Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
68
Affektiv (affektogen) illuziyalar hissiyyatın güclənməsi fonunda – qorxu, vahimə, gərginlik
zamanı təsadüf olunur. Xəstə küncdə, divardan asılmış paltonu evə girmiş oğruya, ağacın əyri budağını
ona hücum etməyə hazırlaşan zəhərli ilana, pəncərə şüşəsindən düşən kölgəni caniyə bənzədir.
Verbal (latınca verbalis – nitq, söz deməkdir) illüziyalar zamanı xəstə ətrafdakı adamların
söhbətlərini təhqir, söyüş və s. kimi qavrayır.
Hallüsinasiya (hallucinatio – latın sözü olub, qarabasma, sərsəmləmə deməkdir) . Yəni
obyektsiz qavaramadır. İllüziyalar kimi hallüsinasiyalar da duyğu orqanlarına müvafiq olaraq beş
formada təsadüf edir (görmə, eşitmə, qoxu, dad və takdil hallüsinasiyalar). Hallüsinasiyalar
xəstəlikdən asılı olaraq (daha çox görmə, eşitmə, qoxu) müxtəlif ola bilər. Məsələn, görmə
hallüsinasiyaları kəskin infeksion xəstəliklərdə olur. Xəstə insan, heyvan və ya əcayib varlıqları görür.
Hallüsinator obrazlar hərəkətsiz olur. Bəzən onlar hərəkət edir, əlvan, yaxud solğun ola bilər. Bəzən
xəstə özü də həmin səhnədə iştirak edir. Eşitmə hallüsinasiyaları tez-tez rast gəlinir. Xəstə müxtəlif
səslər və ya insan səsləri eşidir. Səslər tanış və yad ola bilər. İmperativ (əmretmə) hallüsinasiyalar
zamanı xəstələrə müxtəlif əmrlərlə müəyyən hərəkət etməyə məcbur edirlər. Qoxu hallüsinasiyaları
şizofreniyada daha çox rast gəlinir. Xəstə müxtəlif xoşagəlməz iylər hiss edir. Onlar ya burnunu sıxır,
ya da burun deşiklərinə pambıq soxurlar. Xəstələrin hallüsinasiyalara münasibəti kritik və qeyri kritik
ola bilər. Kritik münasibət zamanı onlar hallüsinasiyaları xəstəlik əlaməti kimi başa düşür. Bəzən onlar
işləməyə davam edir və ətrafdakılardan öz hallüsinasiyalarını gizlətməyə çalışırlar. Qeyri-kritik
münasibət zamanı hallüsinator səslər real qəbul edilir. Enteroseptiv hallüsinasiyalar zamanı bədəndə
müxtəlif xoşagəlməz hisslər olur (bədəndən elektrik cərəyanı keçməsi, xüsusi təzyiq). Hallüsinasiyalar
hansı duyğu orqanına aid olmasından asılı olmayaraq həqiqi və yalançı olmaqla iki yerə bölünür.
Həqiqi hallüsinasiyaların obyekti (hallüsinator obraz) orqanizmdən kənar mühitdə yerləşmiş olur.
Məsələn, ”səs” divarın arxasından, küçədən, qoxu o biri otaqdan gəlir və s. Yalançı hallüsinasiyalar
(psevdahallüsinasiyalar) daha mürəkkəb xarakterli olub, təkcə qavramanı deyil, eyni zamanda təfəkkür
sferasını da əhatə edir. Bu zaman hallüsinator obraz orqanizmin özündə yerləşir. Beləki, xəstə səsi,
qoxunu, əcaib heyvanı bədəninin daxilində hiss edir. Yəni onlar öz “daxili qulağı” ilə eşidir, daxili
gözü” ilə görür. Həqiqi hallüsinasiyalar alkaqol, travmatik, orqanik psixozlarda rast gəlinir.
Psevdohallüsinasiyalar
Kandinski-klerambo
sindromunda və şizofreniyada müşahidə olunur.
