Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
80
Müalicə: Neyroinfeksiyalar zamanı meydana çıxan psixi pozuntuların müalicəsi əsas xəstəliyin
(infeksiyanın) etiologiyası və kliniki xüsusiyyətləri nəzərə alınmaqla kompleks şəkildə aparılmalıdır.
Orqanizmin immunoloji fəallığının gücləndirilməsinə xüsusi fikir verilməlidir. İlk növbədə isə
infeksion xəstəliyi törədən mikroorqanizmə və ya onun toksinlərinə qarşı tədbirlər aparılmalıdır.
Antibiotiklər antibakterial və virus əleyhinə preparatlar, hemotoloji qammaqlobulinlər və
qlikokortikosteroidlərdən geniş istifadə olunur. Eyni zamanda dezintoksikasion (hemodez, polidlükin,
qlükoza, fizioloji məhlul və s.), dehidratasion (maqnezium sulfat məhlulu, laziks) preparatlarından
geniş istifadə edilir. Bərpa dövründə nootroplar, ferment preparatları və vitaminlər tətbiq olunur.
Nəhayət psixopotoloji əlamətlərə qarşı müalicə aparılmalıdır.
AĠDS-də psixi pozuntular
AİDS virusu insanın immunitet çatışmamazlığına səbəb olur. AİDS-ə düçar olanlar arasında
narkomanlar, təhlükəsiz əxlaq qaydalarını, vərdişlərini bilməyənlər, məhbuslar, homoseksualistlər
üstünlük təşkil edir. AİDS-lə xəstələrin premorbid şəxsiyyət xüsusiyyətləri psixopatik, isterik
əlamətlərlə xarakterizə olunur. İnkubasion dovr bir neçə həftədən bir neçə ilədəkdir. Xəstələrdə
asteniya əlamətləri, depressiya, özünəqəsd fikirləri, özünü taqsırlandırma ideyaları, təşviş-sarışan
hallarla davam edir.
Başlanğıc dövrdə xəstələrdə nevrotik, nevrozabənzər sindrom, sonrakı mərhələdə isə amnestik
pozuntular, tənqidin enməsi. yüksək qiymətli ideyalar, təfəkkürün müfəsəlliyi, emisional ləbillik əmələ
gəlir. Getdikcə psixi pozuntuların inkişafı dərin ağır zəifliyi ilə ifadə olunmuş psixoorqanik sindroma
çatır. Psixi pozuntular ağır somatik əlamətlərlə uyğunlaşır.
Müxtəlif somatik xəstəliklər zamanı baĢ verən psixi pozuntular
Somatik xəstəliklər zamanı mərkəzi sinir sisteminin patoloji prosesə cəlb olunması və müxtəlif
psixi pozuntuların qeyd olunması məlumdur. Somatik xəstəliyin gedişində maddələr mübadiləsinin
dərin pozuntuları və bunun nəticəsində toksikoz əlamətləri olarsa xəstənin vəziyyəti daha da ağırlaşır
və bir sıra psixoz əlamətləri meydana çıxır. Belə psixi pozuntular somotogen və ya simptomatik
psixozlar adlanır. Ürək xəstəlikləri zamanı rast gəlinən psixopatoloji əlamətlər, adətən ürəyin
yerləşdiyi nahiyyədəki ağrılarla əlaqədardır. Xəstənin əhvalı pisləşir, daima qorxu içərisində olub, ara-
sıra kədər və həyəcan reaksiyaları qeyd olunur. Bəzən qorxu hissinin güclənməsi nəticəsində hərəki
narahatlıqlar, ipoxondrik şikayətlər nəzərə çarpır. Xəstə ürəyinin qəflətən dayanacağından, damarların
partlamasından qorxaraq saatlarla əli ürəyinin üstündə iztirab keçirir, narahat vəziyyətdə otaqda var -
gəl edir, təcili yardım tələb edir. Daha ağır hallarda kəskin düşüncə pozuntuları (deliriy halı) meydana
çıxa bilər.
Miokard infarktı keçirən xəstələrdə təsadüf edilən psixopatoloji əlamətləri əsas xəstəliyin gedişi
mərhələlərinə uyğun dörd yerə bölmək olar: prodormal, kəskin, yarımkəskin və sağalma mərhələləri.
