəlik çox şiddətlə artır. Göz dibində durğunluq olur, xəstədə ümumi və məhəlli
epileptik çırpıntılar, psixiki pozğunluq müşahidə edilir. Exinokokkun həcmi və yerləşməsindən asılı
olaraq xəstəliyin əlamətləri müxtəlif ola bilər. Bəzən exinokokkun yerləşdiyi yerdə kəllə sümüyü
nazikləşir və üzərində naxışlar görünür. Qanda eozinofiliya. beyin-onurğa beyin mayesində zülal
reaksiyaları yüksəlir, eozinofillər arta bilir, xəstə get-gedə zəifləyir, arıqlayır.
Beyin absesi
Beyin absesi beyin içərisində yerləşmiş və birləşdirici toxuma kapsulu ilə əhatə olunmuş məhəlli
irinləmədən ibarətdir. Çox vaxt kəllə travmasından, daxili və orta qulağın irinli proseslərindən və
mikrobların qan vasitəsilə beyinə daxil olmasından törəyir. İrinin beyinə sirayət etməsi ilə əlaqədar
nekrozlaşma baş verir, içərisi irinlə dolu qovuq əmələ gəlir, bunun da üzəri kapsul ilə örtülərək qapalı
absesə çevrilir. Ümumi infeksion əlamətlərdən: hərarətin yüksəlməsi, leykositoz olur. İrin toplanmağa
başlayanda xəstənin vəziyyəti ağırlaşır, rəngi avazıyır. Abses kapsul ilə örtüldükdə hərarət subfebril
olur, ümumi beyin əlamətləri beyin şişini xatırladır. Kəllədaxili təzyiq artır, baş ağrısı, öyümə, qusma
olur. Xəstənin psixikası pozulur, bradikardiya, ümumi zəiflik, yuxululuq, göz dibində durğunluq,
epileptik cəngolmalar müşahidə edilir. Bəzən abses səthdə yerləşdikdə miningial simptomlar verir.
Beyin onurğa-beyin mayesində leykositlər artır. Abses kapsul ilə yaxşı əhatə olunduqda isə mayedə
zülalın miqdarı arta bilər. Bəzən beyində abses partlayır, irin subaraxnoidal boşluqlara və onurğa
beyinə axaraq irinli meningit əlamətlərinin meydana çıxmasına səbəb olur.
Müalicəsi: Kəskin dövrdə antibiotiklər, SAP, mayeqovucu dərmanlar verilir. Bəzən kapsulda
olan absesi cərrahi yolla kəsib götürmək lazım gəlir. İrini onurğa beynindən çıxarmaq üçün xəstəyə bir
neçə dəfə punksiya təyin edilir.
Onurğa beyin ĢiĢləri
Onurğa – beyin şişləri onun parenximasından, damarlarından, qişalarından və kökcüklərdən
inkişaf edə bilər. Onlar birincili – onurğa-beyin toxumasından inkişaf edən şişlər və ikincili-matastatik
şişlər olur. Birincili şişlər xoş xassəlıi olur. Ən çox intramedulyar, yəni onurğa beyin daxilində
yerləşən və ekstramedulyar-onurğa beynin xaricində yerləşən şişlərə təsadüf edir. Ekstramedulyar
şişlər sərt qişanın üstündə-epidural və sərt qişanın altında-subdural ola bilər. Onurğa beyin şişləri
müxtəlif səviyyədə inkişaf edə bilər. İkincili şişlər müxtəlif orqanlardan (ən çox süd vəzisi,
qalxanabıənzər vəzi və prostat vəzisindən) onurğa beyninə sirayət edən metastatik bədxassəli şişlərdir.
Onurğa beyin şişlərinin əlamətləri onun yerləşməsindən, xüsusiyyətindən və dövründən asılıdır.
