Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya ġöbə: “Mamalıq iĢi”



Yüklə 6,01 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix27.11.2019
ölçüsü6,01 Mb.
#29707
1   2   3   4   5   6   7   8   9   ...   27
Sinir ruhi xəstəlikləri və tibbi psixologiya


Onurğa sütununun osteoxandrozu
  
 
Əvvəllər  onurğa-  beyn  sinir  kökcüklərinin  zədələnməsini  iltihabi  proseslə  əlaqələndirirdilər.  Bu 
zaman baş verən ağrılar isə radikulit sayılırdı. İndiki zamanda dəqiq aydınlaşdırılmışdır ki, onurğa beyin 
sinir kökcüklərinin zədələnməsi osteoxondrozun nəticəsidir, yəni fəqərələrin selikli səthlərini birləşdirən 
fəqərələrarası  disklərin  degenerativ  dəyişikliklərdir.  Fəqərələrarası  disk  özəkli  nüvədən,  lifli  halqadan, 
üst  və  aşağı  hialin  səhvədən  ibarətdir.  Özəkli  nüvə  sıxılır,  diskin  elastikliyi  azalır  və  diskdə  defekt 
yaranır. Lifli halqanın destruktiv pozğunluğu onun yumşalmasına və büzüşməsinə səbəb olur ki, bu da 
öz növbəsində fəqərələrarası sahənin kiçilməsinə gətirib çıxarır. Fəqərələr sıxıldıqca pozğunluğa düçar 
olmuş  disk  fəqərədən  kənara  çıxmağa  başlayır.  Özək  nüvəsi  isə  defektli  lifli  halqadan  keçərək  yırtıq 
kimi fəqərə kanalına çıxır. Çox vaxt qabarmış yırtıq fəqərə sütununun arxa səthinə, yaxud fəqərələrarası 
dəliyə doğru uzanır və onu daraldıb ortadan keçən onurğa beyin sinirlərini sıxır.  
Klinikası: iki dövrə ayırd edilir. 
Birinci  dövr  lümbalgiya  -  ağır  şey  qaldırdıqda  və  gövdənin  kəskin  hərəkətləri  zamanı  bel 
nahiyyəsində şiddətli ağrı baş verir. Lifli halda arxaya qabarır və yaxud bütöv fəqərələrarası disk arxaya 
çıxır. lakin lifli halda zədələnmir. 
İkinci  dövr  lifli  halqanın  qırılması  və  fəqərələrarası  diskin  arxaya  doğru  çıxması  ilə  xarakterizə 
olunur, bu da kökcüklərin sıxılmasına gətirib çıxarır. Müvafiq nahiyyələrdə onurğa sütununda boyunda. 
qolda, çiyində ağrılar, dəridə isə hipesteziya olur, vətər refleksləri zəifləyir və yaxud güclənir. 
Müalicəsi:  Analgetiklər,  tiamin,  B
12
,  diadinamiktoklar,  elektrofarez,  massaj,  sulfid  yaxud  radon 
vannalar təyin edilir.  

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 15
 
 
Periferik sinir sisteminin xəstəlikləri. 
 