İntensiv cərəyan edən psixotik əlamətlər kəskin dövrdə meydana çıxır və qısamüddətli olur. Prodormal
dövrdə kəskin ürək ağrıları yoxdursa. xəstə nisbətən sakit görünür, yalnız ipoxondrik şikayətlər
söyləyiir, yaxud da əhval-ruhiyyənin enməsi, həyəcan, təsviş reaksiyaları qeyd edilir. Yuxu
pozuntuları ürək xəstəliklərində tez-tez rast gəlinən əlamətlərdəndir. Sağalma mərhələsində
psixopotoloji əlamətlər astenik sindromla əvəz olunur. Bəzi hallarda isə əahval-ruhiyyənin eyforik tipli
yüksəlməsi və ya hipomanikal vəziyyət müşahidə edilir. Ürəkdə aparılan cərrahi əməliyyatlardan sonra
psixoz əlamətlərin meydana cıxması daha tez - tez (adi ürək xəstəliklərində olduğundan iki-üç dəfə
çox) rast gəlinir. Adətən cərrahi əməliyyatdan 2-6 gün sonra təzahür edən əlamətlər qəflətən başlayır
və ağır keçir. Düşüncə amentiv, deliriyoz, oneyroid tipli pozulur, eşitmə hallüsinasiyaları, qorxu,
həyəcan və psixosensor pozuntular qeyd edilir. Mədə və onikibarmaq bağırsaq xorası olan adamlarda
xəstəliyin kəskinləşməsi ilə əlaqədar ipoxondrik fikirlər, senestopatiyalar, depressiv paranoid sindrom
hətta eşitmə hallüsinasiyaları meydana çıxa bilər. Belə xəstələr arasında nevrotik-ipoxondrik, depressiv
hallar, ümumi zəiflik, yuxu pozuntuları daha tez-tez rast gəlinir. Mədə-bağırsaq sistemində,
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
81
qaraciyərdə aparılan cərrahi əməliyyatlar kəskin psixoz əlamətlərinə səbəb ola bilər. Belə hallarda
sayıqlama ideyaları, hərəki oyanma reaksiyaları, tək-tək hallarda düşüncə pozuntuları müşahidə edilir.
Böyrək xəstəliklərində, xüsusən onun xronik çatışmazlığı zamanı intoksikasiya nəticəsində ağır
psixi əlamətlər meydana çıxır. Yuxunun pozulması. dəhşətli yuxugörmələr, müxtəlif düşüncə
pozuntuları (deliriyoz. oneyroid, amentiv hallar) rast gəlinir. Dekompensasiya olunmuş xroniki böyrək
çartışmazlığı olan xəstələrə təcili tibbi yardım göstərmək, o cümlədən hemodializ tədbiq edilməlidir.
Avitaminozların yaratdığı psixi pozuntular içərisində diqqəti cəlb edən pellaqra xəstəliyi və uşaqlarda
B
6
vitaminin çatışmazlığı nəticəsində meydana çıxan psixoz hallardır. Palleqra orqanizmdə PP
vitaminin çatışmazlığı nəticəsində meydana çıxır. Xəstəliyin ilkin əlamətləri astenik hallarda:
başağrıları, qıcığa qarşı həssaslığın yüksəlməsi, ümumi əzginlik. əhvalın enməsi, yuxu pozuntuları ilə
başlayır. Bir qədər sonra dermatit, diareya və demensiya əlamətləri meydana çıxır. Bir sıra somatik
(kolit və dizenteriyanı xatırladan əlamətlər) və nevroloji əlamətlərin (anizokoriya. bəbəklərin işığa
reaksiyasının zəifləməsi. üz əzələlərinin birtərəfli parezi, nitqin anlaşılmazlığı və s.) təzahür etməsi
diaqnostikanı mürəkkəbləşdirir. Xəstəliyin xarakter əlamətlərindən biri dərinin (xüsusən ətraflarda və
boyun nahiyyəsində) piqmentasiyanın pozulması və kobudlaşmasıdır. Ağıl zəifliyi, qavramanın,
yaddaşın pozulması, Korsakov anamnestik sindroma bənzər əlamətlərlə xarakterizə olunur. Xəstəliyin
xarici görkəmi təşviş və kədər ifadə edir. Ölüm qorxusu, özünü təqsirləndirmə ideyaları qeyd edilir.