Psixosensor pozuntular mərkəzi sinir
sistemində sensor sintez prosesinin pozulması
nəticəsində meydana çıxır. 3 formada rast gəlinir:
1) makrospiya - ətrafdakı əşyaların, ölçüsündən
böyük qavranılması; 2) mikropsiya - əşyaların
ölçüsündən kiçik qavranılması; 3) dismeqalopsiya
– cisimlər həcmcə deyil, formaca dəyişilmiş
qavranılır. Xəstəyə elə gəlir ki, bütün bədəni və ya
ayrı-ayrı orqanları mütənasib şəkildə böyüyüb.
Mərkəzi sinir sisteminin orqanik xəstəliklərində
və
şizofreniyada rast gəlinən psixosensor
pozuntular xeyli müddət davam edə bilər.
Psixosenzor pozuntular ətrafındakım cisimlərə aid
olarsa buna derealizasiya, orqanizmin öz
hissələrinə aid olarsa depersonalizasiya adlanır.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
69
Təfəkkür pozuntuları
Təfəkkür – ali psixi fəaliyyətin insana məxsus bir forması olub cisim və hadisələrdən, onlar
arsındakı əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq qabiliyyətinə deyilir. Təfəkkür
prosesinin əsasını əqli qabilyyət (insana məxsus olan həyat
təcrübəsi, bilik ehtiyatları) təşkil edir. Təfəkkürün ifadə
forması nitq və yazıdır.
Təfəkkür pozulması özünü iki formada göstərir
1) Təfəkkürün kəmiyyətcə (formaca) pozulması.
2) Təfəkkürün keyfiyyətcə (məzmunca) pozulması
Təfəkkürün kəmiyyət pozuntularına aşağıdakılar
aiddir:
1. Təfəkkürün sürətlənməsi, fikirlərin axını, sürətlə
bir-birini əvəz etməsi şəklində təzahür edir. Nitq itiləşmiş
və anlaşılmaz olur. Xəstələr bəzən sözləri ardıcıl ifadə
etməkdə çətinlik çəkirlər. Belə hal, manikal depressiv
psixozun (MDP) manikal fazası üçün xarakterikdir.
2. Təfəkkürün ləngiməsi. Bu zaman xəstələr
çətinliklə danışır. fikirlər sanki tormozlanmış olur. Belə
xəstələr bütün günü danışmaya bilər, sanki onların
danışmağa marağı yoxdur. MDP-nin depressiv fazasında,
digər depressiyalarda, şizofreniya xəstəliyində rast gəlinir.
3. Təfəkkürün
patoloji müfəssəlliyi. Nitqin
(fikirlərin) ləngiməsi, eyni zamanda uzunçuluğu ilə diqqəti
cəlb edir. Belə pozuntusu olan şəxslər bir söhbətdən digərinə keçə bilmir, “yerində sayır”. Onlar
söhbətin əsas məzmununu lazımsız fikirlərlə doldurur, belə adamları dinləmək yorucu olur.
Epilepsiyada olur.
4. Təfəkkürün (nitqin) qırıqlığı, fikirlərin dolaşıqlığı, əlaqəsizliyi, “söz yığımı”şəklində təzahür
edir.
5. Autistik təfəkkür real həyatdan uzaqlaşmaq, xəstənin daxili aləmi ilə (səhv təsəvvürləri ilə)
bağlı, obyektiv təcrübəyə əsaslanmayan, dialektik izaha tabe olmayan təfəkkür formasıdır. Şizofreniya
xəstəliyində autizm sindromu çərçıvəsində rast gəlinir.
6. Rezonyorluq – boş mühakimələr, mənasız sözlərdən ibarət nitq formasında özünü göstərir.
7. Təfəkkürün perseverasiyası. Təfəkkürün müfəssəliyindən fərqli olaraq burada xəstənin öz
cavablarını təkrar etməsi diqqəti cəlb edir.
8. Stereopit təfəkkür. Eyni sözlərin və fikirlərin
məcburi təkrar olunması kimi özünü göstərir. Bəzən eyni
hərəkətlərin təkrarı ilə birlikdə təzahür edir.
9. Məntiqsiz təfəkkür. Fikirlərin məntiqsizliyi,
bəzən əlaqəsizliyi ilə xarakterizə olunur. Hadisələri izah
edərkən belə şəxslər nəinki səhv edir, mənasız, ziddiyyətli
mülahizələr yürüdür, eyni zamanda ağla sığmayan
əhvalatlar danışırlar.