Üçlü sinirin nevralgiyası. 
Xəstəlik üzün bir  yarısında tutmalar şəklində  başlayan 
şirddətli  ağrılardan  ibarət  olub,  bir  neçə  saniyədən  1-2 
dəqiqəyə qədər davam edir. 
Birincili 
nevralgiya 
qripdən, 
soyuqdəymədən, 
malyariyadan  sonra,  sifilis,  diabet,  mübadilə  pozğunluğu  və 
vərəmdən  yaşlı  adamlarda  aterosklerozdan  haymoritdən,  diş 
xəstəliklərindən sonra başlaya bilər. 
Nevralgiya tutmaları zamanı üzün müvafiq yarısı cəng 
olur.  Ağrı  olan  tərəfdə  üzün  dərisi  qızarır,  xəstə  həmin 
nahiyyəni  bəzən  ovuşdurur,  gözündən  yaş  axır.  Ağrını 
azaltmaq üçün xəstə məcburi vəziyyət alır, danışmağa, nəfəs 
almağa  qorxur.  Tutma  qurtardıqda  ağrı  keçir.  Ağrılar  üçlü 
sinirin  bir  şaxəsinin  nahiyyəsində  başlayıb  o  biri  şaxələrə 
nəql  edir,  amma  üzün  bir  tərəfində  inkişaf  edib,  o  biri  yarisina  keçmir.  Sinirin  infeksiya  mənşəli 
nevralgiyasında xəstəlik bir neçə dəfə şiddətli tutmadan sonra sakitləşir, 2-3 həftədən sonra heç bir iz 
qoymadan sonra keçib gedir. Residivlə cərəyan edən forması uzun sürür, adətən 40-60 yaşlı adamlar 
arasında  daha  çox  təsadüf  edilir.  Bəzi  hallarda  xəstəlik  reflektor  xarakterli  olur  və  haymoritlə,  diş 
xəstəlikləri ilə əlaqəli olur. Belə hallarda xəstənin hərarəti qalxır və yerli ödem olur. 
Müalicəsi: Difenin 0,1 x 3 dəfə, gecə 2 x 0,1 fenobarbital, yaxud 0,2 q teqretol (finlepsin) verilir. 
Sinirin müvafiq şaxələrinə novokain anesteziyası təyin edilir. 
Bəzən dəri altına bir neçə ağrı kəsici preparatdan qarışıq hazırlayıb vurulur (amina-zin, promedol, 
pipolfen, analgin) . Vitaminlərdən B
1
, B
6
, B
12
, aloye, fibs və s.  
UYT təyin edilir. Finlepsin 0,1 qr 2 dəfə başlayıb, sutkada 1 qrama çatdırılır lazım gəlsə 0,6-0,8 
3-4  dəfə  verilir.  12-48  saatdan  sonra  yaxşılaşma  gedir.  Ağrilar  keçəndən  sonra  dozanı  tədriclə 
azaldırlar. 0,2-0,3 qr. preparatı 2-3 həftədən 2-3 ilə kimi verirlər. iynəbatırma terapiyası  yaxşı  effekt 
verir.  
 
Oturaq sinirinin nevralgiyası (iĢias).  
 
Şiddətli  ağrı  ilə  cərəyan  edir.  30-50  yaşlı  kişilər  arasında  çox  təsadüf  edilir.  Xəstəliyin  ən 
səciyyəvi  əlaməti  beldən  başlayıb  oturaq  siniri  boyunca  ayağa  gələn  ağrıdan  ibarətdir.  Ağrı  beldə, 
budun arxa səthində, dizaltı çüxurda. baldırda, ayaqda və barmaqlarda hiss olunur. Ağrı gecə-gündüz 
davam  edir,  arabir  şiddətlənir.  Laseq  simptomu,  yaxud  sinirin  dartınma  simptomu,  ən  mühüm 
əlamətlərdən  hesab  olunur,  arxası  üstündə  uzanmış  xəstənin  qıçını  bud-çanaq  oynağında  bükməklə 
yuxarı qaldıran zaman sinir dartıldığı  üçün xəstə şiddətli  ağrı hiss edir və qıçın qaldırılmasına mane 
olur.  Xəstənin  qıçını  diz  oynağında  bükəndə  ağrı  azalır.  Neri  simptomu  -  xəstənin  başını  döşünə 
doğru əydikdə bel nahiyyəsində ağrı şiddətlənir. Minor simptomu - uzanmış xəstə qalxmaq istədikdə 
sağlam ayağını dayaq verərək qalxır.  
Qanad-damaq düyünün nevralgiyası (Qanglioneuralgiya pterygapalatina) Bu nevralgiya üzdə 
təsadüf olunan simpatalgiya formalarından biridir.  
Etiologiyası  məlum  deyil.  Qanad-damaq  qanqlionunun  üz,  baş,  boyun  nahiyyəsində  vegetativ 
funksiyanı  nəzərə  alaraq  bəzi  müəlliflər  xəstəliyin  patogenezini  həmin  düyünün  iltihablaşması  ilə 
əlaqələndirirlər.  Xəstəlik  vaxtaşırı  üzün  və  başın  bir  yarısında  şiddətli  ağrılarla  başlayıb  bir  sıra 
vazomotor-sekretor pozğunluqlarla cərəyan edir.  
Sluder  sindromu  üçlü  sinirin  nevralgiyasından  fərqli  cərəyan  edir:  xəstə  qida  çeynədikdə, 
danışdıqda  və  s.  ağrılar  şiddətlənmir.  Ağrılar  əsasən  gecələr  başlayır.  Şiddətli  ağrı  tutmaları  20-30 
dəqiqədən  bir  neçə  saata  kimi  davam  edə  bilir.  Soyuqdəymə,  mənfi  emosiya  yorğunluq  nəticəsində 
daha da artır. Tutmalar arasındakı sakitlik müddətində (bir neçə ay, hətta ildən də çox ola bilər) xəstə 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 16
 