Nadir hallarda eşitmə, görmə hallüsinasiyaları, düşüncə pozuntuları da (amentiv və ya deliriyoz
formaeda) müşahidə olunur.
Xəstəliyin müalicəsi stasionar şəraitində aparılmalı, nikotin turşusunun (100 mq. gündə 2 dəfdə)
və triptofanin təyini ilə başlamalıdır. Neyroleptiklərdən haloperidol, aminazin, frenalon (kiçik və orta
dozalarda), amitriptilin, gündə 50-75 mq, seduksen gündə 2-3 həb. və s. təyin edilə bilər. Xəstəliyin
qidalanmasına (qaraciyər. böyrək, yağsız mal əti, balıq əti xüsusi diqqət yetirilməli, süd məhsulları
(qatıq, şor, süzmə, duzsuz pendir) vitaminlərlə (xüsusən PP, B
2
, C) zəngin şirələr, meyvələr
verilməlidir. Körpə uşaqlar arasında B
6
vitaminin çatışmazlığı nəticəsində böyük və kiçik cənğolma
tutmalarını xatırladan hallara rast gəlinir. Vaxtında tədbir görülməzsə uşaqların inkişafdan qalması və
ağıl zəifliyi əlamətləri meydana çıxa bilər.
Bioloji dəyiĢikliklər dövründə müĢahidə olunan psixi pozuntular
Məlumdur ki, insan orqanizminin psixi funksiyalarının yerinə yetirilməsində neyrohumoral
tənzim böyük əhəmiyyət kəsb edir. Bəzən klimaks və doğuşdan sonra bir sıra psixi pozuntular
müşahidə edilə bilər. Hamiləlik dövründə meydana çıxan psixonevroloji pozuntular bəzən getdikcə
ağırlaşır və ilk günlərdə təzahür edən əlamətlər (əhvali-ruhiyyənin dəyişkənliyi, dadbilmənin
özünəməxsus pozulması, qıcığa qarşı həssaslığın yüksəlməsi, dözümsüzlük, narahatlıq, ağlamağa
meyillik) çərçivəsindən çıxıb psixotik əlamətlərlə əvəz olunur. İmmunobioloji müqaviməti kifayət
dərəcədə olmayan şəxslərdə belə pozuntular daha tez-tez təsadüf edilir. Belə hallarda hallüsinator
pozuntular, sayıqlamalar, psixomotor oyanmalar qeyd edilə bilər. Bir çox hallarda bu kimi əlamətlər
doğuşdan sonrakı dövrə təsadüf edir və xəstənin vəziyyəti psixozu xatırladır. Zahı qadın uşağını
əmizdirmək istəmir, analıq məhəbbəti aqressiya ilə əvəz olunur, hətta öz övladını öldürmək arzusu
yaranır. Buna doğuşdan sonrakı psixoz deyilir. Klimaks dövründə meydana çıxan pozuntular vegetativ
disfunksiya, nevrotik pozuntular (asteniya, isteriya) əhvali-ruhiyyənin dəyişkənliyi, depressiv-
həyəcanlı vəziyyət qidalanma və cinsi meyillərin pozulması, yuxusuzluq və s. şəkildə ola bilər.
Müalicəsi - əsasən simptomatik qaydada aparılır. Hamiləliyin gedişinə və dölün sağlamlığına
ciddi xələl gətirən hallar olarsa hamiləliyin dayandırılması məsləhət görülür.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
82
MÖVZU 10
ALKOQOLĠZM VƏ ALKOQOL PSĠXOZLARI
Alkoqolizm-sırf tibbi mənada etil spirtinə (alkoqola) aludəliçiliklə şərtlənən ən geniş yayılmış
toksikomaniyadır. Alkoqol narkotik maddələrə aiddir.
Alkoqolun qəbulu nəticəsində yaranan psixi pozuntular iki qrupa bölünür:
1. Spitli içkilərin bir dəfədə və ya epizodik qəbulu nəticəsində meydana çıxan alkoqol
sərxoşluğunun törətdiyi psixi pozuntular.