10.
Təfəkkürün
ambivalentliyi (qoşalaşması)
xəstədə eyni vaxtda bir-birinə zidd fikirlərin meydana
çıxmasıdır. Məsələn: xəstə ona vurulan iynəni ən güclü
müalicəvi təsirə malik dərman, həm də xərçəng xəstəliyinə
səbəb olan maddə hesab edir.
11. Simvolik təfəkkür. Normal mühakimələrin
məntiqsiz, mənasız müəyyən simvollarla bağlı olan
mühakimələrlə əlaqələndirilmişdir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
70
12. Neologizm psixi pozuntu ilə əlaqədar meydana çıxan yeni sözlərə, ifadələrə deyilir. Xəstələr
bu sözlərə xüsusi mənalar verir, sonralar isə (sağalarkən) onu unudurlar.
Təfəkkürün keyfiyyət pozuntularına aĢağıdakılar aiddir:
1) sayıqlama ideyaları;
2) sarışan hallar;
3) yüksək qiymətli ideyalar.
Sayıqlama ideyaları-psixi xəstəliklərlə əlaqədar, əsassız yaranan və həmin şəxs tərəfindən
tənqidi münasibət bəslənilməyən əqli nəticələrə deyilir.
AĢağıdakı formaları var:
1. Münasibət sayıqlamaları. Bu zaman xəstə elə hesab edirki, ətraf mühitdə olan hər şey onlarla
müəyyən dərəcədə əlaqədardır. Xəstəyə elə gəlir ki, bütün tanışlar və yadlar ona mənalı surətdə baxır,
pıçıldaşır, onu lağa qoyur və s.
2. Təqib sayıqlamaları zamanı xəstələrə elə gəlir ki, bir qrup adamlar, bəzən isə bir nəfər
naməlum şəxs “xüsusi tapşırığa” əsasən onu izləyir.
3. Təsir sayıqlamalarında xəstə güman edir ki, ona müxtəlif vasıtələrlə, məsələn, hipnoz, rentgen
və lazer şüaları ilə təsir göstərirlər. Onların fikirlərini çaşdırır, hərəkətlərinə mane olur və ya onu
xəstələnməyə vadar edirlər.
4. Zəhərlənmə sayıqlamalarında xəstə söyləyir ki, onu zəhərləmək istəyirlər, yeməklərinə
dərman tökürlıər. Belə xəstələr yeməkdən, dərmandan imtina edirlər.
5. İpoxondrik sayıqlama. belə xəstələrə elə gəlir ki, onlar ağır xəstədirlər, bədənləri,
orqanları parçalanır, çürüyür və s.
6. Özünü böyütmə sayıqlamaları zamanı xəstələr özlərini həddindən artıq gözəl, qeyri adi
istedada malik şəxs hesab edir, olduqca dövlətli, güclü, bilikli olduqlarını söyləyirlər.
7. Özünü təqsirləndirmə sayıqlamalarında xəstələrə elə gəlir ki, onların həyatı səhv hərəkətlərlə
doludur, onlar cinayətkardır və s.
Bütün bu sayıqlama ideyaları bir neçə sayıqlama sindromlarını təĢkil edir:
1) paranoyal sindrom – yanlış ideyalara, lakin doğru sübutlara əsaslanır. Təqib, qısqanclıq,
ipoxondrik sayıqlamalar və s. ibarətdir.
2) paranoid sindrom – bu sayıqlama sistemsiz, yalançı ideyalara əsaslanır. Obrazlı sayıqlama,
eşitmə hallüsinasiyaları, həyəcan, əhvali-ruhiyyənin enməsi ilə xarakterizə olunur. Bir variantı da
Kandinski-Klerambo sindromudur, (psevdohallüsinasiyalar. təqib və təsir sayıqlamaları, psixi
avtomatizmlər)
3) Parafren sindrom – fantastik məzmunlu sistemləşmiş sayıqlamalar əhvali-ruhiyyənin
dəyişkənliyi ilə birgə olur.