 
özünü  yaxşı  hiss  edir.  Ağrılar  yandırıcı,  kəsici  xarakter  daşıyır.  Ağrı  burun  əsasından,  ğözün 
arxasından,  göz  yuvasından  başlayıb  gicgah  nahiyyəsinə,  üzün  bir  yarısına,  qulaq,  boyun,  ənsə 
nahiyyəsinə  yayılır,  bəzən  çiyinə,  qola,  barmaqların  ucuna  vurur.  Ağrı  yumuşaq  damaqda,  dilin 
kökündə, qırtlaqda hiss oluna bilir. Ağrıların belə geniş yayılmasına baxmayaraq, lokal ağrı nöqtələri 
ayırd edilmir. Bu onların simpatik xarakter daşıdığını göstərir. Ağrı zamanı vazomotor - trofik krizlər 
də olur: xəstənin burnu tutulur (dil, yaxud iki tərəfdən) , o, arasıkesilmədən asqırır, burnu çox axmağa 
başlayır  (rinoreya),  burunun  selik  qişası  şişir.  Xəstənin  gözündən  yaş,  ağzından  su  axmağa  başlayır. 
Yevstax borusunun selikli qişasında baş verən vazomotor dəyişikliklər nəticəsində qulağında gurultu 
olur, üzünün dərisi hiperimiyalaşır. 
Demək olar ki, ağrı tutmaları ilə vegetativ vazomotor əlamətər arasında tam parallelizm yoxdur, 
yəni  Sluder  sindromunun  elə  hadisələri  qeyd  edilir  ki,  burada  ağrının  kəskinliyinə  baxmayaraq, 
vazomotoir sekretor pozğunluqlar bir o qədər də üstünlük təşkil etmir.  
Sluder sindromunun müalicəsi antinevlagik və dezinfeksiyaedici preparatlarla yanaşı dəri altına 
vitamin B
1
, B
12
 və novokain məhlulu inyeksiyası da təyin edilməlidir.  
Xəstənin  burnuna 2%-li novokain  və  3%-li efedrin məhlulunun qarışığından 5-6 damcı tökmək 
olar. Müxtəlif fizioterapevtik üsullarından da istifadə edilməlidir.  
 
Burun-kiprik sinirinin nevralgiyası
  
(Neuralgia n. nazocilliaris)  
Bu nevralgiya (Şarlen sindromu) üzdə təsadüf olunan simpatalgiya formalarından biridir. Ağrılar 
şiddətli  tutmalar şəklində göz  yuvasının içəri küncündə, burun qanadının orta nahiyyəsində başlayır. 
Ağrı  gecə  daha  çox  olur.  Göz  almasının  ön  qütbündə  keratit  (bəzən  irinli)  ,  alın  və  burun  dərisində 
xırda səpgi olur.  
 
Dil- udlaq sinirinin nevralgiyası  
(
Neuralgia n. Glossopharyngei) 
Dil-udlaq sinirinin nevralgiyası nisbətən az təsadüf olunan, lakin xəstəyə həddindən artıq əziyyət 
verən, şiddətli ağrılarla cərəyan edən xəstəlikdir. Ən çox yaşlı adamlarda müşahidə olunur. Ümumi və 
yerli amillər təsirindən baş  verən bu xəstəlik kəsici,  dəlici,  sıxıcı ağrılarla cərəyan edir. Ağrı  əvvəlcə 
dilin  kökündən başlayaır, sonra damağa, boğaza, təbil boşluğuna  yayılır.  Ağrı,  adətən birtərəfli olur. 
Tutma zamanı ağız, boğaz quruyur, öskürək başlayır, bəzən larinqospazm müşahidə edilir. Ağrılar 1-3 
dəqiqədən  artıq  davam  etmir.  Tutmalar  danışıq  zamanı,  yaxud  qida  çeynədikdə  baş  verir.  Çox  isti, 
yaxud soyuq şey yedikdə, öskürdükdə, güldükdə, əsnədikdə də tutmalar təkrar oluna bilər. Dil-udlaq 
sinirinin nevralgiyasını dil sinirinin nevritindən diferensasiya etdikdə ağrının lokakalizasiyasına diqqət 
verilməlidir.  Belə  ki,  dil  sinirinin  nevritində  ağrı  dilin  ucunda  olur,  üçlü  sinirin  aşağı  şaxəsinin 
pozğunluq  əlamətləri  də  müşahidə  edilir.  Dil-udlaq  sinirinin  nevralgiyasında  dilin  kökünə,  yaxud 
badamcıqlara təzyiq etdikdə ağrı şiddətlənir.  
 