2. Uzun müddət, müntəzəm olaraq spirtli içkilərin qəbulu nəticəsində meydana çıxan və xronik
alkoqolizmlə şərtlənən psixi pozuntular. Alkoqol sərxoşluğu və ya kəskin alkoqol intoksikasiyası etil
spirtinin psixotrop təsiri nəticəsində yaranır. İntoksikasiyanın əmələ gəlmə və əlamətlərin inkişafı bir
çox amillərlə, o cümlədən alkoqolun nazik bağırsaqlardan sorulma sürəti, yəni onun mədədən
evakuasiyası tezliyindən asılıdır. Mədədə olan qida (miqdarı və tərkibi) spirtin sorulmasını ləngidir.
Alkoqolun tündlüyü. müxtəlif dərman maddələrinin (barbituratlar, neyroleptiklər və s.) qəbulu
alkoqolun sorulma sürətinə və onun toksikliyinə təsir göstərir. Spirtli içkilərin təsir gücünə müqavimət
göstərən orqanizmin fərdi fiziki və bioloji imkanları da nəzərə alınmalıdır. Ümumi və psixi yorğunluq,
müxtəlif somatik xəstəliklər, mərkəzi sinir sisteminin orqanik patologiyası bu prosesdə fəal iştirak edir.
Alkoqol qəbul edən şəxsdə diqqət zəifləyir, hərəkətlər dəqiqliyini itirir, zehni qabiliyyət pozulur. Nitq
yüksək tonlu olur, yersiz öyünmə, “cəsurluq” və s. əlamətlər müşahidə olunur. Bu yüngül və adi
sərxoşluq vəziyyətində olur. Dərin sərxoşluq koma və ya ölümlə nəticələnə bilər. Təcili tibbi yardım
aşağıdakılardan ibarətdir:
1. Mədənin sondla yuyulması;
2. 10%-li kofein 1-2 ml d/a;
3. 4%-li natrium-bikorbanat 500 ml v/d;
4. Bədənin susuzlaşması zamanı 1-2 l NaCl–in izotonik məhlulu və ya 5%-li qlükoza məhlulu
v/d.
Bəzi hallarda patoloji sərxoşluq müşahidə olunur ki, bu zaman müvəqqəti olan psixi fəaliyyət
pozulması baş verir. Bu özünü düşüncənin alaqaranlıq şəklində göstərir. Xəstə baş verən hadisələri
düzgün qavramaq qabiliyyətini itirir, ətraf mühitdə orientasiyasını itirirr, keçmiş təcrübələrindən
istifadə edə bilmir. Bu səbəbdən belə şəxs qanunu pozarsa o anlaqsız sayılır. Sərxoşluğun ilkin
mərələsində əhvalın yüksəlməsi, sərbəstlik, əzələlərin relaksasiyası,bütün bədəni bürüyən xoş istilik
duyğusunun təsiri altında məstolma, rahatlıq hissi yaranır. Orqanizmin keçirdiyi belə bir hal adamı
məmnunluğa və cəsarətli olmağa sövq edir. Belə şəxslər yad adamlarla asanlıqla tanışlıq yarada bilir,
zarafatcıl, şən və hazırcavab olurlar. İçkinin miqdarı azdırsa mədə şirəsi ifrazının güclənməsi
nəticəsində iştaha artır.