Ekstrmedulyar ĢiĢlərin inkiĢafında 3 dövr ayırd edilir: I-kökcük ağrıları dövrü. II-onurğa
beynin hissəvi sıxılma ağrıları dövrü. III-tam sıxılma dövrü. Kökcük ağrıları dövründə kökcüklərin
innervasiya etdiyi zonada ağrı, paresteziya, hipesteziya olur. Əvvəl ağrı birtərəfli olub, xəstə
gücəndikdə, öskürüb asqırdıqda şiddətlənir. Şiş getdikcə böyüyür, onurğa beyninin yarısını sıxır,
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
43
nəticədə Broun-Sekar sindromu meydana çıxır. Yəni şiş olan tərəfdə spastik iflic, parez və dərin
hissiyyat pozğunluğu olur, əks tərəfdə isə səthi hisslər (ağrı və hərarət) pozulur. Nəhayət şiş böyüyüb
öz həcmi ilə onurğa beynini tamamilə sıxdıqda spastik paraparez, parapleqiya olur, müdafiə refleksləri
meydana çıxır, hissiyatın bütün növləri, çanaq orqanlarının funksiyaları pozulur. Ekstramedulyar
şişlərdə hissiyat pozğunluğu aşağı ətrafların barmaqlarından başlayır. İntramedulyar şişlərdə-kökcük
ağrıları olmur. İlk növbədə seqmentar pozğunluqlar olur. Şiş daxildən inkişaf edib aparıcı yolları sıxıb
təzyiq etdiyi üçün simmetrik şəkildə paraparez, parapleqiga və hissiyat pozğunluğu əmələ gəlir.
Onurğa beyin şişindən şübhələndikdə onurğa beynin punksiyası təyin edilir. Bu zaman onurğa beyin
mayesi şəffaf, rəngsiz və ya ksantoxrom (samanı rəngdə) olur, zülalın miqdarı artır. Onurğa beynində
blok yarandığını bilmək üçün Kvekenştedt və Stukey sınaqlarını aparmaq lazım gəlir. Şiş yuxarı boyun
şöbəsində (C
1
, C
4
) yerləşərsə boyun, çiyinüstü nahiyyədə ağrı, boyun və döş-körpücük-məməyəbənzər
əzələlərdə atrofiya, tetraplegiya, tetraparez olur və şişdən aşağıya doğru hissiyatın bütün növləri itir,
sfinktorlar pozulur. Diafraqmanın parezi ola bilər. Şiş aşağı boyun nahiyyəsində (C5-D1) olduqda
xəstənin qollarında ağrı ilə yanaşı, atrofik iflic əlamətləri. ayaqlarda isə spastik iflic baş verir. Şişdən
aşağı hissiyatın bütün növləri və sfinktorların funksiyası pozulur. Şiş köks nahiyəsində yerləşərsə
gövdədə kəmərəbənzər sıxıcı ağrı, aşağı ətraflarda spastik paraplegiya olur, bütün hissiyat itir,
sfinktorlar pozulur. Şiş bel nahiyyəsində yerləşərsə budun və baldırın ön səthində kökcük ağrıları,
budu yaxınlaşdırıcı və dördbaşlı əzələlərin atrofiyası, patoloji reflekslər olur, hissiyat naqil şəkilli
pozulur. Oma nahiyyəsinin şişində bel nahiyyəsində və oturaq siniri boyunca ağrı olur, ətrafın baldır
və ayaq əzələləri atrofiyalaşır, aşağı ətrafın xarici səthində hissiyat pozulur, aralıq nahiyyəsində
hissiyat zəifləyir, çanaq orqanlarının funksiyası pozulur. At quyruğu nahiyyəsinin şişində beldə, aralıq
nahiyəsində ağrı olur, hissiyat itir, aşağı ətraflarda süst iflic meydana çıxır, sfinktorlar pozulur.
Müalicəsi: Cərrahi üsullardır. ekstramedulyar xoşxassəli şişlər cərrahi yolla kəsilib götürülür,
intramedulyar bədxassəli şişlərdə isə rentgen terapiyası təyin edilir.
Mərkəzi sinir sisteminin travmaları
Ən çox nəqliyyat qəzası nəticəsində baş verir Kəllə-beyin travmaları qapalı və açıq travmalara
ayrılır. Dəri tamlığı pozulmayan travmaları qapalı, dəri tamlığı pozulan travmalar isə açıq travma
sayılır. Kəllənin qapalı travmalarına beyin silkələnməsi, əzilməsi, sıxılması və travmatik qanaxma
aiddir.