 
Ənsə və fəqərə sinirlərinin nevralgiyası
 
(Neuralgia n. occipitalis et. n. vertebralis) 
Böyük  ənsə  sinirinin  qıcıqlanması  ənsə  nahiyyəsində  ağrılara  səbəb  olur.  Bəzən  başın  kəskin 
hərəkəti, öskürmə, asqırma ağrıları kəskinləşdirir. Bəzən ağrılar boyuna, üzə, kürək nahiyyəsinə vurur. 
Ağrı şiddətləndikdə “məcburi” vəziyyət alır, ağrılar sakitləşdikdə ənsə nahiyyəsində küt göynəmə hissi 
olur, böyük ənsə sinirinə təzyiq etdikdə ağrı artır. Bəzən fəqərə arteriyasının sinir kələfi qıcıqlandıqda 
xəstənin  ənsə nahiyyəsində ağrı, qulaqlarında səs, ürək bulanma və baş  gicəllənmə müşahidə olunur. 
Ağrılar  xəstənin  təpəsinə,  çiyninə,  qoluna  vura  bilər.  Xəstəliyin  əsas  səbəbi  boyun  osteoxandrozu 
hesab edilir. Spondilit kraniospinal nomaliyalar, şiş və s. sinirlərin təxərrüşlənməsi yaxud sıxılmasına 
səbəb ola bilər. Xəstəliyin cərəyanı və nəticəsi etioloji amillə əlaqədardır.  
 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 17
 
 
Qabırğaarası nevralgiya  
(Neuralgiya intercostalis)  
 
Xəstəlik çox vaxt ikincili xarakter daşıyır. Qabırğaarası nevralgiya fəqərələrin deformasiyasında, 
şiş, ağ ciyər və plevra xəstəliklərində, aortanın anevrizmində, meninqomielit, sirinqomieliya və başqa 
xəstəliklərdə  müşahidə  oluna  bilər.  Xəstəlik,  adətən,  bir  tərəfli  olub,  tutmaşəkilli  ağrılarla  başlayır. 
Xüsusilə  fəqərə  sütunu  və  köks  qəfəsini  hərəkəti  ağrıları  daha  da  gücləndirir.  Ağrı  əsasən  fəqərənin 
üzərində və döş sümüyünün qabırğa qığırdağı ilə bağlayan yerində olur. Bəzən qabırğaarası nevralgiya 
kəmərə bənzər dəmrovla birlikdə cərəyan edir.  
 
Boyun-çiyin nevralgiyası  
(Neuralgia cervico-brachialis) 
 