Qeyd edilənlərlə yanaşı tənəffüsün dərinləşməsi, nəbzin sürətlıənm əsi. damarların genişlənməsi
nəticəsində dərinin. dodaqların və gözlərin qızarması müşahidə edilir. Bir çox hallarda cinsi meylin
güclənməsi baş verir. Bunlarla yanaşı sərxoşluğun ilk mərhələsindən başlayaraq hərəkətlərin qeyri-
dəqiqliyi, özünə və ətrafdakılara qarşı tənqidi münasibətin enməsi qeyd edilir. Qanda alkoqolun
miqdarı 1%-ə qədər olur. Orta dərəcəli kəskin alkoqol intoksikasıtası zamanı bədənin müvazimətinin,
koordinasiyasının pozulması baş verir. Xoş əhval-ruhiyyə. qıcığa qarşı həssaslığın artması, mənasız
yerə əsəbiləşmək, hiddətlənmək, çoxları ilə razılaşmadıqları üçün mübahisəyə girmək kimi hallar qeyd
edilir. Bir-biri ilə uzlaşmayan müxtəlif affektiv reaksiyaların meydana çıxması davranış pozuntularına
səbəb olur, belə hallarda impulsiv, aqressiv hərəkətlər mümkündür. Şəxsin nitqi də dəyişir, sözlər
anlaşılmaz, qeyri-səlist tələffüs olunur. Sözlər, cümlələr lüzumsuz təkrarlanır. Qanda alkoqolun
miqdarı 3-4% təşkil edir. Sərxoşluq mərhələsi qurtardıqdan sonra ümumi zəiflik, süstlük, əzginlik,
başağrıları, ağızda xoşagəlməz hissiyat, susuzluq, qıcığa qarşı həssaslığın artması kimi əlamətlər
təzahür edir. yüngül və orta dərəcəli sərxoşluq zamanı baş vermiş hadisələr, keçirilən hislər, davranış
pozuntuları şəxsin yadında qalır. Ağır dərəcəli alkoqol sərxoşluğunda düşüncənin keyləşməsindən
komayadək pozulması inkişaf edə bilər. Bununla yanaşı əzələlərin atoniyası, hipotermiya, reflekslərin
itməsi, tənəffüsün Çeyn-Stoks tipli olması, ürək fəaliyyətinin pozuntuları, bəzən isə qeyri ixtiyari
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
83
sidfik ifrazı və defekasiya aktları, epilepsiyaya bənzər cəngolma tutmaları müşahidə edilir. Ağır
dərəcəli sərxoşluq tam amneziyaya səbəb olur.
Diaqnoz kliniki müşahidəyə və biokimyəvi sınaqlara (müxtəlif reaktivlərin, o cümlədən, kalium-
permanqanatın. xrom anhidridinin xəstənin tənəffüs etdiyi havanı oksidləşdirməyə əsaslanan Rapoport
və Maxov-Şinkarenko sınaqları), həmçinin bir sıra yeni üsulların göstəricilərinə əsaslanır. Son illərdə
ekspress müayinə üsulu geniş tətbiq edilir. Sərxoş adamın qanında, sidiyində, mədə möhtəviyyatında
və nəfəsində alkoqolun miqdarını dəqiq təyin etmək üçün qazoxromatoqrafiya və spektroqammadan
istifadə etmək olar.
Xronik alkoqolizm
Xronik alkoqolizm spirtli içkilərə güclü meyllik, ona qarşı orqanizmin fiziki və psixi asılılığı ilə
müşayiət edilən, tədricən şiddətlənən xəstəlikdir. Bu alkoqolu uzun müddət müntəzəm olaraq qəbul
edən adamlar arasında baş verir. Xəstəliyin özünəməxsus kliniki mənzərəsi, qanunauyğun dinamikası,
somatik və psixonevroloji ağırlaşmaları vardır.
Ġ.V.Strelçukin (1973) təsnifatına görə xronik alkoqolizm üç mərhələyə:
1-başlanğıc;
2-inkişaf etmiş;
3-son mərhələlərə bölünür.
Xəstəliyin formalaşması məişət sərxoşluğu adlanan mərhələdən başlayır. Bu mərhələdə yüngül
və orta dərəcəli sərxoşluqla müşayiət edilən vaxtaşırı və ya müntəzəm içmə halları qeyd edilir. İçki
qəbul edən şəxs adətən bunu öz evində və ya dost-tanış məclislərində həyata keçirir. Məişət sərxoşluğu
mərhələsi orqanizmin alkoqola qarşı bioloji rezistentliyindən və şəxsin psixoloji xüsusiyyətlərindən
asılı olaraq 1-2 ildən çox davam edə bilər.
1-ci mərhələ: Bu mərhələnin əsas göstəriciləri patoloji meyilliyin yaranması, qəbul edilən
içkinin miqdarı üzərində nəzarətin tədricən itməsi, tolerantlığın artması və hissıvi amneziyanın
olmasıdır. Bu mərhələ gənc yaşlarda (18-30) rast gəlinir. Alkoqola qarşı hərislik, onu tez-tez və artıq
dozalarda qəbul etməkdə, içki məclisləri təşkil etməyə səy göstərməkdə özünü biruzə verir. Spirtli
içkilər olan məclislərə alkoqolik xüsusi rövnəq verir. Lakin bir qədər sonra yüngül və ya orta dərəcəli
sərxoşluq vəziyyətində öz üzərində nəzarəti itir, içkinin qədərini bilmir. Çoxlu miqdarda içməsinə
baxmayaraq onlar alkoqoldan qətiyyən iyrənmirlər, hətta qusma refleksinin sönməsi qeyd edilir. Bu isə
dozanı getdikcə artırmağa səbəb olur. Xronik alkoqolizmin 1-ci mərhələsinin davamiyyəti 5-6 il çəkir.