SarıĢan hallar- Şəxsin iradəsindən asılı olmayaraq meydana çıxan, lakin xəstə tərəfindən
tənqidi münasibət bəslənilən yersiz, arzuolunmaz fikirlərə, xatırlamalara, qorxulara, hərəkətlərə və
meyllərə sarışan hallar (ideyalar) deyilir. Xəstələr sarışan ideyalar üzərində öz hakimiyyətini itirmirlər.
İradənin köməyi ilə bu fikirləri özlərindən uzaqlaşdırmağa cəhd göstərirlər.
AĢağıdakı formaları var:
1. Sarışan fikirlər-istənilmədən yaranan yersiz fikirlər.
2. Sarışan şübhələr – daima öz hərəkətlərinin, nitqinin düzgün olmamasından şübhələnirlər.
3. sarışan meyillər – mənasız, təhlükəli, ləyaqətsiz bir iş görməyə şiddətli meylin əmələ
gəlməsidir.
4. Sarışan hərəkətlər - qorxu və şübhələrdən azad olmaq üçün müəyyən hərəkətlər edir. Bu
sarışan rituallar adlanır.
5. Sarışan xatırlamalar zamanı xəstə qorxulu, bəzən də mənasız hadisələri yadına salır.
6. Sarışan qorxular və ya fobiyalar bir neçə formada ola bilər: oksifobiya-iti əşyadan qorxmaq,
klaustrofobiya-qapalı yerdən qorxmaq, akrofobiya-hündürlükdən qorxmaq, tonofobiya-ölümdən
qorxmaq və s.
Yüksək qiymətli ideyalar-Real varlığa əsasən əmələ gələn, böyük emosional gərginliklə
müşayiət olunan və düşüncədə üstün yer tutan səhv mühakimələrə yüksək qiymətli ideyalar deyilir.
Onları sayıqlama ideyalarından ayıran əsas cəhət real hadisələrlə əlaqədar olmasıdır. Müəyyən
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
71
haqsızlıqdan incimiş şəxs onu unuda bilmir, hadisəni aramsız təhlil edir. Bu hissiyyat onun
düşüncəsuində dominantlıq təşkil edir və intiqam əhvali-ruhiyyəsi yaradır. Bu psixopatlarda,
şizofreniyada olur. Yüksək qiymətli ideyalar sayıqlama ilə səhv fikirlər arasında olan vəziyyətlər və
patoloji hal sayılır.
DüĢüncə pozuntuları
Düşüncə ali sinir fəaliyyətinin ən yüksək forması olub real varlığı hər tərəfli əks etdirir.
DüĢüncənin kobud pozuntularını Ģərti olaraq iki qrupa bölmək olar:
1. DüĢüncənin kəmiyyət pozuntuları. Burada düşüncənin keyləşməsindən tam itməsinədək
təzahür edən sindromlar (obnubilyasiya, somnolensiya, sopor və koma halları aiddir. Bu pozuntular
üçün xarakterik cəhət psixopotoloji simptomların olmamasıdır. Düşüncənin keyləşməsi - qavramanın
ləngiməsi və bununla əlaqədar xarici aləmlə əlaqənin çətinləşməsi ilə xarakterizə edilir. Yalnız ən
güclü qıcıqlara qarşı cavab reaksiyası mümkün olur. Orqanizmə təsir edən qıcıqların çox hissəsi
qavranılmır, təhlil olunmur və beləliklə normal psixi fəaliyyət pozulur. Belə hal keçirən xəstə, süst,
yuxulu görünür və mühitə qarşı bələdliyi pozulur.
KeyləĢmə ağırlıq dərəcəsinə görə bir neçə formaya bölünür.
1. Obnubilyasiya – (latınca ob-öndə. qarşıda, nubes-bulud, duman deməkdir) keyləşmənin ən
yüngül forması olub arabir düşüncənin pozularaq yenidən aydınlaşması ilə xarakterizə olunur. Bu
zaman xəstə ətrafını sanki normal sezir. bəzi suallara düzgün cavab verir. Lakin elə həmin an dediyini
unudur, kiminlə söhbət etdiyini, harada olduğunu bilmir. Bu hal, adətən, intoksikasiya keçirən
xəstələrdə müşahidə edilir.
2. Somnolensiya-yarıyuxulu hal kimi təsvir oluna
bilər.