 
Boyun-çiyin  kələfindən  çıxan  sinirlərin  innervasiya  etdiyi  zonada  tez-tez  təsadüf  edilən 
nevralgiya formasıdır. Kələfdə, onurğa-beyin sinirlərinin kökcüklərində və yaxud ağciyərlərdə patoloji 
anatomik dəyişikliklər baş verə bilər. Çox vaxt boyun-çiyin kökcüklərinin nevral-giyasını aşağı boyun 
və yaxud köks radikuliti adlandırırlar. Boyun - çiyin nevralgiyasında ağrı qola, kürəyin altına, kürəyin 
və  çiynin  üstünə  yayılır.  Arasıkəsilməyən  ağrılar  arabir  şiddətlənib,  tutma  şəklində  davam  edir. 
Gecələr  ağrı  daha  da  güclənib  yandırıcı,  kəsici,  dəlici,  göynədici  xarakter  daşıyır.  Bəzən  qolun 
vəziyyəti ağrını kəskinləşdirir. Xəstələr müxtəlif paresteziyalardan, dəri üzərində qarışqa yerişindən və 
s.  şikayətlənirlər.  Kökcüklərin  innervasiya  zonasına  müvafiq  hissiyyat  pozğunluğu  müşahidə  olunur. 
Ağrılı Erb nöqtələri ayırd edilir (körpücüküstü nahiyyədə, əzələaltı çuxurda, çiynin iç səthində, çiynin 
bayır  səthində,  dirsək  büküşünün  ön  səthində,  aşağı  boyun,  yuxarı  köks  fəqərələrinin  paravertebral 
nöqtələrində  və  s.),  sinirin  dartılma  simptomu  müsbət  olur.  Xəstənin  qolunu  yana  açıb,  sonra  cəld 
hərəkətlərlə arxaya doğru itələdikdə, boyun nahiyyəsində və qolda ağrı kəskinləşir (Laseq simptomuna 
uyğun əlamətdir). Başın, boyunun hərəkəti, öskürmə, asqırma ağrıları daha da kəskinləşdirir, ağrı qola 
və barmaqların ucuna vurur.  
Yuxarı  ətraf  və  çiyinüstü  əzələlərdə  hipotoniya  olur,  yuxarı  ətraf  tez  yorulur.  Xəstəliyin 
əvvəlində vətər refleksləri yüksəlir, bir qədər keçdikdən sonra reflekslər zəifləyir, yaxud tamamilə itir. 
Bədənin  istilik  tənzimləmə  qabiliyyəti  pozulur,  ətrafların  dərisi  bir  qədər  sianozlaşır  və  nəm  olur. 
Kappilyaroskopik və ossiloqrafik müayinələr zamanı vegetativ assimmetriya ayırd edilir. 
İnfeksiya, yaxud soyuqdəymə nəticəsində baş verən boyun-çiyin nevralgiyası, demək olar ki, iz 
buraxmadan  sağalır.  Diabet,  nefrit,  xroniki  hepatit  və.  s  xəstəliklər  nəticəsində  baş  verən  nevralgiya 
uzun  müddət  davam  edir.  Fəqərələrdəki  dəyişikliklərlə  əlaqədar  olan  boyun-çiyin  nevralgiyası 
residivlər verməklə daha ağır cərəyan edir. 
Boyun-çiyin  nevralgiyasını  çiyin  və  oynaq  artritindən,  boyun,  qolun  şişindən,  körpücükaltı  və 
bazu  arteriyalarının  anevrizmindən,  revmatik  spondiloartritdən,  onurğa  sütunu  və  onurğa  beyin 
şişlərindən, meninqomielitdən, sirinqomieliyadan və. s diferensasiya etmək lazımdır. 
Bəzən yuxarı ətrafın ağrısı bir sıra daxili orqanların xəstəliyi, kardioskleroz, xolesistit, ağciyərin 
yuxarı  payının  şişi  və.  s  nəticəsində  baş  verir.  Odur  ki,  boyun-çiyin  nevralgiyasının  diaqnozunu 
dürüstləşdirmək  üçün  xəstəni  hərtərəfli  müayinə  etmək  lazımdır  (xüsusilə  rentgenoloji  diqqət 
verilməlidir) . 
 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 18
 
 
Kəmərəbənzər dəmirov  
(Herpes Zoster)
 