2-ci mərhələ: Bu mərhələdə əvvəlki mərhələnin əlamətləri daha da güclənir, alkoqola qarşı
patoloji meyillik ifrat dərəcəyə çatır. İçki qəbulu müntəzəm olaraq, bəzən isə bir neçə günlük qısa
fasilələrlə davam etdirilir. İçmək arzusu bir an belə xəstəni sərbəst buraxmır. Birinci mərhələdə arabir
yaranan “içim ya yox” ideyası bu zaman artıq olmur. İçmək tələbinin yaratdığı emosiyalar xəstənin
mənliyinə hakimlik edir. Tolerantlığın artdığını da qeyd etmək lazımdır. belə vəziyyət bir neçə il
davam edir. Sərxoş şəxs artıq içki məclislərinə rövnəq verə bilmir. Kövrəkliklə müşayiət edilən eyforik
hal tez-tez əsəbiləşmək və ətrafdakılara qarşı hörmətsizlik əlamətləri ilə əvəz olunur. Qəbul edilən
içkinin miqdarına nəzarət edə bilməyən xəstə həddini aşır, ayıldıqdan sonra da heç kəsin tənbehinə
məhəl qoymur. İkinci mərhələnin xarakter əlamətlərindən biri sərxoşluğun amneziya ilə bitməsi və
alkoqol abstinensiyası (alkoqol aclığı) sindromunun meydana çıxmasıdır.
Alkoqol absteniyası sindromu-alkoqol qəbulunu dayandırdıqdan sonra meydana çıxan və onun
yenidən qəbulu ilə bərpa olunan bir sıra psixi, nevroloji və somotovegetativ pozuntular təzahür edən
spesifik patoloji hala deyilir. Bu sindromun klinikası aşağıdakı əlamətlərlə xarakterizə edilir. Əvvəlcə
xəstə özünü narahat, əzgin və zəif hiss edir, iştahası olmur, onu soyuq tər basır. Bunun ardınca tədricən
güclənən başağrısı, ürəkbulanma, mədə-bağırsaq pozuntusu əlamətləri, ağızda quruluq və xoşagəlməz
tam, taxikardiya, ürəkdə və digər daxili orqanlarda narahatlıq, spazmatik ağrılar və s. meydana çıxır.
Qabağa uzadılmış qolun və əl barmaqlarının əsməsi (tremor) da spesifik əlamətlərdəndir. Əsmə bəzən
o qədər güclənir ki, xəstə paltarını geymək, qaşıqla xörək yemək kimi adi hərəkətləri edə bilmir.
Yeriyərkən o tərəf bu tərəfə aşır, bədənini saxlaya bilmir. Xəstənin yuxusu pozulur, dəhşətli yuxular
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
84
görür. Bu halları keçirən adam qaşqabaqlı, həyəcanlı, qəmgin və şübhəli görülür. Abstinensiya
sindromunun güclənməsi içki qəbulu dayandırıldıqdan 3-4 gün sonra başlayır və 3-7 gün davam edir.
Bu günlərdə yenidən içki qəbul edilərsə abstinensiya əlamətləri sönür.
“Xumarlanma” deyilən əlamətlərin yaranması üçün bəzən xəstələr kiçik dozalarla bütün günü
içki qəbul etmək istəyi duyur. Xroniki alkoqolizmin ikinci mərhələsində şəxsiyyətin enməsi əlamətləri
daha da güclənir. Bu əlamətlər, əsasən, intellekt və emosiya sferasını əhatə edir. Alkoqola aludə olan
şəxs iş qabiliyyətini, insani keyfiyyətlərini itirir, tez-tez əsəbiləşir. dözülməz və ədəbsiz olurlar. Bəzən
də eyforik halda özlərini tərifləyir, qeyri-adi bacarığa malik adam olduğunu söyləyir.
3-cü mərhələ: Bu mərhələdə alkoqola qarşı fiziki və psixoloji asılılıq daha da güclənir. Bu
mərhələnin xarakter cəhətlərindən biri də tolerantlığın azalması və yaddaşın zəifləməsidir.