3. Sopor-əvvəl təsvir edilən halların inkişaf edərək
daha da ağırlaşması kimi və ya müstəqil olaraq birbaşa
meydana çıxa bilər. Xəstə yuxulu adamı xatırladır. Ətraf
qıcıqlara reaksiya vermir, qıcıq gücləndikdə isə xaotik
hərəkətlər edir.
4. Koma-düşüncənin pozulmasının ən ağır dərəcəsi
olub xarici aləmlə əlaqənin tam itməsi və bir sıra şərtsiz
reflekslərin (bəbəyin işığa reaksiyası, ağrı hissi) sönməsi
ilə xarakterizə olunur. Bəbəklər gen əlir, işığa reaksiyası
olmur. Xəstənin qan təzyiqi enir, tənəffüsü seyrək və dərin
olur. Xəstə öz halından çıxdıqdan sonra tam amneziya olur.
2. DüĢüncənin keyfiyyət pozuntuları zamanı isə
xəstədə ətrafı və özünüdərketmənin pozulması ilə yanaşı
psixopatoloji
əlamətlər də (illüziya, hallüsinasiya,
sayıqlamalar və s.) meydana çıxır. Həmin sindromlara deliriy, oneyroid, alaqaranlıq hal, amneziya
aiddir.
Deliriy. Bu zaman özünü dərketmə saxlanılır, mühiti dərketmə pozulur. Xəstələrin xarıci
görkəmi kəskin psixotik halın olmasını göstərir. Müxtəlif məzmunlu hallüsinasiyalar (xüsusən görmə),
sayıqlamalar, affektiv əlamətlər (qorxu, təşviş) müşahidə olunur. Göstərilən bu əlamətlər tədricən
inkişaf edir. Gün ərzində xəstənin vəziyyəti bir neçə dəfə dəyişə bilər. Deliriy halının şiddətlənməsi
əksərən axşamlar qeyd olunur. Qorxu və təşviş keçirən xəstələr onlara “hücum edən” vəhşi heyvandan,
əcayib insanlardan qorunmaq üçün hardasa gizlənməyə cəhd göstərir. Bəzən isə özlərini pəncərədən
atmağa belə “məcbur olurlar” xəstələrin gözlənilməz hərəkətlərinin qarşısını almaq üçün təcili
tədbirlər görülməlidir. Öz halından çıxdıqdan sonra xəstələr olmuş hadisələrin əksər hissəsini
unudurlar.
Oneyroid. (“oneiros” sözündən götürülüb yunanca yuxu deməkdir). Bu zaman özünə bələdlik
tam, mühitə bələdlik isə nisbətən pozulur. Xəstə yuxulu və ya xəyala dalmış adamı xatırladır.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
72
Psevdohallüsinasiyaların olması xarakterik əlamətlərdəndir. İllüziyalar, hallüsinasiyalar yuxuya
bənzərliyi ilə fərqlənir. Vaxtın düzgün dərk olunması pozulur, fantastik məzmunlu sayıqlamalar qeyd
olunur. Oneyroid hal keçirən xəstələrin daha bir xarakter cəhəti, özlərini hallüsina tor obrazlar kimi
kənardan qavramalarıdır. Xəstələr bəzən özlərini yaşlarına uyğun olmayan tərzdə təqdim edir. Məsələn
iyirmi yaşlı gənc özünü beli bükülmüş, saçı - saqqalı ağarmış qoca kimi qələmə verir. Bu hal həftələrlə
davam edə bilər, vəziyyətdən çıxdıqda öz keçirdiyi hissləri, iztirabları danışa bilir. Bu pozğunluq
şizofreniyada rast gəlinir.
Amensiya. Düşüncənin dərin pozuntusu olub özünü və mühiti dərketmənin tam itməsi ilə diqqəti
cəlb edir. Ağır xəstəliklərlə: beynin infeksion xəstəlikləri, doğuşdan sonrakı sepsis, intoksikasiyalar,
nadir hallarda isə şizofreniya xəstəliyi ilə əlaqədar meydana çıxır. Onlar ətraf mühit ilə əşyalar arsında
əlaqəni başa düşmürlər. Nitq əlaqəsiz, ətraf mühitin qavranılması qeyri obyektiv olduğu üçün xəstənin
şikayətlərini və sayıqlama fikirlərini anlamaq olmur. Bəzən xəstələr həyəcanlı olur, lakin yataqda
qalırlar, suallara cavab vermir. Belə hal xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq həftələrlə davam
edə bilər. Öz halından çıxdıqdan sonra tam amneziya müşahidə olunur.