Kəmərəbənzər dəmirov youxucu xəstəlik olub neytrotrop süzülən virus təsirindən baş verir. Dəri 
üzərində xırda səpgilər əmələ gəlir. Bəzən xroniki infeksiyalar təsirindən də meydana çıxa bilər. Əksər 
hallarda  Herpes  Zoster  birincili  xəstəlik  kimi  inkişaf  edir.  Patoloji  anatomik  dəyişiklik  fəqərəarası 
düyünlərdə, arxa kökcüklərdə müşahidə olunur, bəzən Qasser düyünündə də dəyişiklik olur. 
Xəstəlik birdən-birə ümumi əzginlik, başağrısı, yüngül temperatur reaksiyası ilə başlayır. Qanda 
leykositlərin miqdarı bir qədər arta bilir. Bəzən mədə-bağırsaq pozğunluğu bir - iki gün olur. Bu dövr 
nisbətən yüngül keçir. Sonra isə şiddətli kökcük ağrıları başlayır.  
Ağrı iltihablaşmış seqmentdən başlayıb, ona yaxın olan bir neçə seqmentin innervasiya zonasına 
yayılır, çox qaşınmadan əziyyət çəkir. Bir neçə gündən sonra dəridə qrup–qrup iltihablaşmış papulalar 
meydana çıxır. 2-3 gündən sonra səpgilər serozlu maye ilə dolu qabarcığa çevrilir. 3-4 gündən sonra 
qabarcıqlar irinləyir, daha sonra boz sarımtıl rəngdə qabıq bağlayır, get-gedə qabıq quruyub tökülür və 
dəri  üzərində  yüngül  ləkələr  qalır  həmin  ləkələr  bir  neçə  gündən  sonra  yox  olur.  Beləliklə,  dəri 
üzərində heç bir iz qalmır. 
Dəri kökçüklər boyu (fəqərə sütunundan başlayaraq) səpir. Çox nadir hallarda herpetik səpgilər 
əldə,  ayaqda  olur.  Qasser  düyünün  iltihablaşmasında  uçuq  (herpes)  üzdə  üçlü  sinirin  hər  hansı  bir 
şaxəsi  istiqamətində  yayılır.  Bəzən  xəstəliyin  hemorragik  formasına  təsadüf  olunur.  Həmin  forma 
nisbətən ağır cərəyan edir və dəri üzərində çapıqlar qalır.  
Qasser  düyününün  iltihablaşması  ilə  cərəyan  edən  xəstəlik  forması  təhlükəlidir.  Çünki  buynuz 
qişada əmələ gəlmiş səpgilər keratit törədə bilir və nəticədə xəstənin görmə qabiliyyəti zəifləyir və o, 
hətta kor olur.  
Müalicəsi: Səpmiş nahiyyə metilen boyası ilə qurudulur, oraya kseroform yağı ilə sarğı qoyulur, 
çox vaxt kvars şüaları verilir. Antibiotiklərdən istifadə edilir. Ağrıkəsici maddələr tətbiq olunur.  
 
 
 
Polinevritlər 
Polinevrit bir neçə sinirin eyni vaxtda iltihabına deyilir. Bu zaman sinir lifləri simmetrik şəkildə 
pozulur.  Polinevritlər  müxtəlif  səbəblərdən  baş  verə  bilər.  İnfeksion  mənşəli  birincili  polinevritlər 
süzülən viruslar tərəfindən törədilir. İkincili polinevritlər yatalaq, difteriya, skarlatina və s. İnfeksiyalar 
təsirindən  meydana  çıxır.  Etiologiyasından  asılı  olmayaraq  bütün  polinevritlərdə  ümumi  əlamətlər: 
ətrafların  süstlüyü,  periferik  xarakterli  iflic,  distal  hissələrdə  hissiyatın  pozulması,  əldə-ayaqda 
vegetativ,  trofik  pozğunluqlar  müşahidə  edilir.  Cərəyanına  görə  polinevritlər  kəskin,  yarımkəskin, 
xroniki olur. Törədici amildən asılı olaraq infeksion, allergik, toksik polinevritlər ayırd edilir.  
 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 19
 
 
Ġnfeksion polinevrit 
 
  Əksər hallarda viruslar əmələ gətirir. Xəstəlik kəskin başlayır. Hərarət 38-39
0
-yə qədər yüksəlir, 
üşütmə, ətraflarda ağrılar olur. Sonralar qolların və qıçların zəifliyi və iflici inkişaf edir, ağrı hissiyyatı 
pozulur. Sinir kökləri palpasiya zamanı ağrılı olur. Geriyə inkişaf ağır gedir.  
 