Əvvəllər sərxoş olmaq 0.5 l və daha çox tünd içkilər tələb olunurdusa, indi 200-300 q içməklə
həmin vəziyyətə düşə bilər. Xəstə tədricən daha zəif içki növlərindən (məsələn, çaxır, pivə) istifadə
etməyə başlayır. Bu mərhələdə ardıcıl içmə 7-8 gün davam edir, fasilə, spirtli içkilərə qarşı
dözümsüzlük və iyrənmək əlamətləri nəticəsində baş verir. Bu zaman spirtli içkilər haqqında
düşünmək belə onda qusma, başgicəllənmə və bir sıra digər vegetativ əlamətlərə səbəb olur. Lakin
xəstə yenə də alkoqolsuz keçinə bilmir, az-az içməyə başlayır. Bir neçə gündən sonra “tam işıqlı”
mərhələ başlayır. Belə hallarda epilepsiyaya bənzər cəngolma tutmaları baş verə bilər. 3-cü mərhələdə
şəxsiyyətin enməsi, kobud, emosiya, iradə sferasına aid olan əlamətlərlə təzahür etməyə başlayır.
Xəstə qəzəbli. aqressiv, ədəbsiz və ya süst, qəmgin, yazıq və küt görünür. İnsanlıq ləyaqətini itirən
belə adamlar heç nəyin fərqinə varmadan harda gəldi, necə gəldi içir. Lüzumsuz və cəfəng bir şəkildə
öz heyvani hisslərini söndürməyə cəhd göstərirlər. Bu mərhələnin ağır keçən formalarında ağıl zəifliyi
(demensiya) inkişaf edir. Yaddaş kəskin şəkildə pozulur, intellektual fəaliyyətin xeyli zəifləməsi qeyd
edilir. Üçüncü mərhələdə xəstələrə tibbi yardım göstərmək praktik olaraq qeyri-mümkündür.
Müalicə-mərhələlərlə aparılır. 1-ci mərhələdə simptomatik müalicə aparılır- (abstinensiya
vəziyyətini aradan qaldırmaq) ;yuxu gətirici, ürək maddələri, neyroleptik maddələr təyin olunur. Vena
daxilinə natrium-tiosulfat, qlükoza məhlulu, vitaminlər (askorbin turşusu. tiamin, nikotin turşusu və s.)
təyin olunur. Fasiləsiz içmə sindromunu (zapoy) aradan qaldırmaq üçün hipertermik vasitələrdən
(sulfazin, pirogenal və s. ) istifadə olunur.
Müalicənin 2-ci mərhələsinin məqsədi alkoqola qarşı şərti reflektor yolla qusma reaksiyası
yaratmaqdır. Bunun üçün apomorfindən istifadə olunur. Xəstəyə apamorfin vurmazdan 5-10 dəqiqə
əvvəl 500-600 ml su içizdirilir. Apomorfin vurulduqdan bir neçə dəqiqə sonra ürək bulanma. tüpürcək
ifrazı və s. əlamətlər olur. Bu vaxt xəstəyə onun ən çox qəbul etdiyi alkoqollu içkini iylədirlər,
ürəkbulanma artır. Sonra xəstə 30-50q. alkoqol qəbul edir. Bu apomorfinə qarşı olan qusma reaksiyası
ilə üst-üstə düşür. Bu proseduranı bir neçə dəfə şərti refleks əmələ gələnə qədər edirlər.
Müalicənin 3-cü mərhələsində alkoqola qarşı meylin söndürülməsi məqsədi güdən və onu qəbul
etməyə imkan verməyən sensibilizəedici preparatlardan istifadə olunur. Bunun üçün teturam (antabus),
esperal (radoter) və s. istifadə edilir. Bu zaman əmələ gələn boğulma hissi. qan təzyiqinin enməsi,
qorxu hissləri xəstəni son dərəcə narahat edir. Xroniki alkoqolizmin kompleks müalicəsinin çox
mühüm bir sahəsini psixoterapiya təşkil edir. Bu müalicə üsulu (təlqin, izahedici, autogen məşq,
imaqoterapiya, hipnosukestiv, stress-psixoterapiya və digər üsullar) həm fərdi, həm də qrup şəklində
aparıla bilər.
Dostları ilə paylaş: |