Beyin silkələnməsi (Commotto cerebri)
Bu beynin örtülü zədələnməsinin müstəqil forması kimi, kəllə sümüklərinin çatlaması və
sınıqları zamanı müşahidə olunur. Beyin sarsılmasının kəskin dövründə əsas klinik pozulma
patofizioloji dəyişikliklər və neyrodinamik pozulmalardan ibarət olur ki, bu da böyük yarımkürələr
qabığının funksional halının dəyişilməsi və onda hüdudxarici ləngimənin əmələ gəlməsi ilə başlanır.
İlk başlanğıcda meydana çıxan yayılmış ləngimə, tormozlanma sinir hüceyrələri üçün qoruyucu rol
oynayır, kliniki cəhətdən isə o, şüurun itməsi ilə özünü bildirir.
Patoloji anatomiyası – beyin sarsılması cüzi olduqda yalnız az yayılmış qabıq ləngiməsi
formasında dəyişiklik baş verir. Sarsılma ağır olduqda damarlardakı pozulma (spazmalar, stazlar,
bəzən diapedez nöqtələr şəklində qansızmalar) beyin ödemi və beyin şişləri törədə bilər.
Yüngül dərəcəli beyin silkələnməsində xəstə bir neçə saniyədən bir neçə dəqiqəlik huşunu itirir.
Ayıldıqdan sonra ümumi zəiflik, başağrısı, baş gicəllənməsi, ürəkbulanma, qusma olur. Bütün bu
əlamətlər bir həftə ərzində keçib gedir.
Orta ağırlıqlı beyin silkələnməsində xəstə bir neçə saat huşunu itirir, tez-tez və səthi nəfəs alır,
reflekslər sönür, qusma və retroqrad amneziya olur.
Ağır dərəcəli beyin silkələnməsində bir neçə saatdan bir neçə günə qədər huşunu itirir, koma
halına düşür, nəbzi, tənəffüsü pozulur, üzünün dərisi göyümtül, qırmızı olur, qusur, sfinktorlar boşalır,
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
44
uzun müddət retroqrad amneziya, bradikardiya və ya taxikardiya olur, başağrısı keçmir, xəstə süst,
passiv, get-gedə kəmhövsələ olur, hər şeydən kövrəlir, yuxusu pozulur, asteniya vəziyyətinə düşür.
Müalicə-şiddətli beyin sarsılmasından sonra 10-15 gündən az olmayaraq yataq rejimi təyin
olunur. Ümumi psixomotor oyanmanın qarşısını almaq üçün bağırsaqlar imalə ilə təmizlənir, sonra düz
bağırsaqdan 50-75 ml 2%-li bədən hərarətinə qədər qızdırılmış xloralhidrat məhlulu yeridilir.
Kəllədaxili təzyiq artdıqda dehidratasiya müalicəsi təyin olunur. Venaya 10-20 ml 40%-li qlükoza və
10%-li kalsium xlorid məhlulu yeridilir. Baş ağrısını azaltmaq üçün pentalgin, analgin verilir. Xəstənin
başına buz qoymalı, o, həddindən artıq həyəcanlı olarsa 1-3 %-li natrium brom məhlulu, 1x/q x3
Bexterev miksturu, 0,05-0,1 x 2 d. fenobarbital, 1 l x 2d. seduksen təyin edilir. Kəllədaxili təzyiqi
azaltmaq üçün gündə 2-3 dəfə 100 -150 qr soyuq su ilə 50, 0 ml qliserin qarışığı, furosemid verilməli,
əzələ daxilinə 5-10 ml 25% maqnezium sulfat yeridilməlidir. Bəzən kortizon, prednizolon təyin edilir.
Sifətin kəskin avazıması, ürək aritmiyası, qan təzyiqinin enməsi zamanı ürək dərmanları kofein,
strofantin, diqoksin tətbiq edilir.
Beyin əzilməsi (contusio cerebri)
Yalnız ümumi beyin simptomları verən beyin sarsılmasından fərqli olaraq, bu zaman beynin
yerli zədələnməsi də açıq sutətdə biruzə verir.
Dostları ilə paylaş: |