Difteriya polinevriti 
 
Xəstəlik difteriyanın  kəskin  dövründən 2-3 həftə  keçdikdən sonra başlayır. Azan və  dil  -  udlaq 
sinirlərinin difteriya çöplərinin təsiri nəticəsində pozulması yumşaq damağın, udlaq əzələlərinin bulbar 
iflicinə  səbəb olur. Xəstə  burnunda  danışır, qidanın  maye hissəsi  burundan tökülür, tez  -  tez çeçəyir. 
Ürək fəaliyyəti pozulur, aritmiya, braditaxikardiya olur. Bəbəklərin işığa reaksiyası saxlanıldığı halda, 
akkomadasiya  reaksiyası  pozulur.  Nəticədə  xəstə  yaxından  pis  görür.  Bulbar  iflic  ağırlaşıb  ölümlə 
nəticələnə bilər.  
Beynin  digər  sinirləri  difteriya  polinevritində  az  pozulur.  Yuxarı  ətraf  sinirləri  aşağı  ətraf 
sinirlərinə  nisbətən  yaxşı  qalır.  Aşağı  ətrafların  distal  hissəsində  dərin  parez  olduğu  üçün  xəstənin 
yerişi çətinləşir, diz və aşil refleksləri zəifləyir (bəzən təmamilə itir). Ətraflarda yüngül ağrı olur.  
Hissiyyat  pozulduğundan  çox  parezteziyalar  müşahidə  olunur.  Ətrafların  distal  hissəsində  ağrı 
hissiyyatı  bir  qədər  zəifləyir.  Dərin  əzələ  oynaq  hissiyyatı  bir  qədər  zəifləyir.  Dərin  əzələ  oynaq 
hissiyatı pozulur. Difteriya polinevriti zamanı bəzi hallarda beyin sinirləri ətrafların sinirlərindən daha 
çox pozulur.  
Bəzən  qalıq  əlamətləri  aylarla  davam  edə  bilər.  Xəstəliyin  10%-i  ölümlə  nəticələnir.  Xəstəlik 
zamanı  ürək  fəaliyyətinə  xüsusi  diqqət  vermək  lazımdır.  Müalicəsində  antidifteriya  zərdabından 
istifadə  edilməlidir.  Xəstəliyin  ilk  əlamətləri  meydana  çıxan  kimi  5000-10000  vahidə  qədər  zərdab 
vurulmalıdır.  Əgər  xəstəyə  difteriya  keçirdiyi  müddətdə  lazimi  qədər  zərdab  vurulubsa,  ona  əlavə 
zərdab yeridilməsi anaflaktik reaksiya törədə bilər. Zərdabı Bezredko üsulu ilə vurmaq lazımdır: dəri 
altına  0,5-1  ml  zərdab  yeridilib  12-24  saat  gözləmək  lazımdır.  Yalnız  bundan  sonra  lazımi  dozanı 
xəstənin  bədəninə  yeritmək  olar.  xəstəliyin  digər  əlamətlərinə  qarşı  simptomatik  müalicə  aparmaq 
lazımdır.  
 
Alkoqol polinevriti 
 
Polinevritin  bu  forması  xroniki  alkoqoliklərdə  təsadüf  olunur.  Alkoqoliklərdə  bir  slra  somatik 
pozğunluqlar (hepatit, qaraciyər sirozu, mədə-bağırsaq pozğunluqları və s. ) olduğundan yüngül qrip, 
soyuqdəymə polinevritin meydana çıxması üçün şərait yaradır. Bir çox alkoqol polinevriti, B
1
 vitamini 
çatışmamazlığı nəticəsində baş verir. 
Xəstəlik  infeksion  polinevritdən  fərqli  olaraq  bir  o  qədər  də  kəskin  başlamır.  Prodromal 
əlamətlər  (ətrafların  ağrısı,  paresteziya  və  s.)  yüngül  şəkildə  cərəyan  edir,  bəzən  xəstə  bunları  hiss 
etmuir.  Bir  neçə  gün  ərzində  xəstənin  əl-ayağı  iflic  olur.  Beyin  sinirləri  demək  olar  ki,  prosesə  cəlb 
olunmur. Lakin xəstəliyin bəzi ağır formalarından. vaqus və n. phrenicus pozulur. 
Alkoqol polinevritində əzələ oynaq hissiyatı itdiyi üçün xəstə müvazinətini saxlaya bilmir. Buna 
çox  vaxt  periferik  psevdotabes  deyilir.  Alkoqol  polinevriti  ilk  dəfə  1887-ci  ildə  S.  S.  Korsakov 
tərəfindən təsvir olunmuşdur. 
Xəstəliyin  əsas  əlamətlərindən  biri  olan  psixopatoloji  dəyişikliklər  Korsakov  psixozu  adı  ilə 
məşhurdur.  Korsakov  psixozu  olan  xəstənin  yaddaşı  pozulur.  Xəstəyə  deyilən  söz,  ətrafındakı 
adamların  adı,  bir  neçə  dəqiqə  əvvəl  gördüyü  iş  o  saat  yadından  çıxır.  Xəstə  özündən  hadisələr 
quraşdırıb  danışır.  Bəzən  ətrafında  baş  verənləri  yaxşı  dərk  edə  bilmir.  Alkoqol  polinevritində 
Korsakov sindromunun baş verməsi proqnozun ağırlığını göstərir.  
Belə xəstələrə alkoqollu içkilər qəti qadağan edilməlidir. Psixi pozğunluqlar üstünlük təşkil edir. 
Xəstə  psixiatriya  şöbəsində  müalicə  olunmalıdır.  Xəstəyə  ürək  fəaliyyətini  tənzimləyən  dərmanlar 
verilir. Tonusu yüksəltmək üçün vitaminlərdən geniş istifadə olunmalı, dəri altına strixnin vurulmalıdır. 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 20
 