DüĢüncənin alaqaranlıq halı gözlənilmədən meydana çıxan, özünəməxsus kliniki mənzərəsi
olan spesifik pozuntudur. belə ki, xarici mühitdə cərəyan edən hadisələrin, əşyaların və şəxslərin
əhval-ruhiyyəsinin, davranışının, xarici görkəminin bir sıra spesifik cəhətləri diqqəti cəlb edir.
Alaqaranlıq hal zamanı xəstələrin hərəkətləri (hətta mürəkkəb hərəkət formaları) öz sərrastlığını
saxlamış olur. Bir sıra hallarda xəstələr tez bir zamanda ətraf şəxslərin diqqətini cəlb edir. Eşitmə,
görmə illüziyaları, hallüsinasiyalar, qorxu və təşviş hissi olduqda xəstəni dərhal təcrid etmək,
xəstəxanaya göndərmək lazımdır.
DüĢüncənin alaqaranlıq vəziyyətinin bir neçə kliniki variantları vardır:
a) Ambulator avtomatizmi (latınca ambulare-gəzmək, azmaq deməkdir). Düşüncənin
alaqaranlıq halında olan şəxs mənasız gəzintilərə meyl göstərir. Günlərlə kənddən-kəndə, müxtəlif
şəhərlərə “səyahət”edir. Belə hallarda şəxsin xarici görkəmi, adamlara münasibəti normal xarakter
daşıdığından heç kəsin diqqətini cəlb etmir. Öz halından çıxdıqdan sonra heç nə yadında qalmır.
b) Somnambuliya - (latınca sonmuş-yuxu, ambulare isə yuxarıda qeyd edildiyi kimi gəzmək
deməkdir. Xalq arasında ay işığında gəzmək, “lunatizm” adı ilə məlum olan bu hal uşaqlar,
yeniyetmələr arasında daha çox təsadüf edir. Mərkəzi sinir sisteminin üzvi xəstəliklərində, bəzən isə
tam sağlam adamlarda rast gəlinir. Gecə yarı, yuxuda olan adam yatağından qalxıb, həyətə çıxaraq tək
başına gəzişməyə başlayır. Bəzən damın, hasarın, üfüqi vəziyyətdə olan şalbanın, nərdivanın üstü ilə
yeriyir. Əksər hallarda özləri bəzən isə yaxın adamlarının köməyi ilə şəxs yatağına qaytarılır, yenidən
yuxusunu davam etdirir. Səhər yuxudan ayılarkən olmuş hadisə haqqında heç nə yadında qalmır.
c) Fuqa (latınca fuqas-qaçmaq deməkdir). Düşüncənin alaqaranlıq pozulması vəziyyətində
xarakterizə olunan haldır. Belə pozuntu qəflətən başlayır, eləcə də qurtarır. Adətən bir neçə dəqiqədən
artıq çəkmir. Xəstədən səbəbini soruşduqda öz hərəkətini heç nə ilə izah edə bilmir, çünki olmuş
hadisəni dərhal unudur. Düşüncənin alaqaranlıq halı epilepsiya xəstəliyində (onun parkosizmlərindən
biri kimi), beyinin üzvi xəstəliklərində, travmalarında, patoloji sərxoşluq zamanı və s. hallarda rast
gəlinir.
Depersonalizasiya, derealizasiya sindromu. Depersonalizasiya özünü dərk etmənin pozuntusu
olub, bu zaman şəxs özünü ikiləşmiş kimi təsəvvür edir. Uzunmüddətli depersonalizasiya zamanı
xəstələr hərəkətlərinin onların iradəsinə tabe olmadığını məcburi, avtomatik hərəkətlər etdiklərini
söyləyirlər.
Derealizasiya zamanı xəstələr mühitin yadlaşmasını, yəni ətrafdakı hadisələrin, obyektlərin, eyni
zamanda adamların yadlaşmasını, əvvəlkinə bənzəmədiklərini söyləyirlər. Bəzən xəstə ilk dəfə
gördüyü hadisə və mənzərəni əvvəllər görüb bildiyi kimi qavrayır. Epizodik şəkildə təsadüf edən bu
əlamət derealizasiyanın bir forması kimi qiymətləndirilir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
73
Diqqət pozuntuları
Psixi fəaliyyətin (düşüncənin) bu və ya başqa istiqamətə yönəlməsi və hər hansı bir obyekt
üzərində cəmlənməsi prosesinə diqqət deyilir. Gündəlik həyatımızda, adətən diqqətimiz daha maraqlı,
məzmunlu obyektlərə doğru yönəlir, normal sayılan bu hal qeyri-ixtiyari diqqət adlanır. İradənin gücü
ilə diqqətin lazım olan obyektə yönəldilməsi isə ixtiyari diqqət adlanır.
Psixi əsəb pozuntuları zamanı rast gəlinən diqqət pozuntularına aĢağıdakılar aiddir:
1. Diqqətin davamsızlığı – uzun müddət diqqətin müəyyən hadisə üzərində cəmlənə
bilməməsidir. Bu əlamət əhval-tihiyyənin yüksək olduğu hallarda (məs: MDP-nin manikal fazasında)
müşahidə olunur.
2. Diqqətin ləngiməsi- psixi fəaliyyətin, ümumiyyətlə ləngiməsi hallarında (MDP –nin depressiv
fazasında) qeyd edilir.
3. Diqqətin durğunluğu_təfəkkürün və digər psixi funksiyaların durğunluğu fonun da rast gəlinən
əlamətdir. Epilepsiya xəstəliyində tez-tez rast gəlinir.
4. Diqqətin daralması-beynin
orqanik
xəstəliklərində, xüsusən beyin
damarlarının
ateresklerozunda olur.
5. Diqqətin zəifləməsi-beynin orqanik pozuntuları ilə əlaqədar olan psixi xəstəliklərdə (epidemik
ensefalit, kəllə travmalarında) rast gəlinir.
Patoloji diqqət – belə pozuntu zamanı xəstə heç bir əhəmiyyəti olmayan. lazımsız obyektlərə
xüsusi diqqət göstərir. Şizofreniya, intoksikasion psixozlarda rasrt gəlinir.
YaddaĢ pozuntuları
Yaddaş insana məxsus olan mühüm psixi proseslərdən biridir. Qazanılmış bilik ehtiyatlarını və
həyat təcrübəsini beyində saxlamaq və lazım gəldikdə ondan istifadə etmək qabiliyyətinə yaddaş
deyilir.
YaddaĢ bir-biri ilə əlaqədar olan üç tərkib hissəsindən ibarətdir:
1. Persepsiya-yada salma
2. Retensiya-yadda saxlama
3. Reproduksiya-yadda canlandırma və ya nəql etmə.
YaddaĢ pozuntuları 2 qrupa bölünür:
1. Yaddaşın kəmiyyət pozuntuları.
2) Yaddaşın keyfiyyət pozuntuları.
1. YaddaĢın kəmiyyət pozuntularına hipermneziya və hipomneziya aiddir.
Hipermneziya yaddaşın gücləmnməsi ilə
xarakterizə olunur. MDP - nin maniakal fazasında,
infeksion psixozlarda rast gəlinir.
Hipomneziya
yaddaşın
zəifləməsinə
(enməsinə) deyilir. İnsan yaxşı bildiyi şeyləri
çətinliklə yada salır. Hipomneziya başlıca olaraq
depressiyalarda, qocalıq psixozlarında, beynin
trvmatik xəstəliklərində, MDP-nin
depressiya
fazasında, bəzən isə nevrasteniya zamanı müşahidə
olunur.
Amneziya yaddaşın bu və ya başqa müddət
ərzində tamamilə itməsidir. Düşüncənin pozulması
ilə müşayıət olunan bütün hallarda (koma, sopor,
düşüncənin alaqaranlıq, amentiv və deliriyoz halları,
patoloji sərxoşluq, patoloji affekt və s.) tam
amneziya qeyd olunur. Travmanın vaxtından asılı
olaraq o, bir neçə formaya bölünür: retroqrad
|