 
Xəstənin  kəskin  həyəcanlanma,  yuxusuzluq  dövrlərində  natrium-amital,  brom,  aminazin  təyin  edilə 
bilər.  Ətrafların  iflici  bütün  polinevritlərin  müalicəsində  təyin  olunan  metodlar  üzrə  aparılır. 
Profilaktika-alkoqolizmlə mübarizə tədbirləri nəzərdə tutulur.  
 
QurğuĢun polinevriti 
 
Qurğuşunla  xroniki  zəhərlənmə  nəticəsində  baş  verən  xəstəlikdir.  Mətbəə  işçilərində, 
rəngsazlarda  müşahidə  olunur.  Orqanizmə  mədə-bağırsaq  sistemi,  dəri  və  tənəffüs  yolu  ilə  keçir. 
Xəstəlik  yarımkəskin  şəkildə  başlayır.  Əsas  kliniki  əlamətlərdən  əvvəl  bəzi  intoksikasiya  əlamətləri 
təzahür  edir.  Ümumi  əzginlik,  həyəcanlanma,  yuxusuzluq,  ürəkbulanma,  başağrısı  müşahidə  olunur. 
Qanda  retikulositoz,  ikinci  qanazlığı,  sidikdə  zülal  və  qurğuşun  (porfinuriya)  aşkar  edilir.  Cox  vaxt 
xəstələrin  dişlərinin  dibində  pas  rəngli  qurğuşun  çöküntüsü  əmələ  gəlir,  barmaqları  əsir.  Bəzən  iflic 
qurğuşunla  xroniki  zəhərlənmə  əlamətləri  olmadan  da  baş  verir.  Qurğuşunlu  polinevritdə  ən  əvvəl 
yuxarı ətraflarda barmaqların açıcı əzələləri iflic olur. 
İflic simmetrik xarakter daşıyır. Periferik sinirlərin, yalnız hərəki lifləri pozulur. Odur ki, ağrı və 
hissiyyat  pozğunluğu  olmur.  Yuxarı  ətraflarda  iflic  daha  kəskin  olur.  Aşağı  ətraflarda  peroneal  qrup 
əzələlərin innervasiyası pozulduğundan pəncə bir qədər sallaq qalır. Bəzən ola bilər ki, aşağı ətraflarda 
iflic,  parez  əlaməti  tapılmasın.  Əlin  xırda  əzələləri,  tinüstü,  tinaltı,  kürəkaltı,  deltayabənzər  əzələlıər, 
nadir hallarda isə köks qəfəsi əzələləri iflic olur. Yuxarı ətraflarda tenar, hipotenar və xırda əzələlərin 
atrofiyası nəticəsində xəstənin əli “meymun əlinə”oxşayır. 
Bəzən  toksiki  təsir  ümumi  xarakter  daşıyıb  beyin  sinirlərindən  II,  III,  VI,  X,  XII  cüt  sinirlərin 
pozulmasına  səbəb  olur.  Xəstəliyin  gedişi  həyat  üçün  təhlükəli  olmasa  da  uzun  müddət  davam  edir. 
Hərəki funksiyalar nisbətən bərpa olur. Xəstəlik tam sağalmır. 
Yüklə 6,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin